Tourism and recreation in the XXI century: problems and prospects


Mənbə: Strateji Yol Xəritəsi [1, s.72]



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə162/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   158   159   160   161   162   163   164   165   ...   356
Kitab Turizm

Mənbə: Strateji Yol Xəritəsi [1, s.72]. 
Azərbaycanda turizmdə mövsümilik problemini aradan qaldırmaq üçün bir sıra seçilmiş 
turizmnövlərinin inkişafı nəzərdə tutulub. Bu baxımdan aşağıdakı turizm növləri fərqlənir.
 
Ekoloji turizm: 
Azərbaycanda müxtəlif landşaft tiplərinin mövcudluğu, iqlimin əlverişliliyi, flora və 
fauna aləminin zənginliyi respublikamızda ekoloji turizmin inkişafıyla bağlı geniş imkanlar var [2]. 
Hazırda dövlətin əsas məqsədi ölkədə ekoloji turizmin potensialının tədqiq olunaraq yenidən 
qiymətləndirilməsi və daha sonra milli parklarda bir sıra turizm fəaliyyətlərinin təşkil edilməsi üçün 
tədbirlər planı hazırlanmaqdadır. Bundan əlavə, milli parklarda günlük və həftəlik nəqliyyat əlaqələrinin 
eskizinin və ekoloji tur marşrutlarının hazırlanması planlaşdırılır. Azərbaycanın dağlıq əraziləri kampinq, 
haykinq və trekinq turları üçün olduqca əlverişlidir. Bu məqsədlə gələcəkdə respublikamızın ayrı-ayrı milli 
parklarında potensial kampinq yerlərinin müəyyənləşdirilməsi və işlənib hazırlanması kimi məsələlərə 
toxunulacaq. Eyni zamanda, milli park ərazilərində məlumatverici işarələrin yerləşdirilməsi və milli 
parklarımızın Azərbaycan, rus, ingilis, fransız, alman dillərində xəritələrin tərtib edilməsi gözlənilir. Ölkə 
ekoturizminin təbliğatı məqsədilə internet portallarının yaradılması və “Azərbaycanda ekoturizm” 
albomunun nəşri nəzərdə tutulub.
 
Kənd turizmi: 
Turizmin alternativ növlərindən biri hesab olunan kənd turizmi ekoloji turizmin tərkib 
hissələrindən biri kimi qiymətləndirilir [3, s.369]. Ölkəmizin zəngin təbii-coğrafi şəraiti fonunda burada 
çoxsaylı xalqların yaşaması, mədəniyyət, adət-ənənə, məişət müxtəlifliyi kənd turizminin rəngarəngliyinə 
səbəb olmuşdur. Azərbaycanın müxtəlif bölgələrində kənd turizminin inkişafı üçün mühüm potensial 
mövcuddur. Bu baxımdan şimal bölgəsi, xüsusilə Quba rayonu ərazisində yerləşən kəndlər, Xınalıq, 
Buduq, Qrız-dəhnə, Qrız, Cek, Əlik, Haput kimi həm ekzotik təbitə malik, həm də zəngin mədəniyyətə 
sahib kəndlərimiz seçilir. Qusar rayonu ərazisində yerləşən Ləzə, Qəbələdə Vəndam, İsmayıllıda Lahıc 
kəndi turistlərin böyük marağına səbəb olur. Son illər dövlət kənd turizminin bir qədər inkişaf etdirilməsi 
ilə bağlı olaraq müxtəlif tədbirlər planı hazırlamışdır. İlk növbədə, kənd turizminin incilərindən olan bir sıra 
ənənələrin, xalçaçılığın, çörəkbişirmənin təbliğatı məqsədilə kurslar təşkil olunmaqla bir sıra kənd 
təsərrüfatı məhsullarının brendləşdirilməsiylə bağlı işlər aparılacaq. Turistlərin yerləşdirilməsi ilə əlaqədar 
kənd evlərinin seçilməsi, təmir və bərpa işlərinin aparılması, turistlərin qəbul edilməsi və xidmətin 
aparılması ilə bağlı təlimlərin keçirilməsi, kənd sakinlərinə vergi ödənişləriylə bağlı vərdişlərin aşılanması 
kimi məsələlər də görüləcək işlər içərisindədir.
 
Kənd turizminin inkişaf etdirilməsindən ilkin olaraq turistlər və kənd ev sahiblərinin faydalanacağı 
gözlənilir. Ümumilikdə isə bu sahənin inkişaf etdirilməsi ilə kəndlərdə infrastrukturunun yaxşılaşdırılması, 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin