Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə26/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

CƏNNƏT ƏHALİSI ONLAR HAQQINDA: «BUNLAR RƏHMANIN AZAD ETDİKLƏRİDİR. ALLAH ONLARI HEÇ BİR YAXŞILIQ ETMƏMİŞ, KEÇMİŞ HEÇ BİR XEYİR ƏMƏLLƏRİ OLMADIĞI HALDA CƏNNƏTƏ SALDIĞI KİMSƏLƏRDİR HƏDİSİ BARƏSİNDƏ
«Şəfaət» hədisi: Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, bir gün Rəsulullah - sallallahu aleyhi və səlləm ə ət yeməyi gətirildi və qol tərəfindən bir parça ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah - sallallahu aleyhi və səlləm ətin bu hissəsini daha çox xoşlayardı. Ondan qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən Qiyamət günü bütün insanların seyyidiyəm. Bilirsiniz bu nəyə görə belədir? Dünyaya gəlib-getmiş nə qədər insanlar varsa bunların hamısını Allah Qiyamət günü düz və geniş bir sahədə toplayacaqdır. Elə düz və geniş bir sahə ki, carçı səslədikdə səsini hər kəs eşidəcək və baxan bir adamın gözü məhşər xalqını bir baxışda görə biləcəkdir. Günəş insanlara yaxınlaşdırıla-caqdır. Artıq insanları qəm-qüssə bürüyəcəkdir. Dəhşətli və ağır (istiyə) dözməkdə onlarda nə güc, nə də səbr qalacaq. İnsanların bir qismi digərinə: «Bizim başımıza gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza Allah yanında şəfaət edəcək birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm əlehissəlam ın yanına gedək?» deyəcəklər. İnsanlar onun yanına gəlib: «Ey Adəm! Sən insanların atasısan. Allah səni əli ilə yaratdı və Öz ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə etdilər. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Ey atamız! Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Adəm: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Allah bu ağacdan yeməyi mənə qadağan etmişdir. Mən isə ona asi oldum (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Nuh əleyhissəlam ın yanına!» deyəcəkdir. İnsanlar Nuhun yanına gələrək: «Ey Nuh! Sən Allahın insanlara göndərdiyi ilk rəsulsan. Allah səni (Quranda) «Çox şükr edən qul». (əl-İsra 3) deyə vəsf etmişdir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Nuh: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz qövmümün əleyhinə etdim (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İbrahim əleyhissəlam ın yanına!» deyəcəkdir. İnsanlar İbrahim əleyhissəlam ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə Allahın peyğəmbəri və Allahın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İbrahim: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç dəfə yalan danışmışam900 (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Musa əleyhissəlam ın yanına!» deyəcəkdir. İnsanlar Musa əleyhissəlam ın yanına gələrək: «Ey Musa! Sən Allahın peyğəmbərisən. Allah sənə risalətini verməklə və səninlə vasitəçisiz danışmaqla insanlar üzərində fəzilətli etdi. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Musa: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı öldürmüşəm901 (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İsa əleyhissəlam ın yanına!» deyəcəkdir. İnsanlar İsa əleyhissəlam ın yanına gələrək: «Ey İsa! Sən Allahın Rəsulu, Allahın Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla danışdın. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Muhəmməd - sallallahu aleyhi və səlləm in yanına!» deyəcəkdir. Nəhayət onlar mənim yanıma gələrək: «Ey Muhəmməd! Sən Allahın rəsulu və peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra mən dərhal Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanacağam. Sonra səcdə də, Allaha edilən həmd-sənadan sonra (Allah) məndən əvvəl heç bir peyğəmbərə deyilməyən təriflər deyəcəkdir: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!» buyuracaqdır. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət edəcəm. Bundan sonra: «Ya Məhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər!». Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Cənnətin qapı qanadlarından iki qanadının arası Məkkə ilə Həcər və ya Məkkə ilə Busra arası qədər genişdir!». (Başqa bir rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Allah (qiyamət günü) insanları toplayacaq, möminlər ayağa qalxacaqlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılacaqdır!». İnsanlar Adəm əleyhissəlam yanına gələrək: «Ey atamız! Cənnəti bizə açdır!» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum İbrahim əleyhissəlam ın yanına gedin!» deyəcəkdir. İbrahim: «Mən bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil (dost) olmuşdum. Sizlər Allahın kəlimətullahı olan Musa əleyhissəlam ın yanına gedin!» deyəcəkdir. Cəmaat Musa əleyhissəlam ın yanına gələcəklər. Musa: «Mən buna sahib deyiləm. Sizlər Allahdan gəlmə söz və ondan gəlmə bir ruh olan İsa əleyhissəlam ın yanına gedin!» deyəcəkdir. İsa: «Mən buna sahib deyiləm!» deyəcək və insanları Muhəmməd - sallallahu aleyhi və səlləm in üstünə göndərəcəkdir!»902. Məbəd b. Xəlil əl-Ənəzi dedi: «Sabit şəfaət hədisini eşitməkdən ötrü Ənəs b. Məlikin yanına getdik. Duha namazını qılan vaxtı onun yanına çatdıq. Sabit bizim üçün izn istədi. Yanına girdik!». Sabit ona: «Ey Əbu Həmzə! Bəsrə əhalisindən olan bu qardaşların səndən şəfaət hədisini eşitmək üçün gəliblər!» dedi. Ənəs – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü insanlar çaşqın düşəcəklər. Nəhayət Adəm əleyhissəlam – ın yanına gəlib: «Zürriyətinə şəfaət et!» deyəcəklər. Adəm: «Mən ona layiq deyiləm, lakin sizlər İbrahim əleyhissəlam ın yanına gedin. Çünki o, Xəlilullahdır!» deyəcəkdir. İnsanlar İbrahim əleyhissəlam ın yanına gələcəklər. O, da: «Mən buna layiq deyiləm, lakin siz Musa əleyhissəlam ın yanına gedin. Çünki o, Kəlimullahdır!» deyəcəkdir. İnsanlar Musa əleyhissəlam ın yanına gələcəklər. O, da: «Mən buna layiq deyiləm, lakin siz İsa əleyhissəlam ın yanına gedin. Çünki o, Allahdan gəlmə ruh və Ondan olan sözdür!» deyəcəkdir. İnsanlar İsa əleyhissəlam ın yanına gələcəklər. O, da: «Mən buna layiq deyiləm, lakin siz Muhəmməd - sallallahu aleyhi və səlləm in yanına gedin!» deyəcəkdir. Nəhayət mənim yanıma gələcəklər. O, da: «Mən bunun üçün yaradıldım!» deyəcək və Allahın hüzuruna izn istəmək üçün gedəcəyəm. «Mənə izn verilir, hüzurunda dikilərək və Allaha həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram!». Mənə: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyəcəm. Mənə: «Get! Qəlbində bir buğda və ya arpa dənəsi qədər iman olan hər kim varsa onu oradan çıxart!» deyiləcəkdir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram!». Mənə: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyəcəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi qədər iman varsa onu oradan çıxart!» deyiləcəkdir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram!». Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyəcəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi ağırlığından daha az, daha az, daha az iman varsa onu da atəşdən çıxart!» deyiləcəkdir. Mən də dərhal gedib bunu yerinə yetirəcəm.

Bu Ənəs – radıyallahu anhu nun bizə xəbər vermiş olduğu: «Ənəs hədisidir!». Biz onun yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə yetişdiyimiz zaman Həsənul Bəsrinin yanına çatsaq da, ona salam versək də o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun yanına girdik, salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın Əbu Həmzənin yanından gəlirdik. Şəfaət haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam edin, hədisi söyləyin!» dedi. Biz də ona hədisi danışdıq. O, yenə: «Davam edin, söyləyin!» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı!» dedik. O, dedi: «O, bizə bunu iyirmi il bundan qabaq danışmışdı. O, vaxt hafizəsi və qüvvəsi çox gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu unutdumu, yoxsa sizlərə bunu danışmaq istəmədimi – bilmirəm?!». Biz də: «Sən bizə danış!» dedik. O, güldü və: «İnsan tələsən-hövsələsiz yaradılmışdır». (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm dördüncü dəfə yenə Rəbbinin yanına qayıdacaq. Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanacaq!». Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) deyə buyurdu. İzzətimə, Cəlalıma, Kibriyəyə və Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən kimsəni Cəhənnəmdən çıxardacağam!»903. Zeyd b. Əsləmdən, o da Ata b. Yəsirdən, o da Əbu Səid əl-Xudri – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurur: «….Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and olsun ki, möminlərin atəşdə olan qardaşları haqqında Rəbbləri ilə mücadələ etmələri sizdən birinizin dünyada ikən öz haqqı üçün qardaşı ilə mücadələ etməsindən daha şiddətlidir. Onlar: «Ey Rəbbimiz! Bu (Cəhənnəmdə) qalan qardaşlarımız bizim ilə bərabər namaz qılır, oruc tutar və həcc (və cihad) edərdilər! Lakin onları atəşə saldın» deyirlər. Allah onlara: «Gedin! Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Sonra möminlər təkrar geri dönüb yenə də (Allaha müraciət) edərlər. Allah buyurar: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərsində əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər kəsi oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində zərrə ağırlığında xeyir olan hər kəsi oradan çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyir sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu deyir ki, əgər kim bu hədisə inanmırsa, bu ayəni oxusun: «Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40). (Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» – deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha heç bir şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir!»). Bundan sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyir əməl işləməyib cəhənnəmdə yanıb kömürə dönmüş bir çox kimsələri çıxarır. Onlar Cənnətin yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) necə olur. Günəşə doğru olan hissəsi sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Boyunlarında qızıl və gümüşdən «Allahın azad etdiyi» kimsələr halqası – başqa rəvayətdə halqaları – olacaqdır. Allah buyurur: «Cənnətə girin! Meyl etdiyiniz və gözünüzün görə bildiyi hər nə varsa və bir o, qədəri də sizindir!» deyilir. Cənnət əhalisi onlar haqqında: «Bunlar Rəhmanın azad etdikləridir. Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməlləri olmadığı halda Cənnətə saldığı kimsələrdir. Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: «Mənim rizam! Artıq bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm!»904.

Bu hədisdə çox böyük faydalar vardır. Məsələn: Əməli Saleh möminlərin namaz qılsalar da belə, günahları səbəbi ilə Cəhənnəmə düşən qardaşlarına və imanlarının qüvvətinə görə onlardan daha alt səviyyədə olan digər mömin qardaşlarına şəfaət etmələri; Sonra Allah subhənəhu və təalə nin möminlərdən Cəhənnəmdə qalanlara ehsan (yaxşılıq) edərək heç bir əməlləri və heç bir xeyirləri olmadığı halda onları Cəhənnəm atəşindən çıxarması zikr olunan hədisin faydalarındandır. Ənəs – radıyallahu anhu dan gələn digər bir hədis isə belədir: «…Allah insanlarla haqq-hesabı bitirdikdən sonra ümmətimdən Cənnətə girməyib (Cənnət ilə Cəhənnəm arasında905) qalan kimsələri Cəhənnəm atəşinə daxil edər. Atəş əhli onlara: «Allaha ibadət etməniz, Ona heç bir şeyi şərik qoşmamağınız sizi Cəhənnəm əzabından qurtarmadı» deyirlər. Allah: «İzzətimə and olsun ki, onları Cəhənnəm atəşindən qurtarıb azad edəcəyəm» buyurur. Onlara elçilər göndərir. Qap-qara yanmış olaraq atəşdən çıxırlar. «Həyat adlanan çaya girərlər və orada yenidən canlanırlar»906. Bu hədisi İmam Əhməd və s. hədisçilər səhih bir sənədlə rəvayət etmişdilər. Mən də eyni hədisi «Ziləlul Cənnə» № 844-də təxric etdim. Hədisin ismi verilən yerdə 842-843-cü nömrələrdə şahidləri də vardır. Zikr olunan hədisin «Fəthul Bəri»-də 11/464-də başqa şahidləri də vardır. Bu kitabın mövzusunu təşkil edən Əbu Səid hədisindən İbn Əbi Həmzənin, Peyğəmbər - sallallahu aleyhi və səlləm in: «…Atəş üzlərinə toxunmaz…» və s. mənada zikr edilən: «…Üzləri müstəsnadır…» sözlərindən – müsəlman olub namaz qılmayan bir kimsə atəşdən çıxmaz, çünki onun üçün bir əlamət yoxdur – şəklində hökm çıxarmasını rədd edilmişdir. Mən də deyirəm ki, (Şeyx əl-Albani) bu ifadələrin doğruluğunu sübut edən ifadələrdən biri də Ənəs – radıyallahu anhu nun şəfaət haqqında rəvayət etdiyi uzun bir hədisdir. Bu hədisdə: «…Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim». Allah: «İzzətimə, Cəlalıma, Kibriyəyə və Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən kimsəni Cəhənnəmdən çıxardacağam!»907 buyurur. Bu hədis Buxari və Müslimin ittifaq etdiyi bir hədisdir. Eyni hədisi mən «Ziləlul Cənnə» isimli kitabımda da təxric etdim.

Bu səhv fikirə görə Hafiz İbn Həcər 11/465-də onu tənqid etmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm in: «…Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməlləri olmadığı halda…» sözünün ümumi mənası namaz qılmayanın Allahın azad etdikləri arasında Cəhənnəm atəşindən çıxacağına dəlildir. Bu ləfz «Kitabu Tövhid»-də gələn Əbu Səid – radıyallahu anhu nun hədisində zikr edilmişdir. İbn Həcər bu sözləri ilə kitabın mövzusunu təşkil edən Əbu Səid hədisini nəzərdə tutmaqdadır. Bu hədisdə İbn Həcər, İbn Əbi Həmzəyə başqa tərəfdən də rədd və etiraz etməkdədir. O, da belədir: «Allah möminləri namaz qılan, oruc tutan və s. əməlləri edən müsəlman qardaşları üçün birinci dəfə şəfaətçi etdikdə, möminlər qardaşlarını bu əlamətləri ilə tanıyıb onları atəşdən çıxaracaqlar. Allah onları sonrakı cəhdlərində də şəfaətçi etdikdə atəşdən bir qrup kimsələri çıxarırlar. Bu çıxanların içərisində namaz qılmayanların olmadığı açıq-aydındır. Lakin bunlarda imanına görə xeyir vardır və hər kəs imanına görə gec də olsa Cəhənnəm atəşindən çıxarılacaqdır. Bu məna hədisdə həqiqətən də açıq-aydın və – İnşəallah – heç kimə də gizli deyildir. Bu məsələnin fiqh tərəfdən araşdırılmasına və incələnməsinə gəlincə Əbu Səid hədisi, namazı tərk edən Allahdan başqa ilah olmadığına şəhadət edərək ölərsə o, kimsənin müşriklərlə bərabər atəşdə əbədiyyən qalmayacağına qəti dəlildir. Ayrıca belə bir kimsənin Allahın diləməsi altında olduğuna Allahın bu ayəsi çox qüvvətli bir dəlildir: «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar» (ən-Nisa 116).

Bu hədislər namazı tərk edənin təkfirinə və onun əbədi Cəhənnəmlik olmasına əngəldir. Digər böyük günah edən üçün bəslənən ümid bunlar üçün də bəslənməlidir. Çünki küfr tövhidi, Peyğəmbərliyi, axirəti və Peyğəmbər-lərin gətirdikləri şeyləri inkar etməkdir. Namazı tərk edən isə Allahın birliyini edir, Muhəmmədin Allahın Rəsulu olduğunu qəbul edir və Allahın qəbirdəkiləri təkrar dirildəcəyinə də inanır. O, zaman küfrünə necə hökm vermək olar? İman təsdiqdir, ziddi isə təkzibdir (yalanlamaqdır), əməli tərk etmək deyildir. O, halda təsdiq edən bir kimsə üçün inkarçı, yalanlayanın hökmüylə necə hökm verilir.



Müxaliflər bu hədisin səhihliyində belə zəifilik olduğunu iddia etmişlər. Məs: Səfər Həvəli və s. kimi. Bəziləri isə bu hədisi “Mutəşabih” hədislərin sırasına (aydın olmayan) daxil etməyə çalışdılar. Deyirlər ki: Hədisin bu hissəsi səhih deyildir”. Hədisi şərh edə bilmədikləri və hədis onların rəylərini alt-üst etdiyi üçün həddisi Şazz adlandırdılar. Əgər şəfaət barəsində olan hədis “Mütəşəbih” olsaydı, görkəmli alimlər bu hədisi böyük günah sahibləri kafirdirlər və əbədi Cəhənnəm atəşində qalacaqlar deyən Xəvariclərə, iman artıb azalmaz və günahkar müsəlman heç vaxt Cəhənnəm atəşinə giməyəcəkdir deyən Murciyə əhlinə rədd etməzdilər. Şəfaət hədisi dəlildir ki, günahkar müsəlmanlar Cəhənnəm atəşindən çıxacaqlar, lakin Xəvariclər hesab edirlər ki, Cəhənnəmə girən əbədi olaraq ora girmişdir. Həmçinin Şəfaət hədisi imanın azalmasına dəlildir ki, qəlbində dinar, yarım dinar, zərrə ağırlığında iman olan atəşdən çıxacaqdır. Lakin İrca əhli hesab edirdi ki, iman azalmır. İmanın olmasına günahların heç bir təsiri yoxdur. İmam Zəhəbi – rahmətullahi aleyhi deyir ki: “İrca əhli bir çox yollarla bizə çatmış Şəfaət hədisini inkar etmişlər”908. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Bu hədisdə iki qrupa qarşı dəlil vardır: Hədələyən və qorxudan (Xəvariclər - günahkarlar əbədi olaraq Cəhənnəm atəşində qalacaqdır) və Tövhid əhlindən bir kimsənin Cəhənnəmə girib girmədiyini bilmirəm deyən İrca əhli”909. Şəfaət hədisi bir çox bidət əhlinin, qəlbində mərəz olan kimsələrin belini qıran hədisdir. Ona görə də bir çoxları bu hədisdə səhv tutmaq istəmişlər. Lakin unutmuşlar ki: “Bu Allahın dinidir. Allah öz dinini qoruyur!”.

Şəfaət Hədisi Üzərində Yaranan Bəzi Şübhələr Və Onlara Cavab: 1) Namaz qılmayanı təkfir edən alimlər “Şəfaət hədisinin” şərhində deyirlər: “Birinci ehtimal odur ki, heç bir xeyir əməl etməyib, Cəhənnəmdən çıxanlar əməl etməyə imkanları olmadan ölüb”. “İkinci ehtimal odur ki, bu ümumidir, lakin burada istisna vardır, o da namazdır. Hansı ki, Quran və Sünnə dəlalət edir ki, namaz qılmayan kafirdir”. Cavab: İnsanlar Cəhənnəmə əməlləri ucbatından düşəcəkdir. Demək ki, onların iman gətirdikdən sonra əməl etməyə imkanları olmuşdur. Eləcə də Allahın rəhmətindəndir ki, iman gətirdikdən sonra əməl etməyə vaxt etməyənləri Cəhənnəmə salmasın. Bu da ədalətsizlik olardı910. Çünki insan İslama daxil olduqda, onun keçmiş günahları bağışlanır. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə yalnız Tövhidi istisna edərək buyurdu, “İllə Tovhid”. Əgər lazım olsa idi, namazı da istisna edərdi. Demək namaz istisna deyildir. Həmçinin, namaz qılanlar, oruc tutanlar, həcc edənlər hədisin əvvəlində zikr olunmuşdur. Sonra isə deyilir ki, Cəhənnəmdən elə insanlar çıxacaq ki, onlarda yalnız sadiq qəlb ilə deyilən tövhid kəlməsi olacaqdır. Şeyx Ğuneyman hafizahullah - deyir ki: Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurdu: “Heç vaxt xeyir əməl etməyib” sözündəki məqsəd zahiri əməllərdir. Yəni, heç vaxt zahiri əməlləri etməyib, lakin onun qəlbində imanın əsli var idi. Həmçinin o kişinin “Bunu sənin qorxundan etdim” deməsi dəlalət edir ki, o insan Allaha və Haqq-hesab gününə inanırdı911. İbn Teymiyyə – rahmətullahi aleyhi bu hədis haqqında deyir: “O kişi Allaha, Axirət gününə, insanın öldükdən sonra Allah tərəfindən mükafat və ya cəza aldığına inandığına görə, artıq bununla saleh əməl etmişdir”. Hansı saleh əməl? Axı Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki “Heç bir xeyir əməl etməyib?!”. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir: “O qorxurdu ki, Allah onu gunahına görə cəzalandırar”912. 2) Bəziləri də şübhə gətirərək deyir ki: “Bəzi hədislərdə gəlib ki, Cəhənnəmdən səcdə və namaz əhli çıxacaq” yəni mütləq alında səcdə izi olmalıdır! Bu iddia batildir! Bir insan sübh namazından sonra Şəhadət kəliməsini deyərək hər şeydən tövbə etdi və İslama daxil oldu! Lakin zöhr namazına qədər olan vaxtda içki içib, zina etdi və öldü! Bu insan müsəlmandır yoxsa kafir? Cavab: O insan müsəlman kimi öldü və Cəhənnəmdə yanarsa belə, onun son mənzili Cənnətdir. 3) Hədisdə buyrulur ki: Allah əmr edəcəkdir möminlərə ki: Tanıdığınız kimsələri atəşdən çıxarın. Sonra qəlbində dinar, sonra yarım dinar, sonra zərrə qədər iman (xeyir) varsa onları Cəhənnəm atəşindən çıxarın. Sual: Mümkündürmü möminlər tanıdıqları qadaşlarını, onlarla namaz qılıb, oruc tutan qardaşlarını Cəhənnəm atəşində buraxıb getsinlər? Və ya qəlbində zərrə qədər iman olan kimsəni orada tərk edib getsinlər? Əsla. 4) Hədisdə heç bir xeyir əməlləri olmadığı halda – söhbət əməlin tərkindən gedir, sözün tərk edilməsindən deyil. İbn Həcər – rahmətullahi aleyhi bu suala cavab verərək deyir ki: “Bu cür deyənlərin (Yəni, sözün tərk edilməsi) bəyanatı rədd edilir. Çünki hədisdə sözü gedən xeyir əməlləri olmadığı halda iki şəhadətdən savayı əməllərin olmamasıdır. Çünki buna hədisin digər rəvayətləri də sübutdur. İzzətimə, Cəlalıma, Kibriyəyə və Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən kimsəni Cəhənnəmdən çıxardacağam!»913. Heç şübhəsiz ki, belə kimsələrin İqrarı vardır914. Etiqada gəldikdə isə: Qəlbində bir dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın! – sözləri dəlildir ki, onların təsdiqləri və iqrarları vardır. Ona görə də imamlar demişlər ki: heç bir xeyir əməlləri olmadığı halda – sözündən qəsd – bədən üzvlərinin əməlləridir”. Baxaq görək Sələflər bu hədis barəsində nə söyləmişlər?

İmam İbn əl-Vəzir – rahmətullahi aleyhi deyir ki: “Şəfaət hədisləri Cəhənnəm atəşindən üç sinif insanın çıxmasına dəlalət edir. Bundan sonra dördüncü dəfə Uca və böyük olan Allah, şəfaət səbəbilə deyil, Öz rəhmətilə Cəhənnəm atəşindən bir qrup insanları çıxaracaqdır. Bu o kəslərdir ki, heç bir xeyir əməlləri olmadığı halda – yalnız Lə İləhə İlləllah dedikləri üçün (Allah onları atəşdən) çıxaracaqdır. Cənnət əhli onları: Bunlar Rəhmanın Cəhənnəm atəşindən azad etdiyi kimsələrdir!”915. İbn Həzm – rahmətullahi aleyhi deyir ki: “Kim bütün əməlləri tərk edərsə zəif imanlı asi mömindir, lakin kafir deyildir”916. Sonra da Şəfaət hədisini zikr edir. İbn Həzm – rahmətullahi aleyhi deyir ki: “Əməlləri tərk edən kafir olmaz! Kafir Şəhadəti İqrar etməyən olar. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm şəhadəti İqrar etməkdən boyun qaçıranların küfründən söz açmışdır, hətta qəlbi ilə təsdiq etsə də belə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: “Cəhənnəm atəşindən qəlbi ilə təsdiq edib, dili ilə İqrar edən kimsələr çıxacaqdır, hətta əməl etməsə də belə”917. İmam Qutubi – rahmətullahi aleyhi deyir ki: “Sonra Allah Cəhənnəm atəşindən Tövhiddən başqa heç bir xeyir əməlləri olmayan kimsələri çıxaracaqdır”918. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Heç şübhəsiz ki, Allah Cənnətə bir çox məxluqları daxil edəcəkdir. Allah Cənnəti heç kəs üçün sıxıntlı etməyəcəkdir. Hətta elə kəslər olacaqdır ki, Allah onları Cənnətə heç bir xeyir əməlləri olmadığı halda – daxil edəcəkdir”919. İbn Qeyyim – rahmətullahi aleyhi deyir ki: “Allahın Cəhənnəm barədə: Kafirlər üçün hazırlanmış və Cənnət barədə: Müttəqilərdən ötrü hazırlanmış – istisna etmir ki, kafirlərdən ötrü hazırlanmış atəşə günahkar və asi müsəlmanlar da daxil olacaqlar. Həmçinin istisna etmir ki, müttəqilərdən ötrü hazırlanmış Cənnətə də qəlbində zərrə qədər iman olan kəslər də daxil olacaqlar. Hətta heç vaxt heç bir xeyir etməmiş olsa da belə”920. İbn Kəsir – rahmətullahi aleyhi deyir ki: Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız". (əl-Ənam 128) Müfəssirlər bu istinadan kimlərin qəsd olunduğu barədə ixtilaf etmişlər. Bu haqda Şeyx İbnul Covzi – rahmətullahi aleyhi “Zadul Məsir” kitabında və s. alimlər qeyd emişlər. İmam Təbəri – rahmətullahi aleyhi isə bu rəyi rəvayət etmiş və özü də bu rəyi dəstəkləmişdir ki: Xalid İbn Midana, əd-Dahhaq, Qatadə, İbn Sinan, İbn Abbas və Həsənul Bəsri – rahmətullahi aleyhi deyirlər ki, bu ayədə söhbət günahkar Muvahhidlərdir. Allah onları atəşdən mələklərin, Peyğəmbərlərin və möminlərin şəfaətindən sonra atəşdən çıxaracaqdır. Sonra Ərhamur Rahimin gələcəkdir və Cəhənnəm atəşindən heç bir xeyir əməlləri olmadığı halda – nə vaxtsa Lə İləhə İləllah kəliməsini söyləyən kimsələri çıxaracaqdır. Necə ki, bu barədə Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm bir çox hədislər varid olmuşdur”921. İbn Kəsir – rahmətullahi aleyhi deyir ki: Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq. İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. (Məryəm 70-72). Bütün məxluqat Cəhənnəmin üzərindən keçdikləri zaman kafirlər və günahkarlar oda düşəcəklər. Sonra Uca Allah atəşdən təqvalı möminləri əməllərinin müqabilində xilas edəcəkdir. Onlardan hər biri Sıratın üzərindən bu dünyada etdikləri əməllərinin müqabilində müəyyən sürətlə keçəcəklər. Sonra Şəfaət böyük günah sahibi olan müsəlmanlar üçün olacaqdır. Onlara görə şəfaəti Mələklər, Peyğəmbərlər və Möminlər edəcəklər – Allah bizi də o möminlərdən etsin – Cəhənnəm atəşindən bir çox insanlar çıxacaqdır. Atəş onların üz və namaz qıldıqları səcdə yerlərindən başqa bədənlərinin müxtəlif yerlərini yandıracaqdır. Böyük günah sahibi möminlərin Atəşdən çıxmaları onların qəlblərində olan imanlarına görə olacaqdır. İlk öncə qəlbində dinar ağırlığında iman olan kəslər çıxacaqdır, ta ki, zərrə qədər iman olana qədər hamı çıxacaqdır. Sonra Cəhənnəm atəşindən ömründə: Lə İləhə İlləllah deyib heç bir xeyir əməl etməyən kəslər çıxacaqdır. Atəşdə isə yalnız əbədi qalanlardan başqa heç kəs olmayacaqdıır - Allah qorusun922. Bəlkə deyəsiniz İbn Kəsir – rahmətullahi aleyhi də Murciyə olub?

Bu Hədisi Sələflər Necə Başa Düşüblər İbn Həcər – rahmətullahi aleyhi deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözündən qəsd İki Şəhadətdən başqa deməkdir. Necə ki, buna hədisin digər ləfzləri də dəlalət edir”923. Hafiz İb Rəcəb – rahmətullahi aleyhi deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözündən qəsd – bədən üzvlərinin əməllərindən heç bir şey etməmişdir. Baxmayaraq ki, Tövhidin əsli (Lə İləhə İlləllah) onlarda vardı. Necə ki, bu barədə öldükdən sonra özünün yandırıb külünü dənizə sovurmağı əmr edən kimsə barəsində hədisdə keçmişdir: “Onun Tövhiddən başqa heç bir xeyir əməli yox idi”. Həmçinin Şəfaət hədisi: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) deyə buyurdu. İzzətimə, Cəlalıma, Kibriyəyə və Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən kimsəni Cəhənnəmdən çıxardacağam!»924. Bunlar hamısı dəlildir ki, Allahın rəhmətilə şəfaət səbəbilə atəşdən çıxan kimsələr Tövhid kəliməsini İqrar etmiş, lakin bununla yanaşı bədən üzvlərilə heç bir xeyir əməl etməmişlər”925. Şeyx AbdurRahman İbn Həsən – rahmətullahi aleyhi , İmam Qurtubinin – rahmətullahi aleyhi sözlərini şərh edərkən deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – atəşdən çıxacaqlar, yəni: Tövhid olmaqla yanaşı heç bir əməl yoxdur - deməkdir”926. Bu da “Kitabu Tovhidə” ən gözəl şərh verənlərdən birinin açıqlamasıdır. Muhəmməd İbn İbrahim Əli Şeyx – rahmətullahi aleyhi onun barəsində deyir ki: “AbdurRahman İbn Həsən Hicrətin 12-ci ilinin Mucəddidir”927. İmam əs-Sanani – rahmətullahi aleyhi deyir ki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözünü şərh edərkən deyir ki: “Bu hədisdə söhbət əməllərin inkar edilməsindən gedir, təsdiqin inkar edilmsindən deyildir. Şəfaət hədisi dəlildir ki, atəşdən heç bir xeyir əməl etməyən kimsələr çıxacaqdır! Fayda odur ki, xeyir bu kəslərin qəlbində idi. Buna da hədisin özü dəlildir. Çünki hədisdə söhbət Tövhid əhlindən gedir”928. İmamların bu sözləri barəsində yaxşıca düşünün! Muhəmməd Xəlil əl-Hərras hafizahullah - deyir ki: “Hədisin zahiri mənası dəlildir ki, bu insanlar imandan başqa heç bir xeyir əməl etməmişlər”929. Şeyx Abdullah Ğuneyman, Səhih Buxari kitabının “Kitabu Tovhid” babını şərh edərkən deyir ki: “Heç bir əməl etməmiş və heç bir xeyir də qazanmamış” sözlərinin mənası – Onlar bu dünyada heç bir xeyir iş görməmişlər, lakin onlarda imanın əsli – Lə İləhə İlləllah və Peyğəmbərə iman vardır”930. Şeyx əl-Albani – rahmətullahi aleyhi deyir ki: “Bu hədis dəlildir ki, Cəhənnəm atəşindən namaz qılmayan və digər bədən üzvlərinin vaciblərini yerinə yetirməyən müsəlmanlar çıxacaqlar”931. İbn Həcər – rahmətullahi aleyhi deyir ki: “Uca Allah (namaz qılmayan) kimsəni Cəhənnəm atəşindən götürəcəkdir. Çünki: “Heç bir xeyir əməlləri olmadığı halda – sözü ümumilikdə namaz qılmayanlara da aiddir....”932. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Kim etiqad etsə ki, insana öz əməllərindən başqa heç bir şeyin xeyiri olmayacaqdır İcmaya qarşı çıxmış və bir çox səbəblərdən bu (söz) yalandır”. Sonra: Şeyx 21-ə yaxın dəlil gətirir ki, insan mükafatı yalnız əməllərinə görə almayacaqdır. Bu dəlillərdən birində deyir: “Beşinci – Uca Allah Cəhənnəm atəşindən öz əhmətiylə heç bir xeyir etməmiş kimsələri çıxaracaqdır. Bunda əməlsiz də xeyirin olmasına dəlil vardır”933. İbn Teymiyyənin – rahmətullahi aleyhi yaxın tələbələrindənn olan əl-Məqdisi – rahmətullahi aleyhi deyir ki: “Bizim Şeyximiz (İbn Teymiyyə) demişdir: Bu hədisdə söhbət imanın (əslinin) inkar edilməsindən getmir, bu hədisdə söhbət saleh əməllərin inkarından gedir. Çünki digər hədisdə deyilir ki: “Cəhənnəm atəşindən qəlbində zərrə qədər iman olan kimsələr çıxacaqdır”. Ola bilər ki, Allah qulunun qəlbində iman olsun, hətta xeyir bir iş etməsə də belə”. Əməllərin inkar edilməsi də İqrarın inkar edilməsi demək deyildir. Çünki deyilir ki: Kim Lə İləhə illəllah Muhammadən Rasulullah deyib bədən üzvlərinin əməllərini etməzsə onun üçün: Heç bir xeyir etməmişdir – deyilir. Çünki əməllərə sözlər daxil deyildir. Allah buyurdu: ...Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.... (əl-Fatir 10). Deməli hədisdə əməllərin inkar edilməsiyə İmanın əsli və İqrar inkar edilmir və bunda Qurana zidd heç bir şey yoxdur”934.






Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin