Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə155/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   151   152   153   154   155   156   157   158   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
123
Baku, Azerbaijan


şəffafdır. Bu isə Astarada çimərlik turizminin, sörfinq və dəniz paraşütünün inkişafı üçün imkan 
olduğunu göstərir.
Rayonun dağətəyi ərazisində ilin bütün fəsillərində itib-tükənməyən bulaqlar mövcuddur. Osman 
bulağı, Ərçivan kəndinəki "Yanar bulaq", "Savalan" ticarət mərkəzinin ətrafındakı bulaqlardan sızılan 
suların tayı-bərabəri yoxdur. Sım, Ağ körpü və Alaşa kəndlərindəki bulaqların suyu isə müalicə 
əhəmiyyətlidir. 
Astaraya gələn turistlər Astara Tarix diyarşunaslıq muzeyi, Qəhramanlar bağı, Tacir evi (1914-cü 
il), Məscid (XIX əsr), Ərçivan kəndində Gəzəndaş türbəsi (orta əsr), Yanar bulaq, Ləm (1906-cı il), 
Kərbəlayı Həmid Abdulla hamamı (1806-cı il) ilə tanış ola bilərlər. 
Nəticə 
Nəticə etibarı ilə, cənub bölgəsi daha çox yay turizminin inkişaf etdiyi region olsa da burada qış 
turizmini də inkişaf etdirmək mümkündür. Dağlıq ərazilərində qarın may ayına qədər əriməməsini 
nəzərə alsaq, burada xizəkçiliyin inkişaf etdirilməsinə, kanatların çəkilməsinə, dağ və dağətəyi 
ərazilərdə lazımi infrastrukturun yaradılmasına, qış əyləncələrinin və turların təşkilinə imkan vardır. 
Bütün bunlar isə işə kompleks yanaşma tələb edir. İlk növbədə isə dağlıq ərazilərdə yol 
infrastrukturunun təkmilləşdirilməsinə, təhlükəsizliyin təminatına ehtiyac vardır.
 
Müvafiq olaraq istirahət əyləncə mərkəzlərinin, turizm obyektlərinin yaradılması, dağ turizminin 
inkişaf etdirilməsi (Lerik, Astara), sanatoriya-kurort şəbəkəsinin genişləndirilməsi (Lənkəran, Astara) 
bölgədə turizminin inkişafına və buraya həm yerli, həm də xarici turist axınına müsbət təsir 
göstərəckədir. Əsrarəngiz təbii landşaft, əlverişli iqlim, zəngin meşə fondu, yaşıl ərazilər, bolsulu 
çaylar, bumbuz bulaqlar kənd turizmi üçün olduqca əlverişlidir. Müalicəvi əhəmiyyətli isti və soyuq 
mineral sular, termal bulaqlar burada müalicə-sağlamlıq turizminin inkişafı baxımından da 
əhəmiyyətlidir. Həmçinin bölgədəki qədim tarixi və memarlıq abidələri, yerli əhalinin adət-ənənəsi 
dərketmə turizmi cəhətdən maraqlıdır. Bölgənin Xəzər dənizi sahilində yerləşməsi regionun turizm 
potensialını daha da artırır. Burada çimərlik turizmi ilə yanaşı kruiz gəzintisini təşkil etmək, dayvinq, 
sörfinq, su idman növlərinin və balıq ovu turizminin inkişafını təmin etmək baxımından 
əhəmiyyətlidir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin