Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ƏHLİ SÜNNƏTƏ GÖRƏ İMAN VƏ İSLAM MƏFHUMU



Yüklə 5,74 Mb.
səhifə25/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

ƏHLİ SÜNNƏTƏ GÖRƏ İMAN VƏ İSLAM MƏFHUMU



İbn Həzm – rahmətullahi aleyhi deyir ki: “Əgər bir kimsə desə ki: Məgər imanın əksi – küfr deyildirmi?”. Ona cavabımız: “Bu cür etiqad səhvdir. İman – müxtəlif hissələrdən (şöbələrdən) olan addır. İmanın elə şöbəsi vardır ki, onun ziddi küfrdü, İmanın elə şöbələri vardır ki, fasiqlik sayılır. Elə şöbələri də vardır ki, nə küfrdü, nə də Fısq. O, imanın şöbələri hansı ki, ziddi küfrdü onlar qəlbin təsdiqi və dilin iqrarıdır. Ziddi küfr deyil, fasiqlik olan imanın şöbələrinə gəldikdə isə bunlar vacib əməllərdir. Əgər insan hansısa bir əməli tərk edərsə bu küfr deyil, fasiqlik sayılar. Küfr və fasiqlik olmayan əməllərə gəldikdə isə onlar müstəhəblərdir....”844. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Bizim dinimiz üç mərhələdən ibarətdir: Muslim, Mumin, Muhsin. Allah buyurdu: «Sonra Kitabı bəndələrimizdən seçdiklərmizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33). Özlərinə zülm edənlərdən fərqli olaraq Mötədil olanlar və Yaxşı işlərdə irəli keçənlər Cənnətə cəza çəkmədən girəcəklər. Belə kimsə zahiri İslam (şəhadət) və qəlbin təsdiqi ilə gələn, lakin üzərinə vacib olan imanın zahiri göstəricilərini yernə yetirməyən kimsədir. Belə bir kimsə üçün cəza hazırlanmışdır”845. İmam İbn Həmid əl-Hənbəli – rahmətullahi aleyhi “Usulu Din” kiabında deyir ki: “Biz artıq danışmışıq ki, İman - əməllər və sözlərdi, İslam – sözlərdir. İmam Əhməddən – rahmətullahi aleyhi bu barədə iki rəy vardır: Birinci rəy: İslam iman kimidir. İkinci rəy: İslam - əməlsiz sözlərdir! Bu rəyi ondan İsmail İbn Said – rahmətullahi aleyhi rəvayət edir.... Və İmamdan rəvayət edirlir ki, o namazı tərk edəni kafir görməzdi”846. İmam əz-Zuhri – rahmətullahi aleyhi deyir ki: “Sələflər hesab edirdilər ki, İslam – sözlərdir, İman - əməllərdir”. İmam Huccə AbulQasım əl-Əsbəhani – rahmətullahi aleyhi deyir ki: “İman və İslam – iki ayrı addır. Şəriətdə İslam qəlbin təsdiqi və iki şəhadəti söyləməkdir. İman isə – bütün vacibləri özündə əhatə edir”847. İmam Əbu Cəfərr Muhəmməd İbn Əlidən – rahmətullahi aleyhi : Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»848 hədisi barəsində soruşurlar Əbu Cəfər – rahmətullahi aleyhi yerdə böyük bir dairə çəkir və deyir: “Bu İslamdır, sonra böyük dairənin içrisində kiçik bir dairə çəkir və deyir: “Bu İmandır. İnsan zina və ya oğurluq etdiyi zaman imandan çıxaraq İslama girir. Lakin onu İslam dairəsindən Allaha qarşı küfr etməsindən başqa heç bir şey çıxarmır”849. İbn Batta – rahmətullahi aleyhi deyir ki: “İslam İman kimi deyildir. İslamın mənası – Din, doğru yoldur. İmanın mənası isə - iman etməkdir. İnsan günahları səbəbilə iman dairəsindən çıxaraq İslam dairəsinə girir. İslam dairəsindən onu Allaha şərik qoşmaqdan və Allahın fərz etdiklərindən hər hansısa birini inkar etməkdən başqa bir şey çıxarmaz. Əgər o, vacibləri tənbəllik səbəbilə tərk edərsə o zaman Allahın istəyi altındadır. Allah istəsə onu cəzalandırar, istəsə bağışlayar”850. Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi deyir ki: “Bütün Din – Lə İləhə İlləllah kəliməsində toplanmışdır. Heç şübhə yoxdur ki, bu kəlimə qəlbində zərrə qədər iman olan bir kimsəni Cəhənnəm atəşindən çıxaracaqdır. İman hissələrdən ibarətdir. Bir hissəsi itdiyi zaman, bütün iman itməz. Bu Xəvariclərin məzhəbidir. Onlar deyirlər ki: “Bütün əməllər – Lə İləhə İlləlahdır. Bəli, bu haqdır. Həmçinin Cəhənnəm atəşindən qəlbində zərrə qədər iman olan bir kimsənin çıxacağı da haqdır. Bu məsələnin onlara qaranlıq qalması imanın hissələrə bölünməsinə görədir. Məhz buna görə də Murciyə Fuqaha və tərəfdarları bu məsələdə xəta edərək əməlləri imandan ayırmışlar (əməllər imandan deyildir) demişlər”851. İmam Əhmdəin – rahmətullahi aleyhi oğlu Saleh deyir ki, atamdan: “İman artır və azalırmı” deyə soruşdum. O: “İmanın artması - əməllərin edilməsidir, imanın azalması - əməllərin tərkidir. Məs: Namaz, zəkat, Həcc və s. fərzlər. Bu imanı artırır və azaldır”852. İman – bütöv bir şey deyildir. Sözlər, əməllər və etiqad imandandır. Lakin bunlar eyni deyillər. Məs: Bədən üzvlərinin əməlləri qəlbin etiqadından üstün deyildir. Çünki qəlbin etiqadı İmanın əslidir. Heç kəs deyə bilməz ki, əməllər, sözlər və etiqadlar eyni dərəcədədir. Belə deyən Sələflərə zidd olmuş olar. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Qəlbin əməllərini iman məfhumuna aid etmək daha vacibdir, nəinki bədən üzvlərinin əməllərini. Bunda hamı ittifaq etmişlər”853. İbn Qeyyim – rahmətullahi aleyhi deyir ki: “Qəlbin vacibləri bədənin vaciblərindən daha mühümdür”854.

ZAHİRİ ƏMƏLLƏRİ TƏRK EDƏNİN KAFİR OLMASI BARƏSİNDƏ ƏHLİ SÜNNƏT ARASİNDA İCMA VARDIRMI?

Səid İbn Cubeyr – rahmətullahi aleyhi deyir ki: “İnsanların ən biliklisi, mövcud olan ixtilaflar barəsində ən çox biliyə sahib olandır”855. Quteybə İbn Uqbə – rahmətullahi aleyhi deyir ki: “İnsanlar arasında olan ixtilafları bilməyən kimsə heç vaxt Müvəffəqiyət qazanmaz”856. Qatadə – rahmətullahi aleyhi deyir ki: “İxtilaflar barəsində bir şey bilməyən Fiqhin iyini belə hiss etməz”857. Yəhyə İbn Sələm – rahmətullahi aleyhi deyir ki: “Qadağandır bir kimsə müxtəlif rəyləri bilmədiyi halda: Bu mənə sevimlidir” deməsi858.

Allahın İzni ilə Mutəqəddim və Mutəəxxir Əhli Sünnət alimərinin bədən üzvlərinin əməllərinin (zahiri əməllərin) tərkinin böyük küfr olmadığını söyləyən bəzi sözlərini qeyd edək ki, bu barədə heç bir icmanın olmadığı aydın olsun.

1. İbn Bazzdan – rahmətullahi aleyhi (bir namazı belə tərk edənin kafir olduğunu söyləyən kimsə) soruşurlar: O, alimlər hansı ki deyirlər: Şəhadət kəliməsi və qəlbdə imanın olmasıyla bərabər, bədən üzvlərinin əməllərini tərk edəni (Amalul Cavarih) kafir saymayanlar İrca əhli sayılırlarmı?”. Cavab: “Xeyr, Onlar Əhli Sünnə Vəl Cəmaatdır!”. Sonra İbn Bazz – rahmətullahi aleyhi bu sualı ətraflı şəkildə ona başa salmağa başlayır və qeyd edir ki, insanı kafir yalnız namazı tərk etmək edir. Lakin sual verən bununla sakitləşməyərək Şeyxdən soruşur: “Bəzi insanlar sizin bu cavabınızdan belə bir nəticə çıxartdılar ki: Əgər bir kimsə Şəhadəti söylədikdən sonra heç bir əməl etməzsə belə bir kimsə zəif imanlı mömindir. Bu doğru anlamaqdırmı?”. Şeyx: “Bəli, kim tək olan Allaha və Onun Peyəmbərinə iman sallallahu aleyhi və səlləm - edərsə və bununla yanaşı zəkat verməz, Ramazan ayında oruc tutmaz, imkanı olduğu halda Həcc etməzsə belə bir kimsə böyük günah etmişdir və buna görə Cəhənnəm atəşinə düşə bilər. Bu məsələdə ən doğru görüş belə bir kimsənin kafir olmadığıdır. Lakin namaza gəldikdə isə onu tərk edən kafirdir və bu doğru rəydir”. Allahu Əkbər! Alimin cavabı belə olar! İndi təsəvvür edin ki, Şeyxin yerində namazı tərk edəni kafir görməyən bir alimdir. Görəsən o, hansı zahiri əməli qeyd edərdi ki, tərki insanı İslam dairəsindən çıxartsın? Sual verən Davam edir: “Biz, bu rəy İrca əhlinin görüşüdür – deyənlər barəsində nə söyləyək? Cavab: “Biz deyirik: “Zır cahil (Cahil Murakkab)! Qoy Əhli Sünnətin bu barədə söylədiyi sözlərə qayıtsın. İbn Teymiyyənin, AbulHəsən əl-Əşari “əl-Məqalət”, AbdurRahman İbn Həsən “Fəthul Məcid”, İbn Əbil İzz “Şərh Əqidətul Təhaviyyə”, İbn Huzeymə “Kitabu Tovhid”. Bu kimsə Zır cahildirsə öz cahilliyindən istifadə edərək insanları ittiham etməsin”859. Günümüzdə müsəlmanlar sağa-sola İrcalıqda ittiham edənlərə bu sözlər necə də gözəl yaraşır?

2. Şeyx Useymindən – rahmətullahi aleyhi soruşurlar: “Bütün Zahiri əməlləri tərk edən kafirdir, bəzilərini tərk edən isə kafir deyildir?”. Cavab: “Bu qaydanı kim qoyub? Kim bunu söyləyib? Məgər bu barədə Muhəmməd sallallahu aleyhi və səlləm - danışıb? Bu heç bir mənası olmayan sözlərdir! Biz deyirik: Allah və Rəsulunun kafir hesab etdiyini biz də kafir hesab edirik, Allah və Rəsulunun kafir hesab etmədiyini biz də kafir hesab etmirik. Bu haqdır! O ki, qaldı: Əməlin növü (Cinsul Əməl) və ya əməlin bir hissəsi, bir əməl və s. bunlar heç bir faydası olmayan boş hay-küydü”860. Şeyx Useymin – rahmətullahi aleyhi “40 Hədis” səh: 307 kitabının şərhində deyir ki: Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını - Lə İləhə İlləllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»861. Lə İləhə İlləllah - söyləmək – sözə, yolda olan maneəni dəf etmək – bədən üzvlərinin əməli, Həya da imandandır – qəlbin təsdiqidir (əməli). Günümüzdə müsəlman tələbələr arasında yayılmış: Əməllər imanın kamilliyi üçün şərtdir (Şartu Kamal), yoxa əməllər imanın əsli (həqiqəti, Şartu Sıhha) üçün şərtdir – kimi sözlərə bizim ehtiyacımız yoxdur. İstənilən bir insan səndən soruşduğu təqdirdə: Əməllər imanın kamilliyi üçün şərtdir, yoxsa əsli üçün şərtdir – cavab olaraq de: Səndən üstün, elmdə də səndən irəlidə, xeyirə də səndən daha çox can atan Səhabələr Allah onlardan razı olsun bu barədə Peyğəmbərdən sallallahu aleyhi və səlləm - soruşublarmı? Onlara kifayət olan sənə də kifayət olmalıdır. Əgər dəlil hər hansısa bir əməlin İslam dairəsində çıxardan olmasına işarədirsə, deməli bu əməl imanın əsli üçün şərtdir, əgər dəlil hər hanssa bir əməlin İslam dairəsindən çıxardan olmadığına işarədirsə, deməli bu əməl imanın kamilliyi üçün şərtdir. Bununla da söhbət bağlandı! O ki, qaldı mübahisələrə, rəddlərə, sonra da səninlə razılaşmayanlara Sən Murciyəsən! - demək və ya digər tərəfə Xəvaricdirlər – demək, səninlə razılaşanlarla gözəl münasibətdə olmaq doğru olmayan səhv fikirlərdir. Bu səbəbdən də mən elm tələb edən tələbələri bu mövzuda araşdırmalar aparmaqdan çəkindirirəm. O, əməllər ki, Allah və Rəsulu onu imanın əsli (həqiqəti) üçün şərt etmişdir, onlar imanın əsli üçün şərtdir. O əməllər ki, Allah və Rəsulu etməyib deməli onlar kamilliyi üçün şərtdir”.

3. Ləcnə Daimaya belə bir sual ünvanlanır: İnsan – Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah deyir, lakin İslamın dörd dayağını yerinə yetirmir. Nə namaz, nə zəkat, nə Oruc, nə Həcc, nə də digər şəriətdə vacib olan əməlləri edir. Belə bir kimsə Peyğəmbərin sallallahu aleyhi və səlləm - şəfaətini qazanaraq Qiyamət günü atəşdə əbədi yanmaqdan qurtulacaqmı?”. Cavab: “Kim – Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah dedikdən sonra, namaz, zəkat, oruc, həcc kimi vaciblərdən hamısını və ya birinin fərziyyətini ona bəlli olduqdan sonra (Allah ona fərz etmişdir) inkar edərsə Mürtəddir. Əgər tövbə edib (bu əməlindən çəkinərsə) onun tövbəsi qəbul olunar və o kimsə şəfaəti qazananlardan olar. Əgər insan bir namazı belə tənbəllikdən tərk edərsə kafirdir və İslam dairəsindən çıxır. Bu da alimlərin ən doğru rəyidir. Əgər namazın dəyəri belədirsə, onda namazla yanaşı Oruc, Zəkat, Həcci tərk edən barəsində nə demək olar? Əgər bu halda ölərsə belə bir kimsə nə Peyğəmbərin, nə də başqa bir kimsənin şəfaətinə layiq deyildir. O alimlər ki, İslamın bu dörd dayağını (fərziyyətini inkar etmirsə) tərk edənin əməlini əməli küfr (kiçik küfr) görmüşlər onlar belə bir kimsəni İslam dairəsindən çıxarmamışlar. Onlar hesab etmişlər ki, belə bir kimsə Qiyamət günü günahkar olmasına baxmayaraq şəfaətə layiq görüləcəkdir, əgər mömin (müsəlman) olaraq ölərsə”862. Əlhəmdulilləh! Gözəl cavab.

4. Şeyx AbdurRahman əl-Barrakda – rahmətullahi aleyhi soruşurlar: “Cinsul Əməl – imanın həqiqəti (Şərtu Sıhha) üçün şərtdirmi, yoxsa İmanın kamilliyi (Şartu Kamal) üçün şərtdir?”. Cavab: “Ümumi olaraq bir mənalı söyləmək ki, Əməllər imanın kamilliyi üçün şərtdir, və ya imanın həqiqəti (əsli) üçün şərtdir bu doğru deyildir. Bu məsələnin açıqlamağa ehtiyacı vardır. Həqiqətən də Əməllər – özündə qəlbin və bədənin əməllərini və həmçinin də əməl etmək və tərk etməyi özündə əhatə edir. Həmçinin özündə İslamın beş dayağını və digər vacibləri, şirki (və əhlini), küfrü və günahları tərk etməyi əhatə edir. Şirkdən və küfrün növlərindən uzaq olmaq bu imanın həqiqəti (Şartu Sihha) üçündür. Bunsuz iman səhih deyildir. Yerdə qalan günahların tərk edilməsi isə imanın kamilliyi üçün şərtdir. Qəlbin əməlinə gəldikdə isə bu Allaha və Rəsuluna olan məhəbbət, Allahdan qorxu və ümidin olmasıdır. Buna həmçinin daxildir dil ilə Şəhadəti İqrar etmək. Bütün bunlar da imanın həqiqəti (əsli) üçün şərtdir, bunsuz iman doğru olmaz. İslamın dayaqlarına gəldikdə isə - şəhadətdən başqa – Əhli Sünnə bu məsələdə ixtilaf etmişdir. Bu dayaqlardan hansının tərkinin böyük küfr və ya kiçik küfr olmasında onlar fikir ayrılığına düşmüşlər. Lakin ən böyük mübahisə şəhadətdən sonra İslamın dayağı olan namaz məsələsində olmuşdur. İslamın beş dayağından başqa olan vaciblərə gəldikdə isə Əhli Sünnə arasında bunların imanın kamilliyi üçün şərt olmasında heç bir fikir ayrılığı yoxdur, bunların tərki isə günahdır, lakin iman dairəsindən çıxartmır”863. Şeyxin sözlərinə diqqət edin! Gördünüzmü, İslamın dörd dayağının tərk edilməsində İslam alimləri arasında ixtilaf vardır. Onda hansı icmadan danışmaq olar? Allahdan qorxun! Şeyx əl-Barrak hafizahullah - deyir ki: “Bütün bunlar Əhli Sünnətin məzhəbidir. Kim desə ki, namazı və İslamın hansısa bir dayağını tənbəllikdən tərk edən kafir deyildir, o kimsə Murciyə deyildir! Və ya kim bunları tərk edəni böyük küfrdən sayırsa o da Xəvaric deyildir! Həqiqətən də insan Murciyə olur o zaman ki, əgər qəlbin və bədənin əməllərini imandan ayırarsa, hətta vaciblərin edilməsini söyləsə də belə”864. Bu o, alimlərin sözləridir ki, onlar tənbəllik səbəbilə namazı tərk edəni kafir saymışlar.

5. İmam İbn Nasr əl-Mərvəzi – rahmətullahi aleyhi deyir ki: “Həqiqətən Allaha imanı tərk etmək küfrdü, Allaha imanla yanaşı vacibləri tərk etmək küfrdü. Lakin bu küfr Allaha qarşı olan küfr kimi deyildir. Bu küfr əməlin tərki ilə bağlı olan küfrdü”865. İmam Mərvəzi – rahmətullahi aleyhi , əməlin tərkinin kiçik küfr olmasını söyləyən bir qrup hədis əhlinin sözlərini zikr etmişdir. Bu görüşdən söhbət açarkən onların İrca fikrində olduqlarını söyləməmiş, baxmayaraq ki, özü namazın tərkini böyük küfr saymışdır. İbn Teymiyyə – rahmətullahi aleyhi deyirdi ki: “Fəqih Murciyə və tərəfdarları ilə olan ixtilaf lüğətidir. Çünki onlar günahlara görə və vaciblərin tərkinə görə insan cəzalanmayacaqdır – demirlər. Baxmayaraq ki, əməlləri imana daxil etməmiş, imanın artıb azalmasını qəbul etməmiş və imanda şübhə etməyi - İnşəallah Mən möminəm - deməyi də qadağan etmiş və bununla belə onlar Əhli Sünnətdən sayılmışlar. Lakin əməllər imandandır, asiliklərlə azalar, Allaha olan itaətlərlə artar, İnşəallah Mən möminəm demək lazımdır – deyənlər Murciyədi?”866. Bu qədər də haqsızlıq olar!

6. Şeyx AbdulLətif İbn AbdurRahman – rahmətullahi aleyhi deyir ki: “Əhli Sünnət arasında zahiri əməlləri tərk edənin kafir olmub-olmaması barəsində ixtilaf vardır867. Hansı İcmadan söhbət gedə bilər? Qadi İyad – rahmətullahi aleyhi deyir ki: “Əgər bir kimsədə qəlb ilə təsdiq və dil ilə İqrar varsa yekdil rəyə görə belə bir kimsə müsəlmandır868. İmam İbn Əbil İzz – rahmətullahi aleyhi deyir ki: “Alimlər yekdil rəydədirlər ki, əgər bir kimsə qəlbilə təsdiq edib və dili ilə iqrar etdiyi halda, bədən üzvlərinin əməllərindən uzaq durarsa belə kimsə Allaha və Rəsuluna asi olmuşdur və cəzaya layiqdir”869.

7. İmam Badruddin əl-Ayni “Şərh Səhih Buxari” kitabında deyir ki: “Sözdə imandan hərdən imanın əsli (həqiqəti) qəsd olunur. Bu da əməl ilə bağlı olmayandır. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurur: “İman – Allaha, Mələklərinə, Peyğəmbərlərinə və Onunla görüşə (Axirətə) iman etməkdir”. Bəzən isə İmandan qəsd kamil iman nəzərdə tutulur. Bu isə əməllərlə bağlı olan imandır. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurur: “Allaha imanın nə olduğunu bilirsinizmi?”. Onlar: Allah və Rəsulu daha yaxşı bilir!” dedilər. Peyğəmbər: “Bu – Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah şəhadətini söyləmək, namaz qılmaq və zəkat verməkdir. Bu da kamil imandır. O iman ki, insanı Cəhənnəm atəşindən çıxaracaqdı, bu da kamil və əməllərlə bağlı olan imandır. Hədisdə deyildiyi kimi: Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurur: “Allaha imanın nə olduğunu bilirsinizmi?”. Onlar: Allah və Rəsulu daha yaxşı bilir!” dedilər. Peyğəmbər: “Bu – Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah şəhadətini söyləmək, namaz qılmaq və zəka verməkdir. Bu mənada olan iman - kamil imandır. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurur: “Zinakar zina etdiyi zaman mömin olarsa zina etməz....”. İnsanın Cəhənnəm atəşinə girməyinin qarşısını alan və müsəlmanların da ittifaq etdikləri iman ikinci söylədiyimiz kamil imandır. Əbədi Cəhənnəm atəşində qalmaqdan qoruyan və müsəlmanlaın da ittifaq etdikləri iman birinci söylədiyimiz imanın əslidir. Sələflər və İmam Şəfiinin – rahmətullahi aleyhi deyərdilər ki: “Əməllərin olmamasıyla iman qalır”870.

8. İmam Nəvəvi – rahmətullahi aleyhi deyir ki: “Sünnə əhlindən olan Muhəddislər, Fəqihlər, Mutəkəllimlər ittifaq etmişlər ki, Qiblə əhlindən sayılan və Cəhənnəmdə əbədi qalmayan mömin – İslamı qəlbində təsdiq edən, şübhələrdən uzaq olan və İki şəhadəti söyləyən kimsədir. Əgər o, bu iki şeydən birini etməzsə müsəlmanlardan sayılmaz.....”871. Ona görə də Əhli Sünnə etiqad edir ki, bu məsələdə icma deyil, əksinə ixtilaf vardır. İmam Nəvəvi – rahmətullahi aleyhi deyir ki: “İnsanı əbədi Cəhənnəm atəşindən qurtaran iman mütləqdir ki, qəlbin təsdiqindən və dilin iqrarından ibarət olsun. Bu da haqq yolda olanların görüşüdür”872.

9. Qadi İyad – rahmətullahi aleyhi deyir ki: “Əgər bir kimsə imanı qəlbi ilə təsdiq edib, dili ilə söyləməzsə Cəhənnəm atəşindən qurtulmaz və beləsi mömin sayılmaz. Həmçinin əgər imanı - dili ilə iqrar edib, qəlbi ilə təsdiq etməzsə, bu da ona fayda verməz və beləsi də mömin sayılmaz. Bu nifaq və küfrdür. İman adını (mömin adını) yalnız bu iki şeyi (qəlb ilə təsdiq, dil ilə iqrarı) özündə cəm edən daşıya bilər. Sonra onun imanının və İslamının kamilliyi hədislərdə keçən əməllərinin kamilliyindən aslıdır. Əgər onun qəlbində təsdiq və dilində iqrar varsa bu onu əbədi Cəhnnəm atəşindən qurtaracaq imandır. Onu Cəhənnəm atəşinə girməkdən qoruyacaq kamil imana gəldikdə isə bu da onun İslamın dayaqlarını kamil şəkildə yerinə yetirməkdən asılıdır”873.

10. İmam Şəhristani “Məzhəblər” barəsində olan kitabında deyir ki: “Əhli Sünnə Vəl Cəmaat İmanın üç əsas üzərində olduğunu - qəlb ilə təsdir, dil ilə söyləmək və əzalarla əməl etmək olduğunu söyləsələrdə, onlar deyirlər ki: “İmanın əsli – qəlb ilə təsdiqdən və dil ilə iqrar eməkdir, budaqları isə - əməllərdir”874. Şeyx Saleh Əli Şeyx hafizahullah - bu kitabı Məzhəblər barəsində yazılmış ən yaxşı kitab hesab etmişdir. İmam Beyhəqi – rahmətullahi aleyhi deyir ki: “Muhəddislərin bir çoxu qeyd edirlər ki, İman özündə Allaha olan vacib və müstəhəb itaətləri əhatə edir. Bu əməllərdə üç hissədən ibarətdir. Tərk edildiyi zaman insanı kafir edən hissə - dil ilə İqrar və Qəlb ilə təsdiqdir. Tərk edildiyi zaman insanı kafir etməyən, lakin fasiq və günahkar edən imanın hissəsi – fərziyyəti inkar edilmədən tərk edilən fərz əməllərdən: namaz, zəkat, oruc, həcc və qadağalardan çəkinməkdir”875. Alimlərin bu sözlərinə diqqətlə nəzər salın! Aydın deyilsə bir neçə dəfə oxu! Ta ki, sənə aydın olsun! “Əbədi Cəhənnəm atəşindən onu təsdiqi və İqrarı qurtaracaqdır” – bu o demək deyil ki, əməllər imandan deyildir və ya əməllər lazım deyil və ya təsdiq və iqrar kifayətdir!876 Biz də bunu söyləyirikdə? Məgər biz dedikdə ki, əməllər Şartu Kamaldı – əməlləri inkar etmiş oluruq, yoxsa deyirik ki, əməl lazım deyil, qəlb ilə təsdiq, dil ilə iqrar kifayət edər? Əsla!

11. İmam İbn Quteybə – rahmətullahi aleyhi deyir ki: “İmanın iki əsası vardır: Əsl (həqiqəti) və Budaqları (şöbələri). İmanın əsli – İki şəhadəti, Axirətə iman, Cənnət və Cəhənnəmə iman, mələklərə və Allahın Kitabında xəbər verdiklərinə və Peyğəmbərinin sallallahu aleyhi və səlləm - xəbər verdiklərinə iman etməkdir. Bunlardan birinə küfr edən kafir olur. Belə bir kimsə üçün mömindir və ya imanı zəif mömindir deyilməz. Həmçinin İmanın əslindən – namaz, zəkat, oruc və həccdir. Əgər bir kimsə fərziyyətini inkar etmədən tənbəllikdən bunlardan birini tərk edərsə tövbə edənə qədər zəif iman sahibidr. Həmçinin böyük günahları halal görmədiyi müddətdə edərsə belə bir kimsə də zəif iman sahibidir ta ki, tərk edənə qədər. İmanın budaqlarına (şöbələrinə) gəldikdə isə bu – yolda insanlara mane olan maneəni dəf etmək, salamı yaymaq və s.”877.

12. İbn Cərir ət-Təbəri – rahmətullahi aleyhi deyir ki: “Bəziləri deyirlər ki, iman – qəlb ilə təsdiq, dil ilə İqrar və bədən üzvlərinin əməlidir. Kim bu üç əsasdan üçüncüsü olmadan ilk iki əsas ilə gələrsə belə bir kimsə üçün mömindir deyilməz. Lakin kim bu iki əsas ilə gələrsə və əməllərində tənbəllik edərsə belə bir kimsə üçün müsəlmandır deyilər”878. Həmçinin deyir ki: “Əgər bir kimsə qəlb ilə təsdiq edib, dil ilə iqrar edərsə, lakin əməllərində naqislik olarsa belə bir kimsə Allaha və Rəsuluna iman edən kimsədir. Lakin onun barəsində mömindir deyilməz”879. Hafiz İbn Rəcəb – rahmətullahi aleyhi deyir ki: “Məlumdur ki, Cənnətə yalnız qəlbi ilə təsdiq edən və dili ilə iqrar edən girəcəkdir. Bu iki əsasa görə insan Cəhənnəm atəşindən çıxıb Cənnətə girəcəkdir”880.

13. İbn Həcər – rahmətullahi aleyhi deyir ki: “Sələflər deyirlər ki: İman – qəlbin təsdiqi, dilin İqrarı və bədən üzvlərinin əməlidir. Bununla onlar əməllər imanın kamilliyi üçün (Şartu Kamal) qəsd edirdilər. Buradan da götürülmüş-dür ki, iman artır və azalır. İrca əhli isə deyir ki, İman – qəlbin təsdiqi və dilin İqrarıdır. Kərramilər deyirlər ki, İman – yalnız İqrardır. Mötəzilə deyir ki, İman - əməl, iqrar və təsdiqdir. Lakin Sələflərlə Mötəzilə arasında fərq ondan ibarətdir ki, onlar Əməlləri Şartu Sıhha sayırdılr, Sələflər isə Şartu Kamal sayardılar”881. Allahu Əkbər! Şeyx əl-Albani – rahmətullahi aleyhi , İbn Həcər – rahmətullahi aleyhi barəsində deyir ki: “İbn Həcərin – rahmətullahi aleyhi doğumundan sonra heç bir qadın İbn Həcər kimisini doğmamışdır”.

14. Şeyx Ubeydullah əl-Mubarakfuri – rahmətullahi aleyhi deyir ki: “Əhli Sünnətə görə iman – qəlb ilə təsdiq, dil ilə İqrar və bədən üzvlərinin əməlidir. Bu cür həmçinin Mötəzilə və Xəvariclər də demişlər. Lakin Sələflər onlardan fərqli olaraq İmanın digər hissələrini imanın əsli kimi etməmişlər. Sələflərə görə əməllər namazın vacibləri kimidir, lakin namazın rükunları kimi deyildir. Sələflər hesab etmirlər ki, əməllər itməklə iman da itir. Əksinə əməllər olmasa da iman qalır. Buna görə də qəlbin təsdiqindən və dilin iqrarından fərqli olaraq əməlləri tərk edən, böyük günah edənlər fasiq möminlərdir, lakin kafir deyildir. Lakin insan tək iqrar edib, qəlbi təsdiq etməzsə - münafiqdir. Lakin tək qəlbi təsdiq edib, dili iqrar etməzsə - kafirdir. Qəlbi təsdiq edib, dili iqrar edib, əməlsiz olan isə - fasiqdir və bununla əbədi Cəhənnəm atəşindən qurtularaq Cənnətə girəcəkdir”882.

15. Ömər Suleyman əl-Əşkar – rahmətullahi aleyhi deyir ki: “Quran və Sünnədən olan dəlillər dəlalət edir ki, günah edən və vacibləri tərk edən müsəlman kafir olmur, lakin imanı zəifləyir. Belə bir kimsənin halı Allahın diləməsindən asılıdır. Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (ən-Nisa 48). Əməllərin imanın bir hissəsi olduğunu sübut etməyə çalışanlara gəldikdə isə, biz buna qarşı deyilik! Lakin onların səhvi ondadır ki onlar əməlləri İmanın Sıhhati (əsli, həqiqəti) üçün şərt etmişlər, bu isə doğru deyildir. Əməllərin olmaması İmanın kamil olmamasına gətirir”883. Şeyx Saleh əs-Suheymi hafizahullah - dərslərin birində “İman Məfhumunu” başa salarkən deyir: “Qardaşlara nəsihət olaraq söyləyəcəyim, ətrafında mübahisələrin çoxaldığı və toxunmaq istədiyim məsələlərdən biri də iman məsələsidir. Məs: İman məsələsindən heç bir anlayışı olmayan bir nəfər, Sələflərin istifadə etmədiyi terminlərdən istifadə edərək insanları küfrdə və fasiqlikdə ittiham edir. Bu da “Zahiri əməllərin tərki” məsələsidir. Sələflərdən yalnız bu cür ifadələr məşhurdur: İman – söz və əməldir və əməllərdə imandandır. Biz Rəbbimizə “Cinsul Əməl”, “Şərtu Sıhha” “Sartu Kamal” terminlərlə ibadət etmir və yaxınlaşmırıq”884. Muhəmməd Nəim deyir ki: “Alimlər ittifaq etmişlər ki, Dilin iqrarı olduğu halda, qəlb təsdiq etməzsə iman olmadığı kimi, həmçinin ittifaq etmişlər ki, qəlbin təsdiqi olduğu halda, Dilin iqrarı olmazsa iman olmaz! Bir çox Sünnə tərəfdarları əməlləri imana aid etsələrdə belə, Dil ilə iqrar edib, qəlb ilə təsdiq edəni əməlləri olmadığı halda heç bir kimsəni təkfir etməmişlər”885.

16. İmam Zuhri rahmətullahi aleyhi deyir ki: “İslam kəlimədir, İman isə əməldir”. Sələflər İslamı kəlimə, İmanı isə əməl görürdülər886. İbn Teymiyyə rahmətullahi aleyhi İmam Zuhrinin rahmətullahi aleyhi bu sözünü şərh edərkən bu sözü təsdiqləyərək deyir: “İnsan Allahın tək haqq İlah olduğuna və Peyğəmbərin Allahın qulu və elçisi olduğuna şəhadət gətirilməyincə müsəlman ola bilməz”. Daha sonra: “Bu kəlimə ilə insan İslama daxil olur. Kim desə ki, İslam Kəlimədir və bunu qəsd etsə artıq doğru demişdir”. Sonra: “Bu kəliməni dedikdən sonra Peyğəmbərin sallallahu aleyhi və səlləm əmr etdiyi zahiri əməlləri etmək lazımdır və kim bu zahiri əməllərdən nəyisə tərk etsə artıq onun imanı naqisləşir”887. Muhəmməd İbn Batta rahmətullahi aleyhi deyir ki: “Bir insan imandan İslama çıxa bilər, İslamdan isə yalnız şirk ilə və ya hansısa fərzləri inkar edərək çıxır. Tənbəllikdən tərk etsə Allahın istəyi altında olar”888.

17. İbnu Məndəh rahmətullahi aleyhi deyir ki: “Camaat əhli, yəni Əhli Sünnəyə görə imanın tərifi: “Dillə, Qəlblə və bədən üzvləri ilə olan itaətlərin hamısı imandandır. Həmçinin imanın kökü və budağı vardır. ”Daha sonra əslini izah edərək buyurur: İmanın əsli - Allahı tanımaq, Onu və Ondan gələn hər bir şeyi dil və qəlblə təsdiq etmək, Onu sevmək, Ondan qorxmaq, Ona təzim etmək və bununla yanaşı inadkarlığı və təkəbbürlüyü tərk etmək. Əgər kimsə bu şeylərlə gələrsə, artıq imana daxil olmuşdur və mömin adlanır. Ona imanın əhkamları tətbiq olunur. Bu insan imanını kamil etmək üçün fərzləri yerinə yetirib qadağalardan çəkinməlidir. Buda zahiri əməllərdir”889. İbn AbdulBərr rahmətullahi aleyhi beş namaz hədisini şərh edərkən buyurur: “Bu hədis dəlalət edir ki, müsəlmanlardan namaz qılmayanlar Allahın istəyi altındadır. Əgər Tövhid əhli olub, Peyğəmbərdən sallallahu aleyhi və səlləm gələnlərə iman gətirib təsdiq edib, lakin əməl etməsə belə”890. İbn AbdulBərr rahmətullahi aleyhi cariyənin hədisini şərh edərkən buyurur: “İki şəhadət kəliməsini sadiq qəlb ilə deyən mömindir”891. İbn AbdulBərr rahmətullahi aleyhi namaz qılmayanın kafir olmadığını söylədikdən sonra deyir ki: “Bu barədə İman – söz və əməldir deyən alimlər deyirlər. Bunu həmçinin (namaz qılmayanın kafir olmadığını) İrca əhli də deyirlər. Lakin İrca əhli deyir ki: Mömin kamil iman sahibidir”892.

18. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Allah “Yə Əyyuhəlləzinə Əmənu” dedikdə, bu xitaba, zahirdə imanını izhar edən daxildir. Həmçinin kim batinində Peyğəmbərin sallallahu aleyhi və səlləm gətirdiyini təsdiq etsə artıq Allahın “Yə Əyyuhəlləzinə Əmənu” xitabına daxildir, asi olsa da belə. Sonra: Və hətta batini və zahiri vacibləri etməsə belə (əməl etməsə belə). Kimdə imanın əvvəli olsa artıq iman əhli sayılır. Çünki o insanın batinində yəni qəlbində Peyğəmbərin sallallahu aleyhi və səlləm vacib etdiyi şeylərin vacibliyini və haram etdiyi şeylərin haramlığını iqrar edirdi. Məhz bu da İmanın sihhətidir. Açıq aydın deyir ki imanın sihhəti qəlb ilə vacibləri iqrar edib, həmçinin haram olan şeylərin də haramlığını iqrar etməkdir. Daha sonra Şeyxul İslam imanın kamilliyini qeyd edir və sözünün ardınca buyurur: O ki, qaldı imanın kamilliyinə, imanın kamilliyi əmrləri yerinə yetirib qadağalardan çəkinməkdir”893. Açıq aydın deyir ki, imanın sihhəti qəlb ilə vacibləri iqrar edib, həmçinin haram olan şeylərin də haramlığını iqrar etməkdir. Açıq aydın buyurdu ki: İmanın sihhəti dil ilə iqrar edib qəlb ilə təsdiq etməkdir, kamilliyi isə əmrləri edib qadağalardan çəkinməkdir. İmanın əsli qəlbdə, kamilliyi isə zahiri əməllərdə olur894. Həmçinin Şeyxul İslamın tələbəsi olan Hafiz İbn AbdulHədi rahmətullahi aleyhi öz kitabında Şeyxul İslam rahmətullahi aleyhi ilə İbn Murahhəl adında birinin münazirəsini zikr edir və orada geniş münazirə əsnasında İbn Teymiyyə rahmətullahi aleyhi bu məsələyə toxunaraq deyir: “Əhli Sünnə deyir ki, imanın furusunu yəni budaqlarını tərk edən kafir olmur, hətta imanın əslini tərk etməyincə. İmanın əsli isə Etiqaddır. İbn Temiyyə rahmətullahi aleyhi açıq-aydın qeyd edir ki, imanın budaqlarını tərk edən insan kafir sayılmır, insan o vaxt kafir sayılır ki, imanın əslini tərk edir. O da etiqaddır. Hətta həmin münazirədə deyir ki, “Əməlləri tərk edəni kafir sayanlar xəvariclərdir”895.

19. İbn Rəcəb rahmətullahi aleyhi şəfaət hədisini şərh edərkən deyir ki: “Bu hədis dəlalət edir ki: “İman söz, yəni Tövhid kəliməsi və qəlbi əməldir”. Tövhid əhlindən olan günahkarlar, bu iki şeylə, yəni, dillə iqrar edib qəlbi əməl olarsa Cəhənnəmdən çıxacaqlar”896. İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: “Şəfaət hədisində keçən Peyğəmbərin sallallahu aleyhi və səlləm sözündə olan murad “Onlar heç bir xeyr əməl işləməyiblər” - zahiri əməllərdən heç birini etməyiblər” deməkdir897. Onda belə çıxır ki, bütün bu alimlər İrcalıqla ittiham olunmalıdırlar. İnsanları İrcalıqda ittiham edən kimsələr bu dəlilləri bilsəydilər? Bəlkə də xəbərləri vardır, sadəcə nəfsləri imkan vermir. Bu da bidət əhlinin əlamətlərindəndir: İmam Vaki İbn Cərrah – rahmətullahi aleyhi deyir ki: “Elm əhli həmişə öz rəylərini də, onlara zidd olan rəyləri də qeyd edirlər. Lakin öz nəfslərinin qulu olanlar isə onlara sərf edəndən başqa bir şey qeyd etmirlər”898. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: “Sən elə bir bidət əhli tapmazsan ki, ona zidd olan dəlilləri gizlətməyi sevməsin. O, bu dəlilləri sevməz, nifrət edər və onlardan heç vaxt danışmaz. Həmçinin bu dəlillərdən danışanları da sevməz”899. Allahu Əkbər! Necə də həqiqətə uyğun olan sözlərdir, adamın qəlbinə yağ kimi yayılır. İstəsəniz mənbələr qeyd olunmuşdur, orginala qayıdıb hamısına nəzər sala bilərsiniz. Lakin Allahdan qorxun və haqqına danışın!


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin