Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə165/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   161   162   163   164   165   166   167   168   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
131
Baku, Azerbaijan


Ölkəmiz turizm resurslarının xüsusi maraqlarını və turizmin tərəqqisini nəzərə alaraq formaları 
aşağıdakı kimi ümumiləşdirilə bilər: -mədəni, təhsil, biznes və özəl turizm (çimərlik, hadisə, ekoloji, 
kənd, ovçuluq və balıqçılıq, idman, sağlamlıq, elmi və s.). Çimərlik turizmini ən məşhur istirahət 
sahələrindən biri hesab etmək olar. Yerli turistlərin çoxu dənizdə istirahət etməyə üstünlük verirlər. Bu 
istiqamət Abşeron yarımadasında və ölkənin şimalında Nabranın turistlik ərazisində aktiv olaraq 
tərəqqi edir. Ölkəmizin cənub bölgələrində çimərlik istirahətinin tərəqqisi məqsədilə böyük ümidlər 
var, ancaq meymanxananın və başqa turistik obyektlərinin infrastrukturunun olmaması tərəqqiyə əngəl 
törədir. Son zamanlarda xizək turizmi çox populyar olub və tələb olunan şəkildə inkişaf etdirilir. 
Bununla bağlı olaraq, Şahdağ layihəsi Azərbaycanın Qusar rayonunda həyata keçirilmişdir və bundan 
sonra infrastruktur və ekoloji baxımdan müasir mühəndislik və nəqliyyat infrastrukturu nəticəsində 
müasir bir xizək qurğusu fəaliyyəti həyata keçirilmişdir. 
Son 2 ilin təhlilindən görərikki , 2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 
2.248.773 nəfər olmuşdur, bu da 2015-ci il ilə müqayisədə 11.7 faiz artım olduğunu göstərir . 2016-cı 
ildə Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran 
vətəndaşları çoxluq təşkil edərək müvafiq olaraq 33, 22.5, 13,9 və 10.9 faiz təşkil etmişdir. Qeyd 
edəkki, ən çox turist gələn ölkə Rusiya Federasiyasından 744 125 nəfər , Gürcüstan 506 306 , Türkiyə 
313 341 , İrandan gələnlərin sayı isə 248 632 nəfər təşkil etmişdir[2] . 
Azərbaycana gələn xarici turistlərin sayı qeyd olunan ən yüksək görtərici 2017-ci il ərzində - 2 
696 745 nəfərə çatmışdır. Belə yüksək artımın olunması 2017-ci ildə ölkədə turizmin inkişafı məqsədi 
ilə həyata keçirilən tədbirlərin mühüm rolu olmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika 
Komitəsinin təqdim etdiyi hesabatına əsasən , 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 
2016-cı ilə müqayisədə 447 972 (təxminən 20%) nəfər artmışdır. Ölkəyə gələn xarici vətəndaşlardan 
Rusiya Federasiyası 2016-ci ildəki kimi birinci yerdədir və gələn turstlərin sayı artaraq 854 331 nəfər 
olmuşdur.Növbəti ən çox turist gələn ölkələr 538 213 turist Gürcüstan, 363 528 İran İslam 
Respublikası , 301 924 Turkiyə və BƏƏ 102 498 nəfər gəldiyi qeyd edilmişdir [4] . 
Azərbaycan vətəndaşları Rusiyaya gəlib-gedənlərin sayına görə ilk beşlikdədir. Nəticə etibarilə, 
Dövlət Sərhəd Xidmətinin informasiyalarına görə, 2018-ci ilin yanvar-aprel aylarında ölkəmiz 
dünyanın 182 ölkəsindən 847,6 min və yaxud keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox 
əcnəbi və vətəndaşlığı olmayan şəxslər təşkil etmişdir[1].
Dövlət Turizm Agentliyinin mətbuat xidməti məlumatına əsasən , 2018-ci ildə Azərbaycana 2 
mln. 844,889 min əcnəbi turist səfər edib, bu 2017-ci illə müqayisədə 6% üstünlük təşkil edir. 
Agentliyin məlumatında qeyd olunur 2018-ci il ərzində Azərbaycana səfər edən əcnəbi qonaqların 
sayı ümumilikdə 153 min artaraq 2,8 mln. nəfər təşkil etmişdir. Bu illərdə Azərbaycana səfər edən 
turistlərin yarısından çoxu Rusiya və Gürcüstanın payına düşüb. Bu ölkələrdən gələnlərin sayı 3% və 
13,5% artaraq, müvafiq olaraq 878,391 min və 610,124 min nəfər təşkil etmişdir. 
Ekspertlərin məlumatına görə, Rusiyadan gələn turistlərin sayının artması gözləniləndir. 
Ölkəmizə Rusiyadan gələn aviareyslərin sayının artması bu ölkə sakinlərinin bölgəmizə turist 
səfərlərinin çoxalmasının nəticəsidir. Rusiyanın son dövrlər ərtraf ölkələr, həmçinin keçmiş postsovet 
məkanına turistik baxımından marağı artıb. Rusiyanın statistik göstəricilərindən də məlum olur ki, ən 
azı son 2 ildə keçmiş postsovet respublikalarına gələn rusiyalıların sayı ötən illərlə müqayisədə 2 dəfə 
artmışdır. 
Bu gün üçün Azərbaycana ən çox turist göndərən ölkə Rusiyadır. Təbii ki , bunun bir çox 
obyektiv və subyektiv səbəbləri vardır. Moskvada rəsmi nümayəndəliyim bu proseslərdə fəal iştirak 
etmələrindən çox asılıdır. Əvvəllər Rusiyadan Azərbaycana və əksinə ölkəmizdən Rusiyaya biznes 
məqsədi ilə səfər edilirdisə, indi sırf səyahət tipli səfərlərin sayı çoxluq təşkil etməkdədir. 
Rusiya turoperatorları Azərbaycana gəlmək istəyən turist tələbatının artdığını qeyd edirlər. 
Azərbaycan Rusiya vətəndaşların nə ilə cəlb edir və gələn turistlər əsasən haraya istirahət məqsədi ilə 
gəlirlər baxımından bir elmi araşdırma aparmalı oldum. 
Ölkəmizdə yerləşən mehmanxanalar keyfiyyət və xidmət səviyyəsinə görə heçdə Avropadan geri 
qalmır , fərqli ekskursiya xidmətləri , yüksək səviyədə inkişaf etmiş sanatoriya-kurort kompleksləri 
Azərbaycan turizmin güclü tərəflərindən saymaq olar. 
“Azərbaycan rusiyalı turistlər üçün səmərəli ölkədir. Burada Rusiyaya səmimi münasibət var, dil 
sərhəddi yoxdur, iqlim şəraiti, təbiətin müxtəlifliyi, rahatlıq və təhlükəsizlik səviyyəsi isə ən yüksək 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin