Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi İlkin qiymətləndirmə



Yüklə 18,35 Kb.
səhifə2/3
tarix24.10.2022
ölçüsü18,35 Kb.
#66009
1   2   3
Torpaq

İlkin dəyər modeli
Aktiv kimi tanındıqdan sonra torpaq, tikili və avadanlıqlar hər hansı yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxılmaqla ilkin dəyərlə uçota alınırlar.
Yenidənqiymətləndirmə modeli
Aktiv kim tanındıqdan sonra, ədalətli dəyərlərinin müəyyən edilməsi mümkün olan torpaq, tikili və avadanlıqlar hər hansı yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri çıxılmaqla yenidənqiymətləndirmə tarixinə onların ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə təqdim olunmalıdır. Bu Standart çərçivəsində, ədalətli dəyər yenidənqiymətləndirmə məqsədləri üçün fəal bazarın məlumatlarına istinadən müəyyən edilməlidir.
Balans hesabatı təqdim olunduğu tarixə aktivin balans dəyərinin onun ədalətli dəyərindən kəskin fərqlənməməsi məqsədilə yenidənqiymətləndirmə kifayət qədər müntəzəm şəkildə həyata keçirilməlidir.
Torpaq, tikili və avadanlıqların ədalətli dəyəri adətən bazar məlumatlarına əsaslanan dəlillərdən istifadə edilərək qiymətqoyma üzrə peşəkar mütəxəssislər tərəfindən müəyyən edilir.
Torpaq, tikili və avadanlıqlara aid obyektlər yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan hər hansı yığılmış amortizasiya, aktivin ümumi balans dəyərilə müxabirləşərək sıfıra bərabər edilir və beləliklə aktivin xalis dəyərinin yenidənqiymətləndirilmiş dəyərinə bərabər edilməsi üçün ona düzəliş edilir.
Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri artarsa, onda bu artım yenidənqiymətləndirmə artımı başlığı altında birbaşa olaraq kapitalın kredit hissəsinə yazılmalıdır
Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı növbəti hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılmalıdır.
Əmlakın yenidən qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" AR Qanununa əsasən həyata keçirilir.

Yüklə 18,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin