Son zamanlar dövlətin turizm sənayesinin inkişaf etdirilməsi ilə bağlı olaraq onun ayrı-ayrı
növlərinin də inkişafına dair bir sıra addımlar atılmışdır. Bu baxımdan sağlamlıq turizmi də diqqətdən
kənar qalmamışdır. Bu özünü qəbul edilmiş Dövlət Proqramlarında, Prezident fərmanları və
sərəncamlarında göstərməkdədir. Sağlamlıq turizminin inkişaf etdirilməsi üçün aparılmış islahatlara
baxmayaraq, bu sahədə hələ də bir sıra problemlər qalmaqdadır.
Sağlamlıq turizminin mühüm problemləri kimi ümumi menecment problemləri, infrastruktur
problemi, kadr çatışmazlığı, xidmətin aşağı səviyyədə olması və digər problemləri göstərmək olar. Son
zamanlar ölkəmizin əsas iri sağlamlıq müəssisələrində infrastrukturun yenilənməsi və xidmət
səviyyəsinin yüksəldilməsi baxımından bir sıra uğurlu nəticələr əldə edilmişdir. Lakin, turist cəlb
edilməsi işində marketinq işinin düzgün təşkil edilə bilməsi hələ də problem olaraq qalmaqdadır [5].
Sağlamlıq turizminin təbliğat kampaniyasına başlamaq üçün ilkin olaraq reklam planlamasının
aparılması mühümdür. Sağlamlıq turizminin təbliğat kampaniyasının əsas məqsədi sağlamlıq
müəssisələrində çalışan tibbi personalın təcrübəsi və elmi nailiyyətlərinin, sanatoriya, kurort və digər
sağlamlıq müəssisələrinin texnoloji infrastrukturu və üstün xidmət səviyyələri kimi keyfiyyət
göstəricilərinin hədəf kütlələrə müxtəlif əlaqə vasitələri və metodları ilə çatdırılması, bunun nəticəsində də
ümumilikdə ölkə turizminin tanıdılmasına nail olmaqdan ibarətdir. Həyata keçiriləcək təbliğat
kampaniyaları sağlamlıq xidməti almaq üçün axtarışda olan xəstələrə təklif edilən yüksək keyfiyyətli
sağlamlıq xidmətləri haqqında məlumat vermək, onları istiqamətləndirmək, müsbət imic formalaşdırmaq
və tələb edilən sağlamlıq xidmətlərinin nağd alınmasını asanlaşdıracaq hər cür fəaliyyətləri özündə
birləşdirir [2, s.41]. Sağlamlıq turizmində xəstələrin seçimlərinin formalaşmasında tək təsir vasitəsinin
təbliğat kampaniyalarının olmasını demək bir qədər iddialı səslənər. Lakin bu da bir faktdır ki, sağlamlıq
xidmətlərinin tanıdılması istiqamətində həyata keçirilən təbliğat kampaniyaları xəstələrin qərar alma
müddətində istiqamətləndirici rol oynamaqdadır. Uğurlu şəkildə həyata keçirilən təbliğat kampaniyası
ölkənin həm sağlamlıq turizminə, həm də ümumilikdə turizm sənayesinin inkişafına mühüm təkan verə
bilər. Sağlamlıq turizminin tanıdılması istiqamətində həyata keçiriləcək tədbirlərin ölkələrin turizmində və
onların iqtisadiyyatında müsbət təsirini aşağıdakı 4 amillə izah etmək mümkündür.
Sağlamlıq turizminin turizmin mühüm sahəsi kimi ölkəyə turistlərin axın etməsində və gəlirlərin
artmasında əsas vasitə olduğunu bilərək, bu sahədə təbliğat işlərinin aparılması ilə, ümumilikdə,
turizm sənayesində daha uğurlu nəticə əldə edilə biləcəyini söyləmək mümkündür.
Ölkədə mövcud sağlamlıq müəssisələrinin, bu sahədə olan peşəkar mütəxəssislərin və müxtəlif
xüsusiyyələrə malik müalicə növlərinin uğurlu bir şəkildə tanıdılması nəticəsində ölkənin müsbət
imicinin formalaşmasına nail olmaq olar.
Koordinasiya edilmiş, sabit, müntəzəm və təkrarlanan təbliğat kampaniyalarının köməyi ilə uzun
müddətdli dövr ərzində tibbi turistlərin ölkəyə fasiləsiz axın etməsinə nail olmaq mümkündür.
Təbliğat işləri sayəsində beynəlxalq səviyyədə müxtəlif səbəblərlə ölkə əleyhinə aparılan qaralama
kampaniyalarının və ölkə nüfuzunun aşağı düşməsinə səbəb ola biləcək məlumatların nəticələrinin
mənfi təsirini azaltmaq mümkündür [4, s.69].
Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün zəruri olan təbii resursların, sağlamlıq müəssisələrinin,
kurort və sanatoriyaların mövcud olması ilə iş bitmir. Həmin sağlamlıq müəssisələrinə turistlərin cəlb
edilməsi məqsədilə təbliğat işlərinin və piar kampaniyalarının həyata keçirilməsi də zəruri hesab olunur.
Bunu dərk edən Azərbaycan dövləti müxtəlif illərdə, müxtəlif üsullarla Azərbaycan turizminin dünyada
tanıdılması istiqamətində bir sıra işlər həyata keçirmişdir. Dünyanın bir sıra ölkələrində təbliğat işlərinin
həyata keçirilməsi üçün Azərbaycan nümayəndəliklərinin yaradılması və eyni zamanda, ayrı-ayrı xarici
ölkələrdə keçirilən müxtəlif sərgi, festival və konfranslarda ölkəmizin müxtəlif turizm növlərinin
tanıdılması istiqamətində bir sıra işlər görmüşdür. Bu işlərə paralel olaraq Sağlamlıq və Termal Turizmə
Dəstək Assosiasiyası ötən illər ərzində ölkəmizin sağlamlıq turizminin beynəlxalq miqyasda tanıdılması
istiqamətində uğurlu layihələrə imza atmışdır. Assosiasiya fəaliyyət planına uyğun şəkildə sağlamlıq
turizminin əsas daşıyıcıları hesab olunan sağlamlıq müəssisələrinin müxtəlif göstəricilərinə əsasən müvafiq
klassifikasiyasını, asudə vaxtların təşkili və əyləncə proqramlarını, müalicə xidmətlərinin çeşidliyini, yaxın
çevrədə olan cəlbedici ekskursiya obyektlərini, xidmət göstərən personal, həmçinin rəhbərlik haqqında
məlumatları əks etdirmiş kataloqların yaradılması və yayılması istiqamətində işlər aparmışdır. Gələcəkdə
Azərbaycan ərazisində yerləşən bütün sağlamlıq müəssisələri, kurortlar, sanatoriyalar, SPA mərkəzləri və
başqa sağlamlıq turizm obyektlərinin, eyni zamanda şəfalı su mənbələri, mineral sular, iqlim, balneoloji,
Dostları ilə paylaş: