Torpağin strukturu


Sərbəst  torpaq  havasının  tərkibi-



Yüklə 243,09 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix25.04.2022
ölçüsü243,09 Kb.
#56318
1   2   3   4   5   6   7
9.torpagin hava ve istilik rejimleri

Sərbəst  torpaq  havasının  tərkibi-Sərbəst  torpaq  havası  atmosferlə  daim  əlaqədə 

olsa da, bir sıra xüsusiyyətləri ilə səciyyələnir. Atmosfer havasının tərkibi sabitdir və onun 

əsas  komponentlərinin  miqdarı  az  dəyişir.  Atmosfer  havasında  azot  (N

2

)  -  78,08%, 



oksigen (O

2

) – 20,95%, arqon (Ar) – 0,93%, karbon qazı (CO



2

) – 0,03 təşkil edir. Torpaq 

havası dinamikliyi ilə fərqlənir. Torpaq havasında ən dinamik komponentlər O

2

    və  CO



2

 

qazlarıdır.  Onların  torpaqlarda  miqdarı  oksigendən  istifadənin  və  karbonun 



mənimsənilməsinin  intensivliyindən,  həmçinin  torpaqla  atmosfer  havası  arasında  qaz 

mübadiləsinin sürətindən asılıdır. Torpaq havasında CO

2

 miqdarı atmosfer havasından on 



və ya yüz dəfə çox ola bilər, oksigenin konsentrasiyası isə əksinə 20,9%-dən 15-10%-ə və 

daha aşağı düşə bilər.  

Əlverişli  fiziki  xassələrə  malik  yaxşı  aerasiya  olunan    əkinaltı  torpaqlarda  torpaq 

havasında  CO

2

  –un  miqdarı  bitkinin  vegetasiyası  müddətində  1-2%-dən  çox,  oksigenin 



miqdarı  isə  18%-dən  az  olmur.  Ağır  qranulometrik  tərkibə  malik  əkinaltı  torpaqlarda 

nəmlənmənin təsiri ilə CO

2

 –un miqdarı 4-6%-ə qədər arta, O



2

 -in miqdarı isə 15-17%  və 

daha aşağı göstəriciyə kimi azala bilər. Bataqlaşmış torpaqlarda CO

2

  daha yüksək, O



2

  

daha az  müşahidə edilir. 



  

Torpaq  havasında  azot  atmosfer  havasından  demək  olar  ki,  fərqlənmir.  Azotun 

miqdarında bəzi dəyişikliklər kök bakteriyalarının fəaliyyəti, denitrifikasiya prosesləri ilə 

əlaqədar  baş  verir.  Torpaq  havasında  denitrifikasiyanın  başqa  səciyyəvi  məhsulu  –  iki 

valentli  azot  oksidi  (N

2

  O) də vardır. Ədəbiyyat  mənbələrinə  əsasən  torpaq havasında az 



miqdarda da (1·10-9·1·10-12 %) olsa daim müxtəlif təbiətli uçucu üzvi birləşmələr (etilen, 

metan və s.) olur. Torpağın aerasiyasının korlanması səbəbindən torpaq havasında bitkinin 

kökləri  üçün  toksiki  səviyyəni  (0,001  %)  keçən  etilenin  konsentrasiyası  yaranır. 

Bataqlaşmış  və  bataqlı  torpaqlarda  ammonyak,  hidrogen  və  metan  nəzərə  çarpacaq 

dərəcədə çox olur. Torpaq havası tərkibinə və mütəhərrikliyinə görə yekcins deyildir. Bu 

da  torpaqdakı  məsamələrin  müxtəlif  ölçülərə  malik  olması  ilə  əlaqədardır.  Bir  qədər  iri 

məsamələrdə  hava  daha  mütəhərrik,  oksigenlə  daha  zəngin,  karbonun  miqdarı  isə  bir 

qədər azdır.  

Torpaqda sərbəst oksigenin olmaması bitkinin məhv olması ilə nəticələnir. Bitkilər 

üçün  optimal  şərait  oksigenin  torpaq  havasında  miqdarının  20  %  olmasıdır.    Oksigenin 

bitkinin  məhsuldarlığına  dolayısı  ilə  təsiri  onun  torpağa  olan  təsiri  vasitəsilə  özünü 



 

göstərir. Oksigenin torpaqda çatışmaması anaerob proseslərin inkişafına və bitkilər üçün 



toksik olan birləşmələrin yaranmasına gətirib çıxarır ki, bu da  əlverişli qida maddələrinin 

miqdarının azalmasına, torpağın fiziki xassələrinin pisləşməsinə, bütövlükdə münbitliyin 

və bitkilərin məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Torpağın oksigenlə yaxşı təmin 

olunduğu şəraitdə aerob proseslər inkişaf edir və başqa amillərlə birgə bitkinin böyüməsi 

və məhsuldarlığı üçün  əlverişli mühit yaranır. Optimal temperatur və nəmlik  şəraitində 

torpağın humus  horizontlarında üzvi  maddələrin  miqdarından və tərkibindən  asılı  olaraq 

aerob  proseslər  torpaq  havasında  oksigenin  miqdarı  2,5-5%  -dən  çox  olduğu  zaman 

başlayır.  Bu  göstəricidən  az  olduqda  anaerob  proseslər  üstünlük  təşkil  edir.  Bioloji 

proseslərin çox zəiflədiyi aşağı temperatur (0-4

0

  C)  və  aşağı  nəmlikdə  (bitkinin  soluxma 



nəmliyinə  yaxın  nəmlikdə)  aerob  proseslərin  inkişafı  oksigenin  miqdarı    hətta  0,5% 

olarkən də mümkündür.  

Karbon  qazı    (CO

2

)  torpaqda  bioloji  proseslər  nəticəsində  yaranır.  O,  torpaq 



havasına  qismən  qrunt  suyundan,  torpağın  bərk  və  maye  fazasından  desorbsiya  prosesi 

nəticəsində  daxil  olur.  Karbon  qazının  müyyən  miqdarı  torpaq  məhlulu  buxarlanarkən 

bikarbonatların karbonatlara çevrilməsi və turşuların torpaq karbonatlarına təsiri, həmçinin 

üzvi  maddələrin  kimyəvi  oksidləşməsi  nəticəsində  yaranır.  Karbon  qazının  torpaq 

havasında  yüksək  konsentrasiyası  (2-3%-dən  çox)  bitkinin  inkişafını  ləngidir.  Karbon 

qazının  torpaqdan  atmosferin  yerə  yaxın  qatına  daxil  olması  torpağın  tənəffüsü  adlanır. 

Torpaqdan daxil olan CO

0

  fotosintez prosesində bitki tərəfindən mənimsənilir. Torpağın 



tənəffüsünün  intensivliyi  onun  xassələrindən,  hidrotermik    şəraitdən,  bitkinin 

xüsusiyyətindən, aqrotexniki tədbirlərdən asılıdır. Torpağın karbon qazını ayırması prosesi  

mədəniləşmiş  torpaqlarda  güclənir.  Buna  səbəb  bu  torpaqlarda  bioloji  proseslərin 

fəallaşması  və  aerasiya    şəraitinin  yaxşılaşmasıdır.  Beləliklə,  tənəffüsün  intensivliyi  – 

torpaqda  qaz  mübadiləsinin  və  bioloji  proseslərin  fəallığının  əhəmiyyətli  göstəricisidir. 

Ədəbiyyat məlumatlarına görə tundra –qleyli torpaqlar ildə 0,3 t/ha, iynəyarpaq meşələrin 

podzollu torpaqları 3,5-30 t/ha, qonur və boz meşə torpaqları 20-60 t/ha, bozqır zonasının 

qaratorpaqları 40-70 t/ha  CO

2

 ifraz edir.   



         


Yüklə 243,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin