Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə40/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

ƏMİRLƏRƏ DUA ETMƏK

Əhli Sünnə vəl Cəmaatın mövqeyindən biri də budur ki, onların saleh olmaları, doğru yolda yürümələri və hidayət üzərə olmaları üçün dua etmək Sələfi Salihin izlədiyi bir yoldur. İmam əl-Bərbəhari – rahmətullahi aleyhi – deyir ki: «Sən bir kimsənin rəhbərə qarşı bəd dua etdiyini görsən bil ki, o bidət sahibidir. Əgər bir kimsənin rəhbərin islah olması üçün dua etdiyini görsən bir ki, o – Uca Allahın izni ilə – sünnətə bağlı bir kimsədir»1381. Fudeyl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Əgər mənim qəbul ediləcək bir duam olsaydı bunu mütləq rəhbər üçün ayırardım. Çünki bizlər onların islah olunmaları üçün dua etməklə əmr olunduq, onlara bəd dua etməklə isə qadağan olunduq. İstərsə haqsızlıq etsinlər, istərsə zülm. Çünki onların zülm və haqsızlıqları öz əleyhlərinədir. Salamat olmaları isə həm özlərinə, həm də müsəlmanların lehinədir. Digər tərəfdən onların islah olunmaları ilə ümmət də islah olur. Çünki mənim salehliyim yalnız özümün, başçıların salehliyi isə bütün müsəlmanların (ölkələrin islahı) xeyrinədir – bu sözləri eşidən İbn Mübarək – rahmətullahi aleyhi – onun alnından öpərək: «Ey xeyir (işlərin) müəllimi! Bunu sənin kimi gözəl (şəkildə kim çatdıra bilərdi?»1382. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onu da bil ki – Allah sənə rəhm etsin – hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan daha da itidir»1383. Başqa bir rəvayətdə: «Həsənul Bəsri – rahmətullahi aleyhi – Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərinizlə etdiklərinizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»1384. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Müsəlman rəhbərlərə nəsihətə gəlincə, haqq üzərə onlara yardım etmək, bu xüsusda onlara itaət etmək, yumşaqlıqla və uyğun bir dillə onlara haqqı əmr etmək, onları başa salmaq, öyüd vermək və unutduqları şeyləri onlara təkrar bildirməklə olur»1385. əl-Xalləl öz «Sünnə» 1/83 əsərində İmam Əhməd – rahmətullahi aleyhi – nin rəhbərlər haqqında belə dediyini rəvayət etmişdir: «Mən gecə-gündüz imam üçün müvəffəqiyyət arzulayır və Allahın ona kömək olması üçün dua edirəm və bunu özümə vacib bilirəm».



ƏMİRLƏRƏ NƏSİHƏT ETMƏK

İbn Kusayb əl-Adai deyir ki: “Bir gün Əbu Bəkrə ilə minbərin yanında oturmuşdum Bu zaman Abu Amir çox nazik bir libasda xütbə verirdi. Əbu Bilal dedi: “Bizim əmirə baxın, fasiqlərin libasını (ipək) geyinir” dedi. Əbu Bəkrə dedi: “Yum ağzını, mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm - belə dediyini eşitdim: Kim əmirini alçaltmağa çalışarsa Allah da onu alçaldar”1386. Əbu Ruqayyə Təmimi b. Əus əd-Dari - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Din nəsihətdir». Kimə? (Ya Rəsulullah!) deyə soruşduq. (Peyğəmbər) buyurdu: «Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara»1387. Bir halda ki, nəsihətin vacibliyi sübuta yetirildi, deməli hər bir müsəlmanın buna riayət etməsi labüddür. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Müsəlman rəhbərlərə qarşı nəsihətə gəlincə – onları saleh və ədalətli görmək, müsəlmanların bir əmir ətrafında birləşmələrini istəmək, müsəlmanların dağılmasını, partiyalara, firqələrə bölünməsini istəməmək, Allahın əmrlərinə uyğun gələn hər bir məsələdə onlara itaət etmək, onlara qarşı çıxmaq istəyənlərə nifrət hissi bəsləmək və Allaha itaətdə onların güclənməsini ümid etmək»1388. İyad b. Ğanəmin Hişam b. Hukeyməyə belə dediyi rəvayət olunur: «Məgər sən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Kim öz başçısına nəsihət vermək istəyirsə bu işi (hamıya) car çəkərək aşkarda ona bildirməsin. (Əksinə) onun əlindən tutub xəlvətə çəkilsin. Əgər başçısı onun bu nəsihətini qəbul edərsə söz yox, yox əgər qəbul etməzsə artıq nəsihət verən öz borcunu yerinə yetirmişdir» sözlərini eşitməmisənmi?»1389. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Kim əmirinə nəsihət etmək istəyərsə bunu gizlində etsin, aşkarda deyil”1390. İbn Abbasdan - radıyallahu anhu – əmirlərə nəsihət barəsində soruşduqda dedi: “Əgər sən bunu etmək istəyirsənsə elə et ki, səninlə onun arasında heç kimsə olmasın və öz imamın haqqında qeybət etmə!”1391. İbn Bazz – rahmətullahi aleyhi – bu hədis ilə bağlı deyir ki: «Saleh Sələflər heç vaxt əmirlərin səhvlərini bəyan etməzdilər. Onlar haqqında məscidlərin minbərlərindən xəbər verməzdilər. Çünki onlar bilirdilər ki, bu cür əməllər pis nəticələrə və əmirlərə haram olmayan əməllərdə də itaətsizliyə gətirib çıxardır. Əmirlərə qarşı bu cür çıxışlar üsyanlara gətirib çıxardır ki, bunun da ziyandan başqa bir nəticəsi olmur. Saleh Sələflər onlara nəsihətlər verər, onlara məktublar yazar, yaxud da əmirlərə yaxın olan insanlar vasitəsilə onlara gözəl nəsihətlər verərdilər. İnsanları günahlardan çəkindirdikdə (içkidən, zinadan, rüşvətdən və s.) onların adlarını çəkmədən bunu edərdilər. İstər bu alim olsun, istərsə də sıravi bir müsəlman»1392.

Bir gün insanlar Usamə b. Zeyd - radıyallahu anhu – ya Osman - radıyallahu anhu – ilə danışmağı xahiş etdilər. O: «Siz elə zənn edirsiniz ki, mən onunla söhbət etməmişəm. Vallahi mən hər kəsdən öncə heç kəsin etmədiyini edərək onunla üzbəüz söhbət etdim»1393. İbn Həcər əl-Əskalani – rahmətullahi aleyhi – deyir ki: «Bu hədis bizlərə onu bəyan edir ki, əmirlərlə danışdıqda onlara hörmətlə yanaşmalı və onlarla danışdıqda müəyyən ədəb formalarına riayət edilməlidir1394. (İdarə etdiyi) dövlətdəki insanların yaşayış tərzindən və onun haqqında olan fikirlərini əmirə bildirmək. Bunu da etdikdə mülayim bir formada, ədalətli bir şəkildə etmək lazımdır ki, (başqalarına əziyyət vermədən) istənilən nəticəyə çata biləsən»1395. İmam ən Nuhas, əs-Sindi, əş-Şovkani, İbrahim İbn AbdulLətif və s. İmamlar – rahmətullahi aleyhi – deyirlər ki: “Əmirə nəsihəti gizli etmək lazımdır, insanlar içərisində deyil”1396.

Bütün bu sözlər bizim əmin-amanlığımız və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dediklərinə itaətimiz üçündür. Əgər onlara riayət etsək, Allahın izni ilə biz nicat tapanlarıq. Yox əgər asi olsaq Əhli Sünnə vəl Cəmaata müxalifliyimiz qədər ixtilaf və nöqsanlara düçar olarıq. Buna görə də bütün müsəlmanların islahını istəyən hər bir kəs səmimi qəlbdən Allahın izni ilə onlara başçılıq edən kimsənin islahını, onun Allahın kitabı və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsilə əməl etməyə müvəffəq olmasını dua etməlidir. Biz heç də tutulan yolun və əməlin Quran və Sünnə ilə olmasını kimdənsə az istəmirik. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bunun da səbəbi odur ki, əgər xəlifə və əmir saleh olarlarsa onların ardınca bütün xalq da gedər, yox əgər onlar günah içərisində batarlarsa bu aqibət bütün xalqı da bürüyər. Buna görə də Osman - radıyallahu anhu – deyir ki: «Həqiqətən də Allah əmirin əli ilə bir tək Quranın vasitəsilə etmədiyini edir»1397. Bu qayda bütün əməlisaleh müsəlmanlara aiddir ki, onlar əmirləri üçün dua etsinlər, onların xətalarını ört-basdır edərək onlara nəsihət verməyə çalışsınlar. Heç bir müsəlmana yaraşmaz ki, əmirlərin səhvlərini xalqın içərisində bəyan edərək onları gözdən salmağa çalışsın. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: “Allaha and olsun ki, din müsəlman əmirləri olmadan qaydasına düşməz. Hətta onlar zalım və günahkar olsalar da belə. Allaha and olsun onların səbəbilə Allah daha çox xeyir edir, nəinki onların zülmü”1398. İmam Alusi – rahmətullahi aleyhi – deyir ki: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır”. (əl-Bəqərə 251) ayəsi barəsində deyir: “Bu ayə hakimiyyət və idarəçiliyin fəzilətini göstərir. Ona görə də deyilir ki: “Din və hakimiyyət bir-birindən ayrılmazdır. Birinin itməsilə digəri də itə bilər. Din – başdır, hakimiyyət – keşikçidir. Məlumdur ki, bir şeyin ki keşikçisi (mühafizəçisi) yoxdursa itə bilər”1399.



MÜSƏLMAN ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞIN QADAĞAN EDİLMƏSİ
Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «…Namaza toplanın» deyə nida etdi. Biz də Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzurunda toplandıq. O, buyurdu: «Həqiqətən də, məndən əvvəl yaşamış hər bir Peyğəmbərin üzərinə düşən borc ümmətini onlara xeyirli olan şeylərə sövq etməsi və ümməti üçün şər olan şeylərdən isə çəkindirməsidir. O, ki qaldı bu ümmətə, ilk dövrlərində onlara xeyir-bərəkət veriləcəkdir1400, sonda isə bir çox bəlalar və sizin xoşlamadığınız bir çox işlər baş verəcəkdir. Üzərinizə (gecə qaranlığı) kimi fitnələr çökəcəkdir ki, hər bir fitnə əvvəlkindən daha şiddətli və ya (əvvəlki sonra gələn fitnədən daha yüngül olacaqdır). Elə bir fitnələr gələcəkdir ki, hər bir mömin: «Bu məni həlak edəcək fitnədir» deyəcəkdir. Sonra o, fitnə qaldırıldıqdan sonra digəri daha ağırı gəldikdə mömin: «(Məni həlak edəcək fitnə) budur» deyəcəkdir. Kim bu (fitnə dönəmində) Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girməyi arzu edirsə ölüm onu yaxaladığı zaman Allaha və Axirət gününə iman edən birisi olsun və insanlarla necə özü ilə rəftar olunmağı arzu edirsə o, cür də rəftar etsin. Hər kim də əmirinə beyət edərək əlini tutub qəlbini ona verərsə gücü çatdığı qədər ona itaət etsin. Bir başqası da gəlib (hakimiyyət) üstündə onunla mübarizə apararsa onun boynunu vurun»1401. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Ənsar cəmaatı! Məndən sonra sizlər (dünya işlərində sizə məxsus olan bir şeyi özlərinə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla bərabər sizlər səbr edin. Nəhayət (Qiyamət günü) Kövsər hovuzu başında mənimlə qovuşana qədər»1402. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim (əmirə) itaətdən çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü ilə ölmüş olar. Hər kim haqq və batil olduğu bilinməyən məchul və qaranlıq bir müharibənin kor-koranə asılmış bayrağı altında sırf qövmiyyət üçün (heç bir haqqın yüksəlməsi üçün deyil) mübarizə edərək (və ya bu işə yardım edərək) öldürülürsə o, kimsə mənim ümmətimdən deyildir...»1403. Arfəcə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bu ümmətin işini birlik və bərabərlik halda ikən onu firqə-firqə bölmək istərsə harda olursa olsun o, təfriqəçi insanı qılıncla vurun (Başqa rəvayətdə: Bütün işləriniz tək bir adam üzərində birlik və vəhdət halında ikən sizlərə biri gəlib birliyinizi parçalamaq və ya topluluğunuzu firqə-firqə bölmək istərsə onu öldürünüz)»1404. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki dövlət başçısına beyət olunduğu zaman o, ikisindən birini öldürünüz»1405. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə, mənə itaət etmiş olar, hər kim də əmirə asi olarsa mənə asi olmuş olar»1406. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim əmrinə qarşı üsyan edərək itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində ölən kimi ölər»1407. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Əksər alimlər hesab edirlər ki, rəhbərin zülmünə səbr etmək vacibdir nəinki ona qarşı çıxmaq. Çünki əmirə qarşı çıxmaq və onu devirməkdə əminliyi qorxu ilə və qan axıtmaqla, həmçinin yer üzündə fitnələrin yayılmasıdır. O, kəslər ki, zalım idarəçilərə qarşı çıxmağı doğru görürlər onlar Mötəzilə və Xəvariclərdir”1408. Yezid əl-Fəqir belə rəvayət edir: “Xəvariclərin fikirlərindən bir fikir qəlbimə girmişdi. Bir neçə nəfərlik dəstə ilə həccə çıxdıq. Həcc edəndən sonra insanlara qarşı çıxmağı düşünürdük. Mədinə şəhərinə gəldik. Cabir İbn Abdullah - radıyallahu anhu – bir dirəyə söykənib insanlara Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – hədis danışırdı. Birdən Cəhənnəmlik olanları xatırlatdı. Mən ona belə dedim: “Ey Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabəsi, sən nə danışırsan? Məgər Allah buyurmur: “Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!” (“Ali-İmran” /192)“Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq” (“əs-Səcdə” /120). Bəs sənin danışdıqların nədir?!” O məndən: “Sən Quran oxuyursan?” deyə soruşdu. Mən: “Bəli” deyə cavab verdikdə, o məndən yenə soruşdu: “Muhəmmədin – sallallahu aleyhi və səlləm – məqamı (yəni, Allahın onu Qiyamət günü dirildəcəyi yer) haqda eşitmisən?” Mən: “Bəli” deyə cavab verdikdə, o mənə belə dedi: “Muhəmmədin “Mahmud” məqamıdır ki, Allah ona görə istədiyi kimsələri (Cəhənnəmdən) çıxaracaq.” Sonra Sirat körpüsünün qoyulmasından və insanların onun üzərindən keçməsini vəsf etməyə başladı. Qorxuram ki, o yerini əzbərləməmiş olum, ancaq bəzi insanların Cəhənnəmə düşdükdən sonra oradan çıxmalarını iddia edərək belə dedi: “Yəni oradan çıxdıqda qaralmış küncüt çöplərinə bənzəyəcəklər. Cənnət çaylarından birinə girib oradan kağız səhifəsi kimi ağ çıxacaqlar.” Biz qayıtdıq və belə dedik: “Vay olsun sizə, Şeyxin Peyğəmbərin adından yalan danışdığını zənn edirsiniz. Biz fikrimizdən daşındıq. And olsun Allaha ki, bir kişidən başqa heç birimiz çıxmadı. Yaxud Əbu Nueymin dediyi kimi”1409. Şeyx Abdul Muhsin əl-Abbad – Hafizahullah - deyir ki: “Bu hədis dəlildir ki, bu qrup böyük günah sahibləri olan müsəlmanları küfürdə ittiham etmək və Cəhənnəmdə əbədi qalmaq xəstəliyinə düçar olmaqla Xəvariclərin fikirlərilə xəstələnmişlər. Lakin Cabir - radıyallahu anhu – ilə qarşılaşdıqdan sonra onlar haqqı öyrəndikdən sonra bu barədə olan fikirlərini dəyişdilər, hətta Həcc edəndən sonra müsəlman əmirlərə qarşı çıxmağı da tərk etdilər. Burada mühüm bir fayda vardır ki: hər bir müsəlman alimə müraciət etməklə bunu əldə edə bilər”1410.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Vəs Səlləm – BU İKİ HAL MÜSTƏSNA OLMAQLA ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞI QADAĞAN ETMİŞDİR
Allah Rəsulu idarəçilərə qarşı bu iki hal müstəsna olmaqla çıxmağı qadağan etmişdir. Bu iki hal bunlardır: 1. Onların sözlərində və əməllərində açıq-aydın bir küfrün ortaya çıxması və (bu küfrə qarşı yanımızda Allahın kitabından açıq-aydın bir dəlilin olması). Cunadətu b. Əbi Umeyyə deyir ki, bizlər Ubadətu b. Samit - radıyallahu anhum – nun yanına gəldik. Xəstə idi. Allah sənin halını yaxşılığa yönəltsin! Sən bizə Rəsulullah – sallallahu aleyhi və səlləm – dən eşitdiyin və Allahın da o, səbəblə mənfəət verəcəyi bir hədisi söylə» dedik. O: «Rəsulullah – sallallahu aleyhi və səlləm –– Əqabə gecəsi biz ənsarı beyət etmək üçün yanına dəvət etdi. Biz də onunla birlikdə beyət etdik. Sevincinizdə, kədərinizdə, çətinlikdə, asanlıqda, hətta (əmir sizə məxsus olan bir şeyi özünə aid etdiyi) durumda da əmirlərinizi dinləyib onlara itaət emək, əmarət sahibi olan kimsələrə əmirlik xüsusunda çəkişməmək. Ancaq əmir sahibində açıq bir küfr görməniz müstəsnadır ki, bu halda onun küfrü haqqında yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır» deyə buyurdu1411. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Küfrdən qəsd edilən Allahın bizləri çəkindirdiyi günahlardır. Bu hədisdən qəsd olunan odur ki, əmirlərə qarşı çıxmaq, onlarla mübarizə aparmaq olmaz əgər açıq-aydın küfr etmirlərsə. Hansı ki, Allah bizlərə bu barədə xəbər vermişdir. Əgər əmir buna yol verərsə onun etdiyini dəstəkləmək olmaz və bu haqda ona nəsihət etmək lazımdır. Lakin onlara qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq müsəlman alimlərin icması ilə haramdır. Hətta əmir böyük günahkar və diktator olsa da belə. Bu haqda əvvəl qeyd etdiyimiz hədislər dəlildir. Sünnə əhli həmfikirdilər ki, əmir günahlarına görə hakimiyyətdən uzaqlaşdırıla bilməz. Səbəb də odur ki, bu cür əməllər müsəlmanlar arasında fitnələrə, müsəlmanların parçalanmalarına və nahaq qanların axıdılmasına gətirib çıxardır. Buna görə də günahkarın hakimiyyətdən uzaqlaşdırmağın zərəri xeyrindən daha çoxdur»1412. Bir məsələdə ayrılıq, ixtilaf varsa məyyən bir insanı küfrdə ittiham etməyə maneədir. İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: “Küfrdə ittiham edilməz, üzərində (alimlər arasında) heç bir ixtilaf olmayan bir şeyə görə küfrdə ittiham edilir”1413. Əmirlərdən açıq-aydın Kufru Bavah görmədikcə. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Bavah – açıq-aydın, zahirdə olan küfrdü. O, qədər açıqdır ki, bunu başqa cür yozmaq olmaz”1414. “...İslamı qəbul etdikdən sonra kafir olmuş...”. (ət-Tövbə 74). “Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır”. (Ali İmran 90). Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Kufru Bavah – bu elə bir küfrdür ki, günəş kimi aydın olan, heç bir şübhə doğurmayan aydın bir elm üzərində bilinən küfrdür”1415. Şeyx Racihidən – hafizahullah - soruşurlar: “Kufru Bavah – şərtləri nədir?” deyə soruşurlar. Şeyx: “Bavah – açıq, aydın küfrdür. Hansında ki, heç bir şübhə yoxdur. O, ki qaldı şübhəli olana, aydın olmayana bu küfr Bavah sayılmaz”1416. İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Kafir olmuş Əmirə qarşı çıxmaqda heç bir problem yoxdur, əgər buna imkan varsa. Yox əgər imkan yoxdursa bu zaman çıxmaq olmaz və həmçinin əgər bu usyan daha çox zərərin baş verməsinə səbəb olacaqsa ümumi xeyirə görə çıxmaq olamaz. Buna şəriət qanunları dəlildir: “Ardınca daha çox zülm gətirən bir zülmdən xilas olmaq olmaz. Əksinə, zülmdən elə bir yolla xilas olmaq lazımdır ki, ya bütünlüklə getsin, ya da yüngülləşsin. O ki, qaldı ardınca daha çox zülm gətirən zülmdən xilas olmağa bütün müsəlman alimlərinin icmasıyla qadağandır...”1417. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Əgər biz onu devirmək gücünə sahibiksə bu zaman ona qarşı çıxılır, yox əgər bunu etmək iqtidarında deyiliksə - çünki şəriətin bütün vacibatlarını etmək üçün qüdrətin olması lazımdır. Əksinə çıxdığımız zaman bu rəhbərin zamanında olan zərərdən daha çox şər ola bilər. Ona qarşı çıxsaq və o bizdən güclü olsa bu o deməkdir ki, bundan sonra daha çox alçaldılar və bundan sonra öz küfr və diktatorluğunda daha çox inadkarlıq edəcəkdir. Belə bir suallar şəriət çərçivəsində ağılla yoluna qoymaq lazımdır. Belə suallarda biz öz hissiyatlarımızdan əl çəkinməliyik. Şəriətin çərçivəsində olmayan hisslər bizi məhvə apara bilər”1418. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlini Əhli Sünnətdən ayırd edən əlamətlərdən biri də əmirlərə qarşı çıxmaqdır. Əhli Sünnə deyir ki: Bizlər əmirlərə hansı günahı, fasiqliyi edirsə etsin itaət etməliyik o vaxta qədər ki, onlardan Kufru Bavah – açıq aydın küfr edənə qədər. Peyğəmbər – sallallahu aleyhi və səlləm –– əmirlərə qarşı çıxmağı qadağan edərək buyurdu: “Ancaq əmir sahibində açıq bir küfr görməniz müstəsnadır ki, bu halda onun küfrü haqqında yanınızda Allahın kitabından qüvvətli bir dəliliniz olmalıdır» deyə buyurdu1419. Birinci Şərt: Açıq bir küfr görməniz.... – öz gözlərinizlə və ya bunu elmlə bilməkdir, eşitməklə yox. İkinci Şərt: Onun günahı Küfr olsun, fasiqlik yox. Əgər o zina edər, oğruluq edər, bu onu İslamdan xaric eməz. Bu halda ona qarşı çıxmaq qadağandır. Üçüncü Şərt: Onun Küfrü Bavah – açıq-aydın olsun. Təvil olmadan, əgər onun əməlində təvil olarsa küfrdə ittiham etmək və ona qarşı çıxmaq olmaz. Dördüncü Şərt: yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır – Fərziyələr, qiyas, şübhələr olmamalıdır. Bu açıq küfr olmalıdır və Allahdan dəlil olmalıdır. Yəni: Quran və Sünnədən. Bu dörd şərt. Beşinci Şərt isə: Quran və Sünnədən götürülən digər dəlillər. Bu da odur ki, bizdə güc qüvvət olmalıdır kafir olan və açıq küfr edən əmiri devirmək üçün. Əgər bizdə güc olmazsa döyüşdən sonra əvvəlki haldan daha çox şər gələcəkdir. Belə bir halda bizlər başqa bir yolla özümüzü düzəltməyə çalışmalıyıq”1420. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Müsəlman rəhbərlərə qarşı onların etdiyi günahlara görə çıxmaq doğru deyildir. Baxmayaraq ki, böyük günah sahibini zina və s. Böyük günah edənləri öldürmək lazımdır. Lakin bu cür günah edər rəhbərə qarşı çıxmaq isə qadağandır. Çünki rəhbərə qarşı çıxıldığı zaman baş verən hərci-mərcilik, əmirin günahları nəticəsində baş verən hərci-mərcilikdən daha çoxdur”1421. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Rəhbərə qarşı çıxan dəstə bilməlidirlər ki, onların bu çıxışında olan zərər aradan qaldırmaq istədikləri zərərdən daha çox ola bilər”1422.

2. Müsəlmanların namaz qılmalarını qadağan etmək (Allah və Rəsulunun gətirmiş olduğu şəriəti, dini dəyişdirmək və s). Ummu Sələmə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxın zamanlarda bir çox əmirlər olacaqdır ki, sizlər onların işlərindən bəzisini məruf və gözəl görəcəksiniz, bəzilərini isə inkar edəcəksiniz Onlardan yaxşı hərəkətlərdə görəcəksiniz, pis hərəkətlərdə). Artıq munkəri munkər kimi tanıyan və bu xüsusda şübhəyə düşməyərək onu düzəltməyə çalışan onun günahı və cəzasından uzaqdır. Əli və dili ilə munkəri dəyişdirməyə gücü çatmadığından yalnız qəlbi ilə onu inkar edən və ondan nifrət edən kimsə də o, munkər işə ortaq olmaq günahından uzaq olur. Lakin çirkin iş edənlərə qəlbi ilə razı olan və o, işi etməkdə onlara tabe olan isə həm o, günahdan uzaq olmaz, həm də (bu əməllərə) ortaq olmaqdan canını qurtara bilməz». Səhabələr: «Bu kimi əmirlərlə mübarizə aparaqmı?» deyə soruşdular. Peyğəmbər: «Namaz qıldıqları müddətdə yox!» deyə buyurdu1423. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Bu hədisdən başa düşülür ki, Xəlifələr İslamın qaydalarını dəyişmədikcə (şəriəti dəyişdirən bidətlərə, küfrə yol vermədikcə), sadəcə fasiq və zalım olduqlarına görə onlara qarşı çıxmaq caiz deyildir»1424. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ən fəzilətli Cihad zalım hökmdarın qarşısında haqq sözü söyləməkdir”1425.



Bunu da bilin ki, hər kim xəlifəlik vəzifəsinə gəlir, insanlar da ətrafında toplanırlarsa, onun xəlifəliyinə razı olurlarsa ona itaət fərz olur, ona qarşı çıxmaq isə haram olur. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Digər əmirlərə xəlifə olana qədər qılıncı ilə qalib gələn və əmirul-muminin deyə adlandırılan bir kimsəyə qarşı Allaha və axirət gününə iman edən bir kimsənin istər yaxşı, istər pis bir kimsə olsun onun imam görməyib bir gecəni keçirməsi o, kimsəyə halal olmaz». Yəni bir kimsənin: Mən ona yalnız Allaha itaət olan məsələlərdə itaət edəcəyəm – deməsi düzgün deyildir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – yalnız asilik olan şeyləri əmr edən rəhbərlərə itaət etməməyi buyurmuşdur. Alimlər arasında icma vardır ki, əgər bir kəs hakimiyyəti zorla ələ keçirərsə müsəlmanların əmiri sayılır. Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Bütün məzhəb imamları ittifaq etmişlər ki, əgər bir kimsə şəhəri və ya şəhərləri zəbt edərsə, onun üzəinə əmirlik səlahiyyətləri düşür”1426. İmam Əhməd – rahmətullahi aleyhi –, Vasix İbn Mutasimə qarşı çıxmaq istəyən bir qrupun qarşısını alaraq demişdir: “Etirazınızı qəlbinizdə bildirin və itaətdən də əl çəkməyin. Asilik (üsyan) etməklə müsəlmanlara əziyyət verib onların qanlarını axıdmayın”1427. Bilirsinizmi əl-Vasix kim olub? Quranın məxluq olduğunu söyləyən, bu ideyaya görə insanları öldürən, Umara İbn Xuzaini öldürən bir kimsə. İcma ilə bu etiqadın küfr olduğunu bildiyi halda İmam Əhməd – rahmətullahi aleyhi – müsəlmanların qanlarının axıdılmasından, zülmə məruz qalmalarından qorxduğu üçün ona qarşı çıxmağı qadağan edir. İtaət - güc və qüvvətə sahib olan əmirə olur. Gücü və qüvvəsi olmayan əslən əmir sayılmaz1428.

İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Vacibdir Xəvaric və üsyançılara qarşı döyüşmək və alimlər bunda ittifaqdırlar”1429. İbn Bazzın – rahmətullahi aleyhi – başçılığı ilə 1988-ci ildə İslam ölkələrində və digər ölkələrdə olan terror aktlarına qarşı belə bir fətva vermişdilər: “Əgər şəriət ilə məlum olsa ki, bir kimsə yer üzündə fitnə fəsad törədərək insanların canlarına və mallarına qəsb edərək evlərin, məscidlərin, məktəb, xəstəxana, zavod, körpü, silah və su anbarları, neft kəmərlərini, təyyarələrin partladılması və ələ keçrilməsi və s. Buna bənzər partylayışlar törədərək cəmiyyətdə qorxu yaratmışsa belə bir kimsə öldürülməlidir. Buna dəlil: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (əl-Maidə 33). Belə bir kimsələr bu əməlləri ilə quldurlardan daha çox ziyan vururlar. Əgər bir quldur bir insanı öldürərsə və ya malını qəsb edərsə bu ayə ona aid edilmişdir, onda bir çox insanların həyatına qəsd edənlər necə?”1430. İbn Qudamə əl-Hənbəli – rahmətullahi aleyhi – deyir ki: «Kim xəlifəliyi sabit olan birinə qarşı çıxarsa ona qarşı savaş açmaq vacib olur. Lakin xəlifə bu cür bağilərlə1431 həmin an döyüşməz və onlara nə üçün üsyan etdiklərini soruşar, işin həqiqətini və doğru olanı onlara başa salmaq üçün birini onlara göndərər. Onlara doğrunu söyləmək imkanı taparsa bunu edər və onların dilə gətirdikləri haqsızlıqları aradan qaldıracaq və onların bəhanələrini də aradan qaldıracaqdır. Əgər bundan sonra da fikirlərindən dönməzlərsə onlara qarşı döyüşəcəkdir. Allah bu haqda ilk olaraq sülhü, sonra isə döyüşü əmr edərək buyurur ki: «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcəvüzkarlıq etsə, təcəvüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. Təcəvüzkarlıq edən (Allahın əmrinə) qayıtsa hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər». (əl-Hucurat 9). Məs: Əli - radıyallahu anhu – Cəməl döyüşündən əvvəl Bəsrəlilərlə məktublaşdı. Sonra da öz tərəfdarlarına döyüşü birinci başlamamaları əmrini verdi. Daha sonra dedi: «Bu gün elə bir gündür ki, kim bu gün qurtularsa Qiyamət günü də qurtulmuş olar». Daha sonra Əli - radıyallahu anhu – Bəsrəlilərin təkbir gətirərək: «Qan yerdə qalmayacaqdır» qışqırtısını eşitdikdə dedi: «Allahım Osman - radıyallahu anhu – nun qatillərini üzüqoylu (Cəhənnəmə) at». Abdullah b. Şəddaf b. əl-Hadi rəvayət edir ki: «Xəvariclər Əli - radıyallahu anhu – dan ayrıldıqdan sonra Əli onlara İbn Abbas - radıyallahu anhu – göndərdi. Bunlar da İbn Abbas ilə Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan dörd min kişi geri döndü»1432. Xülasə budur ki, xaricilər (üsyançılar) itaət etməyib geri dönməyi qəbul etməzlərsə onlara nəsihət edəcək və onları döyüşlə hədələyəcəkdir (yəni döyüşə həmin an başlamayacaqdır). Çünki məqsəd onları öldürmək deyildir, onları bu hərəkətlərindən çəkindirib şərlərini dəff etməkdir. Bu da sözlə həll edilə bilərsə döyüşməkdən daha yaxşı olur. Əgər onlar möhlət istəyərlərsə xəlifə onların vəziyyətlərinə baxacaq və onlar haqqında araşdırma apardıqdan sonra onların məqsədlərinin təkrar itaətə dönmək və həqiqəti başa düşmək olduğuna əmin olarsa onlara möhlət verəcəkdir. İbn Munzir – rahmətullahi aleyhi – deyir ki: «Elm aldığım bütün alimlərin hər biri bu açıqlamalarda ittifaq etmişlər»1433.

Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Günümüzdə bir çox insanları görmək olar ki, özlərini dinə nisbət edirlər və dinin qeyrətini çəkirlər. Allah və Rəsulunu küfrdə ittiham etmədiyi kimsələri küfrdə ittiham edirlər. Hətta bəziləri müsəlman rəhbərlərə qarşı çıxaraq onları küfrdə ittiham edir ona görə ki, bu əmirlər qadağan olunmuş şeyləri edirlər. Lakin ola bilər ki, bu məsələdə fikir ayrılığı olsun, ola bilər ki bu rəhbərlər üzürləri vardır cahilliklərinə və elmsiz olduqları üçün. Əmiri yaxşı insanlar müşaəət etdikləri kimi pis insanlar da müşaəət edə bilər. Məs: Əmirin yanına yaxşı insanlar gəlib: Bu qadağandır, belə etmək olmaz” deyildiyi kimi pis insanlarda gəlib: “Bu halaldır, belə et!” deyə bilərlər. Çünki müsəlman rəhbərlərinin əksəriyəti şəriətdən xəbərsiz-dirlər, mən bunu ona görə deyirəm ki, sizə bunun nə qədər təhlükəli olduğunu və təkfirin şərtləri və maneləri olduğunu açıqlayım”1434. 90-cı illərdə Əlcəzairdə baş verənlər bunun əyani sübutudur. O, zaman ki, rəhbər kafir elan olunaraq ona qarşı çıxmağa başladılar. Şeyx Fovzan – rahmətullahi aleyhi – deyir ki: “Şübhə yoxdur ki, təhlükəsizlik (əmin-amanlıq) insanlar üçün cəmiyyət üçün onlara su və yeməklərindən daha çox lazımdır. Buna görə də İbrahim ilk olaraq Allahdan təhlüksizlik sonra isə ruzi dilədi. “Bir zaman İbrahim dedi: "Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!" Allah dedi: "Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına düçar edərəm. Ora necə də pis dönüş yeridir!". (əl-Bəqərə 126). Qorxu zamanı insanın yemək içmək də belə yadına düşmür, buna ehtiyacı belə azalır. Qorxu zamanı sərhədlər bağlanılır, ölkələrdən gətirilən ərzaq yoları bağlanır, buna görə də Allah quldurluq və yol kəsməyə görə şiddətli bir cəza tətbiq etmişdir. İslam isə beş vacib olan şeyi qorumaq üçün gəlmişdir. Zərurətul Xams – Din, həyat, ağıl, qeyrət (namus) və malı. Şiddətli bir cəza vardır bu beş şeydən birinə təcavüz edən kimsə üçün. Fərq etməsə təcavüz edilən müsəlmandır, yoxsa kafir. Kafirə hansı ki müsəlman ilə bir yola çıxıb Muahəd – müsəlmana qadağan olunanlar ona da qadağandır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Muahədi öldürərsə Cənnətin iyini hiss etməz”. Kim ki, əminliyi pozursa onlar ya Xəvaricdirlər, ya quldur, ya da üsyançı. Bu üç qrupa da şiddətli cəza vermək lazımdır”1435. İbn Teymiyyə – rahmətullahi aleyhi – Bəni Umeyyə hakimiyyətinə qarşı çıxan İbn əl-Əşas və İbn əl-Muhəlləbə haqqında deyir ki: “Onlar məğlubiyyətə uğradılar, necə ki onunla olanlar da məğlubiyyətə uğradılar. Nə Allahın dinini bərqərar edə bildilər nə də onu yaxşı edə bildilər. Çünki Uca Allah Din və dünya üçün heç bir xeyir gətirməyən işlərin edilməsini əmr etmir. Hətta onu edən kimsə Allaha yaxın olan, Cənnətlə müjdələnmiş təqva əhli olsa da belə. Onlar Əli, Aişə, Təlhə, Zubeyr – Allah onlardan razı olsun - və s. Yaxşı deyildirlər. Halbuki onlar belə fitnələr zamanı baş verən hadisələrə görə tərif olunmamışlar. Baxmayaq ki, onlar Allah dərgahında yüksək bir məqama sahibdirlər və onların niyyətləri isə hər bir kəsin niyyətindən də yaxşı idi”1436. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hicrət vaxtı üzünü bizə çevirib buyurdu: «Ey mühacir cəmaatı! Beş şey vardır ki, ondan Allaha sığının. Hər hansı bir qövmdə zinakarlıq açıq-aydın yayılarsa Allah onları taunla və başqa xəstəliklə cəzalandırar ki, bundan qabaq bu xəstəlik haqqında eşitməyiblər. Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa Allah da onları aclıqla və qəddar sultanla sınağa çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç yağış da yağmazdı. Hər hansı bir qövm Allah və Rəsulunun əhdini pozarsa Allah da onların üzərinə onlardan olmayan düşmənlərini salar və əllərində olan şeyləri də onlardan alarlar. Onların imamları (hər hansı bir qövm) Allahın kitabı ilə hökm etməzlərsə Allah da onları zəlil edər»1437. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahın nemətəri barəsində danışın – bu şükürdür, onu tərk etmək isə - küfrdü”1438.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin