Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə149/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   145   146   147   148   149   150   151   152   ...   356
Kitab Turizm

Əsas hissə 
Qobustan qayaüstü təsvirləri isə SSRİ dövründən öz elmi əhəmiyyətinə görə dünya alimlərinin və 
tarix sevənlərin maraq dairəsinə daxil olmuşdur. Bakıdan 60 km. cənubda yerləşən Qobustan qayaüstü 
təsvirlərinə baxmaq üçün il ərzində 400 mindən çox insan bu məkana səyahət edir, hələ mezolit 
dövründən (Оrta daş dövrü) başlayaraq, qayalar üzərinə həkk olunmuş müxtəlif heyvan təsvirlərinə 
tamaşa edir, daş dövrünün həyat tərzi və heyvanat aləmi ilə tanış olurlar.
1947-ci ildə Azərbaycanın məşhur arxeoloqu İshaq Cəfərzadə tərəfindən aşkar edilən Qobustan 
qayaüstü təsvirləri şagirdlər, tələbələr, müəllimlər, müxtəlif peşə sahibləri, bəşəriyyətin qədim tarixi 
ilə maraqlanan alimlər üçün də maraq mənbəyidir. Öz quruluşuna görə də Qobustan ərazisi turistlər 
üçün çox cəlbedicidir. Sanki göydən yerə səpələnmiş möhtəşəm qayalar, həmin qayaları yararaq çıxan 
əncir ağacları, «Qaval daş» kimi tanınan qədim zərb aləti, bütün zamanlarda turistlərin diqqətini 
çəkmişdir. Bakının İçəri şəhərinin memarlıq komplekslərini, Abşeron qalalarını, Atəşgahı və digər 
qədim memarlıq nümunələrini ziyarət edən turistlər, Qobustan qaya təsvirlərini də görmək istəyirlər. 
Qobustan ərazisi hələ 1967-ci ildən qoruq-muzey elan edilmiş, turizm marşrutuna daxil edilmişdir. 
Azərbaycanın bütün rayonları turistləri cəlb edə biləcək memarlığa və tarixə malikdirlər. 
Ermənilər tərəfindən zəbt edilmiş Xocalı rayonu da Azərbaycana aid olan abidələrlə zəngindir. Bir 
zamanlar Şuşada yerləşən istirahət və turizm mərkəzlərinə istirahətə gələn turistlərə Xocalı 
mədəniyyəti ilə də tanış olmaq şansı yaranırdı. Azərbaycan arxeoloqlarının apardığı arxeoloji 
qazıntılar zamanı burada e.ə. I minilliyin ortalarına aid olan çoxlu əmək alətləri, məişət avadanlıqları, 
müxtəlif mədəniyyət nümunələri aşkar edilmişdir. Alimlər qeyd edirlər ki, “Xocalı Kurqan çölünü bir 
növ özünəməxsus yeraltı muzey adlandırmaq olar”. Burada tunc dövrünə aid edilən çoxlu Azərbaycan 
abidələri düşmən işğalı altında qalmışdır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin