olacaqdır.Bu məqsədlə sadaladığımız rayonlarda bir sıra əhəmiyyətli tədbir və toplantıların keçirilməsi
nəzərdə tutulmuşdur.
İşgüzar turizm üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə təqribən 4 milyon həcmində
maliyyə vəsaiti tələb olunur. Görüləcək işlərdən sonra, 2020-ci ildə Bakıyla yanaşı, regionlarda
işgüzar turizm məqsədilə gələn turistlərin sayında iki dəfə artımın olacağı proqnozlaşdırılır [1, s. 69].
Dövlətin qarşısında duran mühüm vəzifələrdən biri də ölkə ərazisində davamlı turizmə nail
olmaq, turizmin inkişafında mövsümilik problemini aradan qaldırmaqdan ibarətdir. Respublikamızın
sahib olduğu turizm ehtiyatları fonunda ölkəmizdə müxtəlif turizm bölgələrinin formalaşmasına
gətirib çıxarmışdır. Həmin turizm bölgələrindən səmərəli istifadə edilməsilə turizmdə mövsümilik
problemini aradan qaldırmaqla davamlı inkişafa nail olmaq mümkündür. Aşağıdakı cədvəldə
Azərbaycan ərazisində mövcud olan əsas turizm bölgələri göstərilmişdir.
Cədvəl 1. Azərbaycan Respublikası ərazisində mövcud olan əsas turizm bölgələri
Tarixi abidələr
Şəhərlər və kəndlər
Milli parklar və təbiət gözəllikləri
Atəşgah
Naxçıvan məqbərəsi
Ordubad Qoruğu
Qobustan
Xan Sarayı
Kiş məbədi
Əshabi-Kəhf
Yanardağ
Balakən
İsmayıllı
Qax
Qəbələ
Quba (həmçinin Xınalıq)
Şəki
Abşeron
Göygöl
Altıağac
Ağgöl
Hirkan
Zəngəzur
Şahdağ
Samur-Yalama
Şirvan
Nabran çimərliyi
Tufandağ
Palçıq vulkanları
Abşeron çimərlikləri
Dostları ilə paylaş: