ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Qusar
“Şahdağ” Qış-Yay turizm kompleksi sayəsində ilin bütün fəsilləri boyunca fəaliyyət göstərir.
“Şahdağ” Qış-Yay turizm kompleksinin 1-ci məqsədi ölkədə turizmin və qış idmanlarının
inkişafından, yerli və xarici turistlərə mükəmməl istirahət şəraitinin yaradılmasından ibarətdir.
Xizəkçilik və digər qış idman növləri burada
əsas fəaliyyətlər olsa da, eyni zamanda yay
mövsümündə də turistlərə xidmət göstərə biləcək qapalı idman zalları,aquapark və hovuzlar, əyləncə
və oyun mərkəzləri və s fəaliyyətlər yer almışdır. Gələcəkdə tenis, futbol, basketbol, voleybol və qolf
meydanlarının tikinti planı da işlənib hazırlanmışdır.
Ərazinin geoloji xüsusiyyətlərinə nəzər saldığımız zaman “Şahdağ” Qış-Yay
turizm kompleksi
cənubda Mıxtökən dağının (3270m) ətəyində,Dağlıq Alayan kəndi ərazisində yerləşir. Ərazinin relyefi
dik və yumşaq meyllərdən, bir neçə torpaq sürüşməsi olan səhələrdən ibarətdir.
Bu turizm mərkəzi həm iqtisadi, həm sosial, həm də siyasi cəhətdən ölkəyə bir çox faydalar verir.
Ölkədə turizmin və qış idman növlərinin inkişafı,xarici turistlərin mükəmməl istirahətini təmin edən
şəraitin yaradılması ilə ölkənin dünya səviyyəsində daha yaxşı tanınması və digər böyük üstünlüklər
təmin edir.
Təməli xizəkçilik və digər qış idman növləri üzərində yaradılan “Şahdağ” Qış-Yay turizm
kompleksi yay aylarında və qar olmayan digər mövsümlərdə də istirahət imkanlarını təmin edən bir
sıra müəssisələr fəaliyyət göstərir.
“Şahdağ” Qış-Yay turizm kompleksində ən böyük önəm qış
idman növlərinə, xüsusi olaraq
xizəkçilik idmanının inkişaf etdirilməsinə verilir. Qış idman növlərinin inkişafı üçün ən önəmli
faktorlardan biri xizəkçiləri pistin başlanğıcına qaldıran mexaniki qurğulardır.
“Şahdağ” Qış-Yay turizm kompleksində əsas yeri qış idman növlərindən sayılan xizəkçilik tutsa
da
burada tenis,futbol,basketbol,voleybol və qolf sahələrinin,atcılıq mərkəzinin tikimləsi də
planlaşdırılır. Bu da öz növbəsində kompleksin təkcə qış aylarında deyil, həmçinin yay zamanı da
turistlərə xidmət göstərməsinə və Azərbaycanda turizm fəaliyyətlərinin il boyu aktiv olmasına
şərait
yaradacaqdır.
Dostları ilə paylaş: