Torpağin strukturu


Torpaq  havasının  atmosferlə  qaz  mübadiləsi-



Yüklə 243,09 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix25.04.2022
ölçüsü243,09 Kb.
#56318
1   2   3   4   5   6   7
9.torpagin hava ve istilik rejimleri

Torpaq  havasının  atmosferlə  qaz  mübadiləsi-Torpaqda  qaz  mübadiləsi  və  ya 

aerasiya  öz  aralarında  və  atmosferlə    əlaqəsi  olan  məsamələr  vasitəsilə  hayata  keçirilir. 

Qaz  mübadiləsi  amillərinə  aşağıdakılar  daxildir:  diffuziya,  havanın  yağıntılar  və  ya 

suvarma  suyu  vasitəsilə  torpağa  daxil  olması,  torpağın  temperaturunun  və  atmosfer 

təzyiqinin  dəyişməsi,  küləyin  təsiri,  qrunt  suyunun  və  ya  yuxarı  qat  suyun  səviyyəsinin 

dəyişməsi.  

Diffuziya  –  qazların    parsial  təzyiqə  uyğun  olaraq  yer  dəyişməsidir.  Torpaq 

havasında  atmosferlə  müqayisədə  oksigen  çox,  karbon  qazı  az  olduğundan,  diffuziyanın 

təsiri altında oksigenin torpağa fasiləsiz daxil olması və karbonun atmosferə atılması üçün 

şərait  yaranır.  Suyun  yağış  və  suvarma  vasitəsilə  torpağa  daxil  olması  torpaq  havasının 

sıxlaşmasına,  onun  bayıra  sıxışdırılmasına  və  atmosfer havasına  qarışmasına səbəb olur. 

Torpaq  temperaturunun  və  atmosfer  təzyiqinin,  külək  və  qrunt  suyunun  səviyyəsinin 

dəyişməsi torpaq havasının dəyişməsinə və nəticədə də havanın torpaqdan atmosferə və ya 

əksinə atmosferdən torpağa hərəkətini törədir.  

Qaz  mübadiləsinin nəzərdən keçirilən bütün amilləri təbii  şəraitdə birgə fəaliyyət 

göstərir, lakin bunlar içərisində diffuziya əsas amil hesab olunur. Sərbəst havadan fərqli 

olaraq  qazların  torpaqda  diffuziyası  tədrici  baş  verir.  Ona  görə  də  torpaqdakı  diffuziya  

əmsalının (D) həmin qazın atmosferdə diffuziya  əmsalına (Do) nisbəti həmişə vahiddən 




 

10 


azdır. Əgər CO

2

 –nın diffuziya  əmsalı 0,009 sm



2

/san-dən kiçikdirsə, normal aerasiyanın 

son  həddi  hesab  olunur.  Bu  göstəricidən  aşağı  olması  qaz  mübadiləsinin  çətinləşdiyini 

göstərir.  

Qaz  mübadiləsinin  vəziyyəti  torpağın  hava  xassələri  ilə  müəyyən  edilir.  Torpağın 

hava xassələrinə hava keçiriciliyi və hava tutumu aid edilir. Torpağın hava keçiriciliyi  – 

torpağın  özündən  hava  buraxma  qabiliyyətidir.  O,  zaman  vahidi    ərzində  təzyiq  altında 

qalınlığı 1 sm, sahəsi 1 sm

2

 torpaq kəsiyindən keçən havanın miqdarı ilə  (ml-lə) ölçülür.  



Torpağın hava keçiriciliyi nə qədər yüksək olarsa, onda qaz mübadiləsi bir o qədər yaxşı  

və torpaq havasında oksigenin miqdarı çox və karbon qazının miqdarı az olacaqdır.  

Torpağın  hava  keçiriciliyi  onun  qranulometrik  tərkibindən,  sıxlığından,  nəmlik  və 

strukturundan  asılıdır.  Hava  torpaqda  su  ilə  dolmamış  və  bir-birindən  izolə  olunmamış 

məsamələrlə  hərəkət  edir.  Aerasiya  məsamələri  nə  qədər  böyük  olarsa,  onun  hava 

keçiriciliyi  bir  o  qədər  yaxşı  olacaqdır.  Strukturlu  torpaqlarda,  kapilyar  məsamələrlə 

yanaşı qeyri-kapilyar məsamələr də kifayət qədərdir. Bu da onlarda hava keçiriciliyi üçün 

əlverişli şərait yaradır.  

Torpağın  hava  tutumu  torpaqda  havanın  miqdarı  ilə  səciyyələnir  və  %-lə  ifadə 

olunur. Torpaqda havanın miqdarı onun nəmliyindən və torpağın məsaməliyindən asılıdır. 

Torpaqda  məsaməlik  nə  qədər  çox  və  nəmlik  az  olarsa,  torpaq  özündə  bir  o  qədər  çox 

hava  saxlamış  olar.  Maksimal  hava  tutumu  quru  torpaqlar  üçün  səciyyəvidir  və  onun 

həcmi  torpaqdakı  ümumi  məsamələrin  həcminə  bərabərdir.  Lakin  təbii  şəraitdə  torpaq 

həmişə  özündə  bu  və  ya  digər  miqdarda  su  saxlayır.  Ona  görə  də  torpaqda  hava 

tutumunun həcmi çox dinamikdir.  

Hava-quru  şəraitdə torpağın hava tutumunun həcmi ümumi məsaməliyin həcmi ilə 

hiqroskopik  nəmliyin  həcminin  fərqinə  bərabərdir.  Torpağın  ən  az  su  tutumuna  uyğun 

gələn  və  qeyri-kapilyar  məsaməliyin  analoqu  olan  hava  tutumu  xüsusi    əhəmiyyət  kəsb 

edir.  Əgər hava ilə dolmuş məsamələrin həcmi  ən az nəmlik tutumundan 15% azdırsa, 

onda  torpağın  aerasiyası  torpaq  havasının  əlverişli  tərkibini  təmin  etmək  üçün  kifayət 

deyildir.  Qaz  mübadiləsi  üçün  optimal    şərait  havanın  miqdarı  mineral  torpaqlarda  20-

25%, torflu torpaqlarda 30-40% olarkən yaranır.  

         


Yüklə 243,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin