ƏDƏBİYYAT
Azərbaycan dilində:
1. Cəfərov S.Ə. Müasir Azərbaycan dili. II hissə, Leksika. Bakı: Şərq-Qərb, 2007,
191s.
2. Ələkbərov A.Q. Fellərin antonimliyi. //Müasir Azərbaycan dilinin
semasiologiyası. Oçerklər // Bakı, “Elm”, 1985, səh. 94-101
3. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s.
Filologiya məsələləri – №02, 2015
187
İngilis dilində:
4. Cruse D.A. Lexical Semantics, Cambrigde: Cambridge University Press, 1986,
310 p.
5. Jacson H. Words and their meaning.London: Longman, 1988.
6. Jhones S. A Corpus-based perspective. London &New York, 2004, 193 p.
7. Layonz J. Semantics. 2 vols., Cambrigde: Cambridge University Press, 1977,
371 p.
8. Leech G.N. Semantics. Harmondsworths: Penguin Books, 1974, 386 p.
9. Palmer, F. R. Semantics, Moscow, “Vysšaja škola”, 1982, 109 p.
10. Kempson R.U. Semantic theory. Cambrigde: Cambridge University Press,
1977.
Rus dilində:
11. Бабич Г.Н. Lexicology: A Current Guide (Лексикология английского
языка)
Москва, «Наука», 2010, 200 с.
12. Волкова А.А.EnglishLexicology: TheoryandPractice. Владивосток
:Издательский дом Дальневост. федерал.ун-та, 2012, 235 с.
13. Зыкова И.В. Практический курс английской лексикологии. М.
Издательский центр «Академия», 2008, 288с.
14. Муругова Е.В. Лексикология современного английского языка. Ростов
н/д: 2009, 92 с.
GASIMOVA MIRVARI
ANALYSIS OF ANTONYMS FROM THE POINT OF DEGREES OF
SEMANTIC POLARITY
SUMMARY
Antonyms are investigated from the point of degrees of semantic polarity. The
current approaches to the problem in the english language is researched in comparison
with Azerbaijani language. Four major types of antonyms distinguished in the english
language, i.e. contrary, complementary, conversive, vectorial and two types, i.e. relative
and whole (complete) in Azerbaijani are investigated on the basis of degrees of
semantic polarity. Each type is analysed basing on proper theoretical information given
by specialists.
КАСЫМОВА МИРВАРИ
АНАЛИЗ АНТОНИМОВ С ТОЧКИ ЗРЕНИЯ СТЕПЕНИ
СЕМАНТИЧЕСКОГО ПРОТИВОРЕЧИЯ
РЕЗЮМЕ
В статье исследуется антонимичные слова с точки зрения степени
семантического противоречия. Постановка отмечаемого вопроса в английском
языке исследуется в сопоставлении c Aзербайджанским языком. На основе
степени семантического противоречия рассматривается четыре основных вида
антонимов (контрарные, комплементарные, конверсивные и векториальные) в
английском и два (частичные, полные) в Aзербайджанском языках.
Rəyçi: prof. İlham Tahirov
Filologiya məsələləri – №02, 2016
188
AYTƏN ƏHMƏDOVA
83-aytan@mail.ru
AZƏRBAYCAN DİLİNDƏ QOŞMALARIN SİNTAKTİK MÖVQEYİ
Açar sözlər: qoşma, sintaksis, cümlə üzvü, sintaktik vəzifə
Key words: preposition, syntax, member of the sentence, syntactic task
Ключевые слова: предлог, синтаксис, предложение, синтаксическая функция
Qoşma köməkçi nitq hissəsi olduğu üçün köməkçi nitq hissələrinə aid olan
xüsusiyyətlər həm də qoşmaya aiddir. Daha dəqiq desək, qoşma ayrılıqda leksik mənaya
malik deyil, leksik-qrammatik sualı yoxdur, söz yaradıcılığında iştirak etmir, müstəqil
işlədilə bilmir və sintaktik vəzifə daşımır. Buna baxmayaraq, qoşma sayılan
məsələlərin hər birində istisnalarla müşayiət olunur. Belə ki, əsas nitq hissələri ilə
köməkçi nitq hissələri arasında keçid xarakterli olduğundan qoşmalarda qeyd edilən
xüsusiyyətlərlə yanaşı, əsas nitq hissələri üçün səciyyəvi olan bəzi cəhətləri də görmək
mümkündür. Qoşmalar əlaqələndiyi sözə müəyyən məna çaları verir, hətta məzmunu
dəyişə bilir, bəzi qoşmalar düzəltmə və mürəkkəb sözlərin tərkibində bir komponent
kimi çıxış edir (aidiyyət, özünəməxsusluq və s.), bəzi hallarda qrammatik şəkilçilərlə
işlənə bilir, nəhayət, qoşulduğu sözlə birlikdə müəyyən cümlə üzvünü formalaşdırır.
Deməli, qoşma özündə həm potensial leksik-semantik mənanı qoruyur, həm də
qrammatik özəlliyə malikdir.
Qoşmanı digər köməkçi nitq hissələrindənfərqləndirən xüsusiyyətlərdən biri
onların ismin bu və ya digər halında olan sözlə birləşərək, müəyyən sintaktik vəzifəni
yerinə yetirməsidir. Qoşmanın semantik-qrammatik xüsusiyyətləri onun sintaktik
mövqedə müvafiq funksiyasının formalaşmasında da mühüm rol oynayır. Qoşmanın bu
xüsusiyyəti haqqında ya qoşmaya dair ədəbiyyatlarda, ya da cümlə üzvlərinin sintaktik
vəzifəsindən, xüsusən də cümlə üzlərinin ifadə vasitələrindən bəhs edərkən danışılır.
Qeyd olunan əsərlərdə qoşmanın birləşdiyi sözlə birlikdə, bir qayda olaraq, vasitəli
tamamlıq və müxtəlif zərfliklər vəzifəsini yerinə yetirdiyi göstərilir. Lakin müxtəlif
qrammatik şəkilçilərlə işlənə bilmə qabiliyyəti qoşmalı ifadələrin də qrammatik
mövqeyində polifunksionallığı təmin edir, yəni bu ifadələr bütün cümlə üzvü
funksiyalarında çıxış edir.
Yeri gəlmişkən bir məsələyə toxunmaq lazım gəlir. Bir sıra əsərlərdə belə bir fikrə
rast gəlmək olur ki, “qoşmalar ayrıldığı sözdən genetik əlaqəsini kəsməyib. Ona görə də
qoşmalar eyni formada müstəqil cümlə üzvü rolunda çıxış edə bilir(1: 16).
Demək lazımdır ki, zərfliyin növləri semantik-qrammatik əsasda formalaşır, yəni
bu zaman sözün semantikası əsas olur. Bu baxımdan zərflik vəzifəsini meydana
çıxmasında müvafiq potensial semantikaya malik olan qoşmanın da rolu əvəzsizdir.
Mübtəda, xəbər, tamamlıq və təyinin funksiyalarının isə iştirak edən qoşmanın leksik-
qrammatik səciyyəsi ilə heç bir əlaqəsi yoxdur; bu zaman qoşmalı ifadənin əlaqələndiyi
cümlə üzvü ilə struktur-qrammatik əlaqələnməsi və cümlədəki mövqeyi əsas olur.
Onu da demək lazımdır ki, qrammatikaya dair heç bir əsərdə qoşmalı sözün
mübtəda funksiyasında çıxış etməsindən bəhs olunmur. Bunun əsas səbəbi mübtədaya
verilən tərif və izahdır. Belə ki, iltisaqi dillərdə, o cümlədən türk dillərində mübtədanın
bir forması var—adlıq hal (2: 23). Düzdür, mübtəda bəzi qrammatik şəkilçilərlə,
məsələn cəmlik, mənsubiyyət şəkilçiləri ilə işlənə bilir, lakin bunlar həmin sözün adlıq
hal formasına təsir etmir; cəmlik şəkilçisi sözün müstəqil qrammatik formasını yaradır,
mənsubiyyət şəkilçisi isə əvvəlki yiyəlik hallı sözlə əlaqəni quraraq, ikinci və üçüncü
Filologiya məsələləri – №02, 2015
189
növ təyini söz birləşməsini formalaşdırır. Bu birləşmələr isə bütünlükdə nominativ
səciyyə daşıyır. Həmin nominativ formada da cümlənin mübtədası ola bilir.
Qoşma qrammatik kateqoriyaya daxil olub, sözlər arasında əlaqənin yaranmasına
xidmət edir. Bu cəhətdən qoşma hal funksiyasını yerinə yetirir. Məhz bu baxımdan
qoşma nominativ formadan kənar hesab olunur, elə ona görə də onların iştirak etdiyi
söz və ifadələr sözdəyişdirici morfemlər kimi konkret sintaktik vəzifəni formalaşdırır.
Lakin qoşmalı sözlərin bəzi tipləri var ki, substantivləşə bilir və bu zaman onlar
müxtəlif funksiyaların, o cümlədən mübtəda və xəbər funksiyalarını yerinə yetirir.
Mübtəda və xəbər cümlənin qrammatik əsası olub, semantik əsasla yox, yalnız
struktur-funksional əsasla müəyyənləşir. İ.İ. Meşaninov göstərir ki, əksər dillərdə cümlə
üzvləri, o cümlədən baş üzvlər xüsusi morfoloji əlamət qazanır ki, bu da sintaktik
funksiyanı yaradır...Belə ki, cümlə üzvlərinin idarəsi və birləşməsi bütün dillərə aiddir,
amma müxtəlif qrammatik üsullarla verilir (3:8). Deməli, hər bir cümlə üzvü qrammatik
cəhətdən formalaşmış olur, qrammatik formalar sintaktik səviyyədə müxtəlif əsaslarda
müvafiq cümlə üzvlərinin meydana çıxmasına şərait yaradır. Bu isə o deməkdir ki,
istənilən dil vahidi—səs, söz, cümlə substantiv vəziyyətdə nominativ formada cümlənin
mübtədası, şəxs-xəbərlik şəkilçisi ilə xəbər ola bilər.
Burada nəzərə almaq lazımdır ki, mübtəda cümlədə yalnız özünəməxsus
qrammatik formada təzahür etməklə kifayətlənmir, habelə məzmun cəhəti ilə diqqəti
çəkir. Məzmun cəhətdən mübtəda baş üzv olub, bu və ya digər şəkildə xəbərdəki
məzmunun predmetini bildirir (4:18). Müxtəlif məzmunlu söz və ifadələr
substantivləşəndə məhz bu keyfiyyəti qazanmış olur. Qoşmalı söz də mənsubiyyət
şəkilçisi ilə işləndikdə müxtəlif qrammatik formalarda başqa cümlə üzvləri kimi,
mübtəda ola bilir. Bununla yanaşı, digər sözlər və söz birləşmələri kimi, qoşmalı
ifadələr də xəbərlik şəkilçisi ilə işlənərək, xəbər vəzifəsi daşıyır. Məsələn: Kosaoğlu
başa düşürdü ki, onun kimisi heç vaxt dediyindən dönməz(İ.Şıxlı); Eşitmişəm, bu təklif
də sənə aiddir(V.Sultanlı).
Bu nümunələrin birincisində budaq cümlənin mübtədası qoşmalı ismi birləşmə ilə,
ikincisində isə xəbəri qoşmalı sözlə ifadə olunmuşdur. Göründüyü kimi, hər iki halda
qoşmanın semantik çalar ifadə etməsi cümlə üzvünü fərqləndirməkdə rol oynamır.
Demək lazımdır ki, bütün qoşmalı birləşmələr substantivləşə bilmir. Bir qayda olaraq,
bənzətmə və fərqləndirmə qoşmaları substantivləşib mübtəda funksiyasında çıxış edə
bilir. Predikativliyin ifadə forma və imkanları geniş olduğu kimi, ifadə vasitələri də
zəngin və rəngarəngdir, ona görə də qoşmalı ifadələrin xəbər funksiyasında işlənə bilmə
imkanı daha artıqdır. Bu baxımdan, demək olar ki, bütün qoşmalar birləşdiyi sözün
daxilində xəbərlik şəkilçisi qəbul edib, xəbər ola bilir. Məsələn: 1) birgəlik qoşması:
Mənim davam aqronomladır, sizinlə işim yoxdur(İ.Şıxlı); 2) istiqamət qoşması: Bütün
dediklərinsədrə qarşıdır, özün isə onun planı ilə işləyirsən(Ş.Rza); 3) məsafə qoşması:
Çətinliyimiz yeni əkilmiş sahəyə qədərdir(Ə.Vəliyev); 4) zaman qoşması: Taxıl yığımı
rəhbərliklə
görüşdən sonradır (S.Rəhimov); 5) səbəb-məqsəd qoşması:
Məğlubiyyətinin səbəbi məsuliyyətsizliyinəgörədir; 6) bənzətmə qoşması: Bu sahələr də
bayaqkı kimidir, məhsul verən deyil (Ə.Vəliyev) və s.
Bu hal qoşmalı sözün təyin funksiyasında da özünü göstərir. Əslində təyin isimlə
ifadə olunmuş hər hansı cümlə üzvünə aid olub, əlamət keyfiyyəti bildirir. Məlumdur ki,
dilimizdə bənzətmə, müqayisə bildirən qoşmalar da vardır: kimi, qədər, tək. Bu
qoşmaların birləşdiyi sözlər məhz təyinlik xüsusiyyətinə malikdir. Bu qoşmalarla
işlənən söz və ifadələr, əsasən, feillə əlaqələnib, tərz məzmunu yaradır. Lakin bəzən bu
tip ifadələr isimlə də əlaqələnib, təyin funksiyasında çıxış edə bilir. Məsələn: Valeh qızıl
Filologiya məsələləri – №02, 2016
190
kimi oğlandır, özü də qızı çox sevir(İ.Əfəndiyev );Əbədi bir eşq yaşamaq kimi dəli bir
istək keçir könlümdən; İstədiyiniz qədər insan çağıra bilərsiniz (Ş.Rza) və s.
Həm təyinin, həm də tərzi-hərəkət zərfliyinin müəyyənləşməsi struktur-
qrammatik, habelə məzmun tərəflə bağlıdır. Birinci halda onlar bir-birindən fərqlənir,
yəni təyin isimlə ifadə olunmuş hər hansı bir üzvə, tərzi-hərəkət zərfliyi isə feili xəbərlə
əlaqələnir. Bu cümlə üzvlərinin müəyyənləşməsinin semantik əsası ondadır ki, hər ikisi
əlamət bildirir. Burada da struktur-qrammatik müəyyənləşmə əsasdır, çünki əlamət
bildirən söz və ifadələr təkcə təyin və zərflik yox, istənilən cümlə üzvü ola bilir.
Tamamlıq da semantika əsasında yox, struktur-qrammatik mövqeyinə görə
müəyyənləşir. Tamamlıq, əsasən, obyekt bildirir, adlıq və yiyəlik hallardan başqa, digər
hallarda və qoşmalarla formalaşır. Bu zaman nə sözün leksik-semantik mənası, nə də
qoşmanın yaratdığı məna çaları tamamlığın müəyyənləşdiricikriteriyası ola bilmir. Bu
hal bir də onda özünü göstərir ki, bir sıra qoşma növləri vasitəli tamamlığın
formalaşmasında iştirak edir. Birgəlik, səbəb-məqsəd və fərqləndirmə qoşmaları vasitəli
tamamlığı yaradır. Onu da demək lazımdır ki, bu qoşmaların hamısı və ya hər məqamda
tamamlıq funksiyasını formalaşdırmır. Bu hal qoşmanın hansı məna çalarını yaratması
ilə bağlıdır.
Fərqləndirici qoşmalara aid edilən “başqa, ayri, savayı, özgə, qeyri” sözlərinin
birləşdiyi sözlərə verdiyi çalar əslində hal məzmununda qrammatik səciyyə daşıyır,
daha doğrusu, hərəkətlə və ya digər məzmunlu xəbərlərlə zərflik səviyyəsində əlaqəyə
girmir, burada obyekt münasibəti daha üstündür. Ona görə də bu vəziyyətdə həmin
ifadələr vasitəli tamamlıq kimi qəbul edilir.
Bu qoşmalarla formalaşan ifadələr cümlədə xüsusiləşmiş tamamlıq olur. Qeyd
edək ki, xüsusiləşmə yalnız intonasiya ilə və qoşmaların köməyi ilə yaranır. Qoşmalar
müxtəlif tipli söz və birləşmələrə qoşularaq, bir qayda olaraq, xüsusiləşmiş tamamlıq və
ya xüsusiləşmiş zərfliyi formalaşdırır.
Məlum olduğu kimi, xüsusiləşmiş üzv digər cümlə üzvlərindən xüsusi intonasiya
ilə ayrıldığından onlar özünəməxsus suala da malik deyil. Məsələn: Yolun kənarındakı
ulğunlutorpaqdan başqa, bütün sahələr əkinə yararlı idi(Ə.Vəliyev).
Göstərilən qoşmalar müxtəlif tiplərdə məna variantları yaradır. 1. Xüsusiləşmiş
tamamlıq bir əşyanın başqası ilə eyni səviyyəli, yaxud eynicinsli olduğunu bildirir.
Məsələn: Alməmməd kişidən və Gülgəz xaladan başqa, onların uşaqları da burada idi
(S.Vəliyev). 2. Xüsusiləşmiş tamamlıq bütövün bir hissəsini bildirir. Bu zaman xəbərdə
verilmiş fikir xüsusiləşmiş tamamlığa aid olmur. Məsələn: Taxıl zəmisindən başqa, hər
yer suyun içində idi(S.Rəhimov). 3. Bəzən xüsusiləşmiş tamamlıq, əksinə, cümlə üçün
müsbət fikri özündə ehtiva edir. Məsələn: Anasından başqa, heç kim onu qarşılamağa
çıxmamışdı(B.Bayramov). Göründüyü kimi, ikinci halda xəbər təsdiqdə, üçüncü halda
isə inkarda olur.
Digər qoşmalar isə xüsusiləşmiş tamamlıq yaratmır, bu sözlər cümlənin xəbəri ilə
birbaşa əlaqəyə girib, vasitəli tamamlıqlar formalaşdırır. “Haqqında, barəsində”
qoşmaları birmənalı şəkildə vasitəli tamamlıq yaradır. Məsələn: Atası haqqında ilk
məlumatı birinci sinfə gedərkən dayısından öyrəndi(İ.Əfəndiyev).
Qeyd edək ki, qoşma birləşdiyi sözə müəyyən məna çaları aşılayaraq, onda
sintaktik səviyyədə fərqli məzmun yarada bilir. Bu zaman həmin sözlər sintaktik
funksiyasını dəyişə bildiyi kimi, dəyişməyə də bilir. Sintaktik funksiyanın dəyişməməsi
təsadüfi xarakter daşıyır; belə ki, bəzi məqamlarda qoşmanın potensial məzmunu aid
olduğu sözün məzmunu ilə uyğun olduğda sintaktik funksiya dəyişmir. Məsələn: Səhərə
hamımız şəhərə çatarıq. Bu cümlədə “ səhərə” sözü zaman zərfliyi funksiyasındadır.
Həmin sözü məsafə-zaman məzmunlu qoşma ilə işlətdikdə belə alınır: Səhərə kimi
Filologiya məsələləri – №02, 2015
191
hamımız şəhərə çatarıq. Buradakı “ səhərə kimi” ifadəsi də zaman zərfliyi
vəzifəsindədir. Deməli, qoşmanın əlavə edilməsi sözün sintaktik vəzifəsində dəyişiklik
yaratmadı.
Bu fakt onun təsdiqi deyil ki, qoşma birləşdiyi sözün sintaktik vəzifəsini dəyişmir.
Əslində qoşma istənilən sözə birləşə bilməz; bu zaman onları əlaqələndirən semantik
yaxınlıq olmalıdır. Bu yaxınlıq həm onların fərdi semantik çəkisi ilə, həm də müvafiq
semantik qrup ilə əlaqədar ola bilər. Yuxarıda verdiyimiz nümunədə müvafiq semantik
qrup, yəni ümumi hüdud anlayışı “səhər” sözü ilə “kimi” qoşmasının əlaqəsini,
birləşməsini reallaşdırmışdır. “Səhər” sözü özlüyündə hüdud anlayışına malik deyil,
lakin yönlük hal şəkilçisi ilə işlənməsi bu sözdə hüdud məzmununun meydana
çıxmasını şərtləndirmişdir.
Bu qoşmanın hüdud anlayışı onun başqa sözlə əlaqəsində də meydana çıxır.
“Şəhərə dolanbac yollarla gedəcəyik” cümləsində “şəhərə” sözü yer zərfliyi
funksiyasındadır. Bu sözdə hüdud anlayışı olmasa da, yönlük hal burada da hüdud
anlayışını formalaşdırır, lakin əvvəlki cümlədə zamana görə, burada isə məkana görə
hüdud vardır: Şəhərə kimi dolanbac yollarla gedəcəyik”. Bu fakt zaman və məkanın
materiyanın atributu olmaq etibarilə bir-birinə yaxın semantik mühitə malik olduğlarını
göstərir. Ikinci cümlədəki hüdud anlayışı müvafiq məzmunu, deməli həm də uyğun
cümlə üzvünü yaratmadı. Belə ki, “Şəhərə” sözü yer zərfliyi idisə, “şəhərə kimi” ifadəsi
yer yox, kəmiyyət zərfliyi funksiyasını yerinə yetirir; bunu verilən sualdan da aydın
görmək olur: nə qədər? Bu fakt da “qədər” qoşmasının hüdud anlayışı ilə bağlıdır.
Cümlə üzvünün formalaşması üçün yalnız leksik mənalı söz yox, həm də ona
birləşmiş qoşma rol oynayır. Elə həmin qoşmanın birləşdiyi sözlərdə yaratdığı hüdud
anlayışı daha çox qoşma ilə bağlıdır; kimi, qədər, -tək qoşmaları məsafə, hüdud
anlayışına malikdir. Ona görə də bu qoşmaların birləşdiyi sözlər daha çox müvafiq
anlayışları ifadə edir.
Onu da demək lazımdır ki, qoşmanın birləşdiyi sözün hansı cümlə üzvü olması
yalnız bu iki komponentlə bağlı deyil; cümlə komponentlərinin qarşılıqlı semantik-
qrammatik əlaqəsinin də burada az rolu yoxdur. Daha dəqiq desək, cümlə üzvünün
müəyyənləşməsi yalnız müvafiq komponentin ayrıca semantik tərəfi ilə əlaqədar deyil.
İki misala müraciət edək: 1. Səhərə kimi işləri bitirərik; 2. Səhərə kimi çalışmışıq. Hər
iki cümlədə eyni qoşmalı söz işlədilmişdir, lakin onların cümlədəki sintaktik vəzifəsi
eyni deyil; belə ki, birinci cümlədə “səhərə kimi” ifadəsi görülən işin zamanını bildirir
və nə zaman? sualına cavab verir. İkinci cümlədə isə eyni ifadə (səhərə kimi) miqdar
zərfliyi funksiyasını yerinə yetirərək, nə qədər? sualına cavab verir.
Əslində “səhərə kimi” ifadəsi zaman və hüdud anlayışlarını özündə ifadə edir; bu
anlayışlardan birincisi zaman zərfliyinin, digəri isə kəmiyyət zərfliyinin
formalaşmasında rol oynayır, lakin bunlardan hansının reallaşması bilavasitə mətn
çərçivəsində, daha doğrusu, cümlədə birbaşa əlaqəyə girdiyi əsas sözlə bağlıdır.
Bir məsələni də qeyd edək ki, dilçilikdə qoşmanın, əsasən, məkan və zaman
məzmunu bildirdiyi göstərilir, hətta bəzi dilçilər dildə məkanın ifadə vasitəsindən bəhs
edərkən məkani-qrammatik hallarla yanaşı, qoşmalardan xüsusilə bəhs edirlər (5: 234-
258; 6:8-18 ; 111: 23 və b.).
Qoşmalı sözlərin cümlədə daşıdığı sintaktik vəzifə qoşmanın ifadə etdiyi məna
çaları ilə bilavasitə bağlıdır. Belə ki, cümlə üzvü qrammatik kateqoriya olaraq sözlərin
qarşılıqlı əlaqəsində formalaşdığı kimi, bu zaman sözün və ya birləşmənin özünün
leksik-semantik xüsusiyyətlərinin də burada rolu böyükdür, çünki ikinci dərəcəli
üzvlərin, xüsusən də zərfliklərin müəyyənləşməsi qrammatik mövqedən daha çox
onların leksik-semantik tərəfi ilə bağlıdır. Bunu zərfliklərin adları da göstərir.
Filologiya məsələləri – №02, 2016
192
ƏDƏBİYYAT
1. О.К Ямашкина. Функциональная значимость послеложных конструкций в
мокшанском языке. АКД, Саранск, 2005.
2. Сайфуллаев
А.Р.
Семантико-грамматические
особенности
членов
предложения в современном узбекском языке. «Фан», Таюкент, 1984, 128 с.
3. Мещанинов И.И. Членыпредложения и частиречи. Ленинград, 1978.
4. Р.Г.СибагатовОсновныепризнакипредложения. Уфа, 1980, 84 c.
5. Шилова В.В. Пространственныепослелоги в лесномдиалектененецкогоязыка//
ЯзыкикоренныхнародовСибири. Вып. 8, 2002, 234-258
6. Рамазанова Р.М. Послелоги в аварскомязыке в ихсопоставлении с
английскимипространственнымипредлогами в непространственномзначении.
АКД, 2009,
7. Рашидова
А.Г.
Выражениепространственныхотнощений
в
лакском,
английском и русскомязыках. АКД, Махачкала, 2013, 23 с.
AHMADOVA AYTAN
THE POSITION OF THE AZERBAIJANI LANGUAGE
ATTACHMENTS SYNTACTIC
SUMMARY
Despite being part of speech in attachments preposition certain shade of meaning
to the word andserved syntactical points, and even the contents of the attachments bilir.
Some change the composition of compound words of correction and the potential of a
component which acts as a lexical-semantic meaning. Grammatical properties as well
as the attachments combined with the indirect object and a variety of words to pair in
language. Duty adjectives are some types of words that you know, and this time they
various functions, including the functions of subject and the task of processing the
suffix pair phrases news. Basic parts of speech by joining them to carry the analogy,
distance from the border, when it develops a hint of direction and serves as a member of
a different sentence.
АХМЕДОВА АЙТАН
ПОЗИЦИЯ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА
ВЛОЖЕНИЯ СИНТАКСИЧЕСКИМИ
РЕЗЮМЕ
Несмотря на то, предлоги являются частью речи, но иногда они имеют
синтаксические функции. Даже содержимое может изменить состав сложных слов
коррекции и потенциал компонента, который действует как лексико-
семантическое значение грамматические свойства, а также вложения в сочетании
с непрямым объектом и различными словами в паре.Есть некоторые типы слов,
которые вы знаете, и на этот раз они различные функции, в том числе функции
субъекта и задача обработки пару суффикс фразы. Основные части речи путем
присоединения их нести аналогию, расстояние от границы, когда она развивается
намек направлении и служит в качестве члена другово предложения.
Dostları ilə paylaş: |