Naftalan neftini növbəti dəfə tədqiq edərək, onun sənaye əhəmiyyətini yenidən qiymətləndirəcək.
Daha sonra isə mövcud istehsal edilən məhsullarla yanaşı, müxtəlif sağlamlıq məhsulu qruplarının
yaradılması və həmin məhsulların brendləşdirilməsi işinə başlanılacaqdır. Dünyanın əsas beynəlxalq
institutlarından Naftalan neftinin sağlamlıq əhəmiyyətini təsdiqləyəcək sertifikatların alınması da
təmin ediləcəkdir. Mövcud və yeni yaradılacaq məhsulların tanıdılması məqsədi ilə marketinq işinin
aparılmasına xüsusi önəm veriləcək. Müvafiq
qurumlar bu məqsədlə həm yerli, həmçinin də xarici
turistlərin Naftalana cəlb edilməsi üçün Bakıdan Naftalan istiqamətində subsidiyalı səfərlərin təşkil
ediləcəyini planlaşdırır. Görüləcək işlər içərisində Bakı ilə Naftalan arasında nəqliyyat xidmətinin
yüksəldilməsi də nəzərdə tutulmuşdur.
Avtomobil, avtobus və qatar xidmətlərində sürətin artırılması
və komfortun yüksəldilməsi məqsədi ilə müvafiq qurumlar ilə Turizm Şurası arasında əməkdaşlığın
qurulması düşünülür.
Ümumilikdə, nəzərdə tutulmuş işlərin həyata keçirilməsiylə bağlı 15 milyon AZN həcmində
investisiya tələb olunur. Həyata keçiriləcək işlərdən sonra Naftalanın şöhrətinin daha da artacağı, gələn
turist sayının çoxalacağı və bunun fonunda 2020-ci ildə Naftalanda ÜDM-də 5 milyon manat artım və 150
yeni iş yerinin açılacağı proqnoz edilir [1, s.58].
Qış turizmi -
Azərbaycanın mövcud olan iqlim ehtiyatları və əlverişli relyef şəraiti ölkəmizdə qış
turizminin inkişafında mühümdür.
Baxmayaraq ki, qış idman növləri ölkəmiz üçün yeni tendensiyadır,
lakin bu sahənin inkişafının mühüm potensiala malik olduğunu söyləmək mümkündür. Ölkəmizdə qış
turizm müəssisələri kimi Qəbələdəki “ Tufandağ Qış-Yay Turizm Kompleksi” və Qusarda yerləşən
“Şahdağ” Turizm Mərkəzi çıxış edir. Burada yerli və xarici turistlər üçün xizəkçilik, kanatla gəzinti və
digər xidmətlər təklif edilir.
Azərbaycanda fəaliyyət göstərən hər iki qış idman kompleksinin yamaclarının
uzunluğu və qalxma
kabinələrinin sayını nəzərə alaraq söyləmək olar ki, ilboyu qış turizmi üçün bir sıra idman növlərindən,
xüsusilə də xizəkçilikdən istifadə edilməsinə imkan yaradan günlərin sayına görə regionda mövcud olan
başqa alternativlərlə müqayisə edildikdə rəqabət qabiliyyəti daha yüksəkdir. Şahdağ və Tufandağda
mövcud olan yamacların və qalxma kabinələrinin potensialı burada xizəkçilik və digər idman növlərinin
fəaliyyət müddətinin il ərzində 110-120 gün aktiv olmasına imkan verməkdədir. Eyni zamanda, Tufandağla
Qəbələ Hava Limanı arasında məsafənin cəmi 25 km olması və büdcəyə uyğun çarter uçuşların
həyata
keçirilməsi turistlər üçün bu kompleksə səyahəti daha əlçatan edə bilər.
Azərbaycanda yeni formalaşmağa başlamış qış turizmində bir sıra problemlərin olması da məlumdur.
Belə ki, Azərbaycanda qış turizminin inkişaf etdirildiyi regionlarda mehmanxanaların əksəriyyəti 4 və 5
ulduzludur. Mövcud mehmanxanalarda nömrələrin azlığı və qiymətlərin yüksək, xidmətin aşağı səviyyədə
olması, region ölkələriylə müqayisədə ölkəmizin rəqabət qabiliyyətini aşağı salmaqdadır.
Strateji Yol xəritəsinə əsasən, inkişaf etdirilməsi zəruri olan turizm növləri içərisindən qış turizmi də
əsas turizm növü kimi göstərilmişdir. Qış turizminin inkişafı üçüm müxtəlif tədbirlər planı hazırlanmışdır.
İlk növbədə, qış turizminin inkişaf etdiyi regionlarda nəqliyyat seçimlərinin yaxşılaşdırılması nəzərdə
tutulub. Bu məqsədlə, regionlarda fəaliyyət göstərən mehmanxana müəssisələri,
yerli bələdiyyələr,
turoperator və müvafiq dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində potensial turistlərin yaşadığı
regionlar ilə qış turizm mərkəzləri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması planlaşdırılır. Bu
məqsədə nail olmaq üçün mövsüm dövrü ərzində qış turizm müəssisələrinə quru yolu ilə səfər edən turistlər
üçün paytaxt Bakıdan həmin müəssisələrə kimi subsidiyalaşdırılmış və ya pulsuz gündəlik tur avtobusların
təşkili, eyni zamanda hava yolu vasitəsilə səyahətə üstünlük verən turistlər üçün isə müxtəlif regionlardan
Qəbələ şəhərinə uçuşların say və müddət baxımından səmərəliliyinin bir qədər də artırılması nəzərdə
tutulmuşdur. Seçilmiş hədəf ölkələrindən Qəbələ şəhərinə birbaşa aviareyslərin təşkil edilməsi turistlərin
rahat və tez vaxtda regiona gəlişini asanlaşdıracaq.
Regionlarda
fəaliyyət
göstərən
mehmanxana
komplekslərinin
mövcud
vəziyyətlərinin
qiymətləndirilməsi üçün təhlillərin aparılması da vacibdir. Burada əsas məqsəd mehmanxanalarda daha
səmərəli idarəetməyə nail olmaq, turistlərə yüksək keyfiyyətdə xidmət
göstərmək və qiymətlərin
tənzimlənməsi məsələlərindən ibarətdir. Həmçinin, bir sıra dövlət mülkiyyətində olan mehmanxanaların
özəlləşdiriləcəyi də nəzərdən keçiriləcək. Bundan əlavə, aşağı ulduzlu mehmanxanaların və hostellərin
tikintisinə nail olmaq üçün investorların cəlbi məqsədilə də işlər aparılacaqdır.
Qış turizminin regionlarda inkişafı üçün maarifləndirici tədbirlərin reallaşdırılması, bu məqsədlə
qış turizm müəssisələrinə yaxın yerləşən məktəblərdə şagirdləri dağ-xizək təlim proqramlarına cəlb
edilməsi planlaşdırılmışdır.
Dostları ilə paylaş: