Qeyd edilən kurqanların birində e.ə. XIV-XIII əsrlərdə hakimiyyətdə olan Assuriya şahı I
Adadnirarinin (e.ə.1307-1275) mixi yazı ilə üzərində adı qeyd olunduğu qəribə bir muncuq
tapılmışdır. Bu tapıntı Azərbaycanda tunc dövrü tarixini daha düzgün təyin edən tapıntı
kimi təsvir
edilmişdir.
Qəbələ şəhəri hələ Sovet hakimiyyəti zamanında da turistlərin diqqətini özünə cəlb etmişdir.
Turistlər üçün qalın meşələr və meşələrin ətəyində yerləşən Hohur gölü heyrətamiz yerlər kimi
qiymətləndirilmişdir. Bu əraziləri gəzib səyahət edən alim Telman Haqverdiyev Qəbələ haqqında belə
fikirlər söyləmişdir: «Qəbələyə səfərimizi Mirzəbəyli kəndindən başladıq. Meşələrin içi ilə getdikcə
qarşımıza zoğal, armud, əzgil, alma, fındıq, şabalıd, qozla dolu ağaclar çıxırdı. Qara moruq salxımları
vasitəsilə əllərimizi boyadıq. Qəbələ bulağının büllur sularında sərinlədik. Qəbələnin uçub dağılan
qala divarlarını görəndə isə çox həyəcanlandım ».
Lənkəran rayonunda Aşağı Nüvədi, Sütəmurdov, Şağlakücə, Kərgəlan, Separadi kəndlərində orta
əsrə aid bir çox tikililər indi də öz elmi-mədəni əhəmiyyətini saxlamaqdadır.
İndiki dövrdə Lənkəran və Lerik rayonu ərazisində turizmin təşkilinin bütün növləri üçün hər cür
şərait mövcuddur. Bir tərəfdə dəniz, digər tərəfdə dağlar, talış meşələri olan bu yerlər turizmin müasir
bazarında yaranan rəqabətin önündə gedə bilər. Füsünkar təbiət gözəllikləri ilə insanı
heyran edən
əsrarəngiz təbii mənzərələr, uzunömürlülər diyarı Lerik rayonu üçün son dərəcə xarakterik cəhətlərdir.
Bu rayonda salınmış «Təbəssüm», «Xəyal», «Meşəbəyi», «Babək», «Relax» tipli istirahət və turizm
mərkəzləri bu gün dünyanın hər yerindən gələn turistlərin mədəni asudə vaxtlarının, istirahət və
əyləncəsinin təşkilində önəmli yer tutur.
Lerikin başı qarlı dağları, güllü-çiçəkli yaylaqları, sərin bulaqları, dini ocaqları (məsələn, Babagil,
Cobir, Siyo Toğ), sıldırımlı qayaları və s. özünün füsünkarlığı ilə qonaqları heyran qoyur. Lerikin
«Babagil», «Cobir», «Siyo-Toğ» və s. dini ziyarət ocaqlarına hər gün müxtəlif
güşələrdən minlərlə
insan gəlir. Bu da təbii olaraq, daha çox mənəvi-əxlaqi dəyərlərimizin formalaşmasında mühüm
əhəmiyyət kəsb edir. Hazırda Lerik rayonunda yaradılmış «Relax» istirahət mərkəzi respublikanın ən
gözəl istirahət guşələrindən biri hesab olunur. «Relax» turizm bazasının fəaliyyəti indiki dövrdə dünya
standartları səviyyəsinə uyğunlaşdırılır. «Relax» turizm bazasında turistlərin
istirahəti üçün hər cür
şərait yaradılmışdır.
Turistlərin informasiya balansının artırılması bu gün ən aktualdır. Çünki, gözəl mənzərələr və
tarixi yerlər görmək istəyən turistlər, həmçinin bütün kommunal və informasiya
tələblərinə cavab
verən gözəl mehmanxanalarda qalmağı da arzulayırlar. Bu baxımdan Şəki rayonunda yerləşən «Şəki»
mehmanxanası bu gün qismən də olsa dünyanın müxtəlif ölkələrindən gələn turistləri qəbul etməyə
hazırdır.
Qeyd edək ki, hələ 1976-cı ildən fəaliyyət göstərən «Şəki» mehmanxanası 2000-ci illərdə yenidən
rekonstruksiya edildikdən sonra, indi də öz əhəmiyyətini itirməmiş, abad vəziyyətini qoruyub saxlaya
bilmişdir. Burada bərpa işləri aparılmış, müasir standartlara cavab verən lüks nömrələr turistlərin və
Şəki şəhərinə gələn qonaqların xidmətinə verilmişdir. [İ.Hüseynov, N.Əfəndiyeva – Turizmin əsasları,
Bakı 2007].
Hələ qədim dövrlərdən etibarən, Bakı nəinki Qafqazın, eləcə də Yaxın Şərqin qədim şəhərlərin-
dən olduğundan, burada bir çox memarlıq abidələri vardır. Onlardan bir neçəsini misal göstərək.
Bibiheybət məscidi (1281-1282). Bibiheybət məscidi XIII əsrdə
Şirvanşah II Fərruxzad ibn
Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar qeyd olunan kitabə yerləşir. Klassik
şərq üslubunda tikilmiş əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir.
Müqəddəs ayələr isə mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunmuşdur.
Multanı Karvansarası (XIV əsr). Bu karvansara İçərişəhər ərazisində yerləşir. Multani adını isə
Pakistanın Multan şəhərindən götürmüşdür. Multanı karvansarası qədim dövrdə ticarət mərkəzi, birja,
səfirlik, rabitə qovşağı kimi fəaliyyət göstərmişdir və ənənəvi kompozisiya üzrə tikilmişdir.
Tazəbəy hamamı (1886). Bura istirahət və sağlamlıq ocağı kimi tanınır. Bakının düz mərkəzində
yerləşən bu hamam şərq arxitekturası ilə tikilmişdir. Müasir dövrdə turistlərin ən sevimli istirahət və
sağlamlıq məkanı kimi istifadə edilir.
Nizami adına Ədəbiyyat və Mədəniyyət muzeyi (1860). Bu bina XX əsrin əvvəllərində keçmiş
“Metropol” mehmanxanası kimi fəaliyyət göstərmişdir və memar Məşədi Qasım Hacıbababəyovun
arxitekturası əsasında tikilmişdir. 1914-15-ci illərdə A.A.Nikitin bu bina üzərində bəzi dəyişikliklər
etməsindən sonra mehmanxana kimi istifadə edilmişdir.
Dostları ilə paylaş: