müalicəvi palçıq kurortları, duz mağaları və Naftalan neftini əks etdirən sağlamlıq turizm xəritəsinin
yaradılması planlaşdırılır.
Sağlamlıq turizm obyektlərinin tanıdılması baxımından infoturların əhəmiyyəti yüksəkdir. Vaxtaşırı
Azərbaycanın əsas sağlamlıq müəssisələrinə bir neçə günlük infoturlar təşkil edilir. 2016-cı ilin may və iyul
aylarında 100-ə yaxın yerli turizm şirkətləri və media qurumlarının nümayəndələrinin iştirakı ilə Naftalana
və Qalaaltına infoturlar təşkil edilmişdir. Bu infoturların əsas məqsədi Naftalanın və Qalaaltının
turizm
potensialının təbliğatına yönəldilmişdir. Təsadüfi deyildir ki, növbəti illərdə ölkəmizə sağlamlıq
məqsədiylə gələn turistlərin böyük qismini məhz həmin infoturların təşkil olunduğu ölkələrin vətəndaşları
təşkil etmişdir. Bu amilləri nəzərə alaraq infoturların ölkə turizmi üçün nə qədər əhəmiyyətli olduğunu
görmək mümkündür. Bu infoturların mütəmadi və daha geniş miqyasda keçirilməsi vacibdir. İnfoturları
təkcə Qalaaltı,
Naftalan və Duzdağda deyil, respublikamızın digər sağlamlıq müəssisələrində də həyata
keçirərək onun əhatə dairəsini genişləndirmək olar. İnfoturların xaricdə keçirilməsi üçün hədəf ölkələrin
düzgün seçilməsi vacibdir. Bu məqsədlə ölkəmizdə müalicəsi mümkün olan xəstəliklərin daha çox hansı
ölkələrdə yayıldığını araşdırmaq və təbliğat işlərini həmin ölkələrdə aparmaqda fayda var. Eyni zamanda,
son illər turistləri ölkəmizə axın edən Yaxın
və Orta Şərq, xüsusilə körfəz ölkələrində infoturların təşkil
edilməsi labüddür.
Strateji Yol Xəritəsinə əsasən, Naftalan neftinin xammalından istifadə edərək müxtəlif sağlamlıq
məhsullarının dünya ölkələrinə ixrac edilməsi və həmin məhsulların brend halına gətirilməsi də marketinq
işlərinə əlavə stimul verəcək [1, s.60].
Bundan əlavə, Azərbaycanın müxtəlif sağlamlıq müəssisələrinin tanıdılması baxımından
rəqəmsal marketinq texnologiyalarından yararlanmaqda da fayda var. Hazırda
turizmdə ənənəvi
təbliğat vasitələrindən əlavə elektron resursların da rolu olduqca böyükdür. Turizmdə öz sözünü demiş
ölkələrin bir çoxu təbliğat vasitəsi kimi elektron resurslardan istifadəni genişləndiriblər. İKT-nin
sürətli inkişafı ilə bir çox sahələrdə olduğu kimi turizmdə də elektron resursların təkmilləşməsi halları
müşahidə olunur. Artıq insanlar səfər etmək istədikləri yer haqqında onlara lazım ola biləcək
məlumatları internet resursları vasitəsilə öncədən ala bilirlər. Turizm məhsulunun əsas spesifik
xüsusiyyətlərindən biri müştərinin məhsulla tanışlığı yalnız onu alıb
istifadə etdikdə mümkün
olmasıdır. Bu səbəbdən turizm məhsulunun satışı olduqca çətin hesab olunur. Lakin, son illər İKT-nin
turizmə tətbiqinin geniş vüsət almasıyla bu problemin az da olsa öz həllini tapdığını söyləmək
mümkündür. Potensial turistlər almaq istədikləri tur məhsulu haqqında məlumatlara internet resursları
vasitəsilə yiyələnərək, az da olsa o məhsul haqqında müəyyən təsəvvürə malik olurlar.
Rəqəmsal marketinqin sürətlə inkişaf etdiyi bir məqamda Azərbaycan da öz sağlamlıq turizmi
sənayesini təbliğ edə bilər. Rəqəmsal marketinqin ənənəvi marketinqdən
əsas üstün cəhəti ondan
ibarətdir ki, burada maliyyə xərcləri az olur və az maliyyə xərcləri ilə daha geniş kütləyə məhsul
tanıtımını həyata keçirmək mümkündür. Sağlamlıq turizminin inkişafı, turizm müəssisələrinin və
müvafiq resursların tanıdılması baxımından promo videoların, tanıtım çarxlarının, müxtəlif məzmunlu
materialların hazırlanması və dünyaca məşhur internet portallarında, saytlarında
və digər media
orqanlarında yerləşdirilməsi mühümdür. Həmçinin, bu inkişafa nail olmaq üçün sosial şəbəkələrin rolu
da danılmazdır. Sosial şəbəkələr sağlamlıq turizmində “elektron ağızdan ağıza marketinq (e-WOM)”
kimi də qiymətləndirilir. Ağızdan ağıza marketinqdə opponentlərin heç bir kommersiya marağı
olmadığına görə turistlər tərəfindən daha güvənilir hesab edilir [3, s.81].
Rəqəmsal marketinqin sürətlə inkişaf etdiyi və qlobal tendensiyaya çevrildiyi bir dövrdə
Azərbaycanda sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan qurumlar bu tendensiyaya uyğun hərəkət
etməli və sahib olduğumuz turizm potensialımızın beynəlxalq miqyasda tanıdılması
üçün rəqəmsal
marketinqin, İKT-nin metod və üsullarından geniş istifadə etməkdə maraqlı olmalıdırlar.
Dostları ilə paylaş: