Key words: Winter tourism, Azerbaijan, tourism, potential, tourist. Azərbaycan iki qış idman kompleksi yamaclarının uzunluğuna və qalxma kabinələrinin sayına
görə il ərzində qış turizmi üzrə açıq hava idman növlərindən, o cümlədən xizəkçilikdən istifadəyə
imkan verən günlərin sayı baxımından regionda mövcud digər alternativlərlə müqayisədə daha rəqabət
qabiliyyətlidir .
Belə ki, “Şahdağ” Turizm Mərkəzi QSC (Qusar) 17 kilometrlik yamac və 9 ədəd qalxma kabinəsi
təklifi ilə il ərzində təxminən 120 gün, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi (Qəbələ) isə
15 kilometrlik yamac, 5 ədəd qalxma kabinəsi təklifi ilə il ərzində təxminən 110 gün fəaliyyət göstərir.
Eləcə də turizm obyektlərinə çıxışın asanlığının qış turizminin inkişafına təkan verən əsas amillərdən
biri olduğunu nəzərə aldıqda, ən yaxın hava limanından cəmi 25 km məsafədə yerləşən Qəbələ
şəhərinin, qış çarter reysləri və uyğun qiymətə uçuşlardan istifadə edilməklə, region ölkələrindən olan
və həftə sonu istirahət etmək istəyən turistlərin cəlb edilməsi üçün yaxşı seçim olduğu məlum olur[1].
Turizm yaratdığı maddi imkanlar, təbiətə və məşğulluğa təsirinə görə hər gün ölkəmizdə və
dünyada inkişaf edən bir sektordur. Turizm sahəsi inkişaf etdikcə insanlar alternativ turizm
axtarışlarına doğru meyl edirlər. Bu səbəbdən alternativ turizm investorların və sahibkarların diqqətini
çəkir. Alternativ turizmin bir növü olan qış turizmi inkişaf edən alternativ turizm növləri arasında
fərqli bir yerə sahibdir. Bunun əsl səbəbi isə insanların hər mövsüm axtarış etmələri və qış aylarında
həyata keçirə biləcəkləri fəaliyyət növlərinin məhdud olmasıdır.
Turizm məhsulu çeşidlərinin artması ilə yeni axtarışlara başlayan investorlar üçün ən gözəl turizm
növü qış turizmidir. Dəniz, qum, günəş üçlüyü və qış turizmi otelləri mövsümülük problemindən xilas
edərək, mehmanxanaların bütün mövsümlərdə açıq qalmasına, yeni yaranan obyektlər isə məşğulluğun