Tourism and recreation in the XXI century: problems and prospects


Cədvəl. Xarici və yerli turistlərin illər üzrə bölgüsü



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə171/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   167   168   169   170   171   172   173   174   ...   356
Kitab Turizm

Cədvəl. Xarici və yerli turistlərin illər üzrə bölgüsü 
Qış mövsümü
Ümumi say
Xarici 
turistlərin 
faiz nisbəti
Xizəkçiləri
n faiz 
nisbəti
Top 5 ölkə
Yay 
mövsümü
Ümumi 
say
Xarici 
turistlərin 
faiz nisbəti
Top 5 ölkə
2012-2013 
50 000-dən çox
 
 
 
 
 
 
 
 
 
2013-2014 
85 000-dən çox 
10%
 
 
 
 
 
 
 
 
2014-2015 
100 000-dən çox 
20%
37%
Böyük Britaniya
27%
2015
30 000-
dən çox
15%-dən
çox xarici
Türkiyə
18%
ABŞ
12%
Böyük 
Britaniya
18%
Rusiya
12%
Rusiya
13%
Türkiyə
11%
ABŞ
6%
İspaniya
4%
Almaniya
6%
2015-2016 
75 000-dən çox 
25%
40%
Rusiya
23%
2016
30 000-
dən çox 
50%-dən çox 
(onların 80%-
ini isə ərəb 
ölkələridən 
gələnlər)
BƏƏ
29%
Böyük Britaniya
17%
Səudiyyə 
Ərəbistan 
15%
Türkiyə
10%
Pakistan 
5%
ABŞ
5%
İraq
3%
BƏƏ
4%
Rusiya
3%
2016-2017 
95 000-dən çox
40%
40%
Rusiya
30%
2017
40 000-
dən çox 
68%-dən çox 
(onların 83%-
dən çoxunu 
isə ərəb 
ölkələrindən 
gələnlər)
Səudiyyə 
Ərəbistan 
35%
BƏƏ
26%
BƏƏ
30%
Böyük Britaniya
6%
Oman
6%
Türkiyə
4%
Küveyt
4%
ABŞ
2%
İraq
3%
2017-2018 
120 000-dən çox 
50%
30%
BƏƏ
28%
2018
 
 
 
 
Rusiya 
25%
 
 
Səudiyyə 
Ərəbistan
6%
 
 
Böyük Britaniya
4%
 
 
Qatar
3%
 
 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
136
Baku, Azerbaijan


Cədvəldəki statistik göstəricilərə nəzər saldıqda qış mövsümündə 2012-ci ildən 2018-ci ilə kimi 
xarici turistlərin faiz nisbətinin artığının şahidi ola bilərik. Xizəkçilərin faiz nisbəti isə 2015-2017-ci 
illər arası 40% təşkil etmişdir. 2014-2015 – ci illərdə mərkəzə gələn turistlərin əksəriyyəti Böyük 
Britaniyanın, 2015-2017-cı illərdə Rusiyanın, 2017-2018-ci illərdə isə BƏƏ-nin payına düsür. 
Yay mövsümünə diqqət yetirsək , turistlərin ümumi sayının 2015,2016-cı illərdə 30mindən artıq , 
2017-ci ildə isə 40 mini keçdiyini aydın şəkildə görə bilərik. 2015-ci ildə kompleksə gələn xarici 
turistlərin 18%-i Türkiyədən , 2016-ci ildə 29%-i BƏƏ-dən ,2017-ci ildə isə 35%-i Səudiyyə 
Ərəbistanının payına düşür. 
“Şahdağ” Qış-Yay turizm kompleksinin faydalarından əlavə bir sıra yan təsirləri də mövcuddur. 
Bunlara misal olaraq aşağıdakıları demək olar: 
- Kompleksin elektrik ehtiyacını təmin etmək məqsədilə bölgədə qurulan köməkçi elektrik 
stansiyasının havanın çirklənməsinə səbəb ola biləcək tullantıları; 
- Kompleksin fəaliyəti zamanı havanın çirklənməsinə səbəb ola biləcək tullantılar; 
- Kompleksin və turistlər tərəfindən atılan, bölgənin ekologiyasına zərə verə biləcək plastik 
tullantılar; 
- Kompleksin,bölgə sularının ekologiyasına zərər vura biləcək çirkli və bulanıq sular; 
- Kompleksin tikintisi və fəaliyyəti zamanı bu bölgədə əvvəldən alışılmış olan səssizliyin 
pozulması ; kimi yan təsirlər olacaqdır[6,s.160-172].
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi 
Dağlıq bölgədə istirahətə yararlı şəraitə sahib olan bu turizm obyekti Qəbələ şəhərindən təxminən 
4 km aralıda yerləşir[5].
“Tufandağ” Qış-Yay Turizm İstirahət Mərkəzinin başlıca məqsədi Azərbaycanda il boyu dağ 
turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini həyata keçirtməkdir. 
Sözü gedən istirahət mərkəzi turistlərə ilboyu kanat gəzintisi, qış fəslində fərqli çətinlik səviyyəsi olan 
yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, kafe, restoran, uşaq istirahət 
mərkəzi, otel və digər xidmətləri təklif edir; 
“Tufandağ” Qış-Yay Turizm İstirahət Mərkəzi burada olan xidmətlərdən istifadə etmək istəyən 
yerli və xarici turistləri qəbul etməyə hazırdır. Bu xidmətlərdən fərdi və qrup şəklində mövcud olan 
bütün vasitələrlə (birbaşa, telefon, internet və digər) müraciət edərək istifadə etmək mümkündür. 
Xizək yolu sistemi olan Trassa – treyl (yol – cığır) hər bir qonağın onun üçün mümkün olan enmə 
zolağını, mailliyini və çətinlik dərəcəsini (yüksək, orta və ya aşağı çətinlik dərəcəsi) seçmək üçün 
nəzərdə tutulmuşdur. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun 
yaradılmasında bu texnikadan istifadə edilməsi həm səmərəli üsul olmaqla yanaşı həm də xizək 
sürənlər üçün müsbət təcrübənin formalaşmasında onlara yardımçı olur.
1000 metr şaquli eniş, 4 kanat xətti,15 km mükəmməl hazırlanmış xizək yamacları və Qafqaz 
dağlarının gözəl görünüşü sizi gözləyir.[8] 
Hər bacarığın öz çağırışı var: xizək ayaqqablarını ilk dəfə geyinənlər üçün yaşıl və mavi 
yamaclardan ən çətin qara yamaclaradək bütün çətinlik dərəcələrinə uyğun yollarda özünüzü sınaya 
bilərsiniz.
Qar maşınları yamacların çoxunu əhatə edir və bütün mövsümü xizək yollarını qarla örtərək sizə 
özünüzü yoxlamaq, xizəkdən ləzzət almaq və əylənmək üçün şərait yaradır. 
Dağ-xizək idmanı bazasında enmə marşrutlarının seçimində Trassa sisteminin tətbiqi sayəsində 
qəza hallarının sayını minimuma endirilməsi və xizək sürənlərin bacarıqlarının kompleks 
qiymətləndirilməsi mümkündür. 
Dağ-xizək qaldırıcılar küləyin sürəti və istiqaməti, yamacdan enmə imkanları, xizək sürənlərin 
başqa trassalardan aralı hərəkət etmə imkanları nəzərdən keçirərək, qonaqların seçilən bölgənin 
əlçatan hissələrinə münasib yollarla çatdırılması üçün nəzərdə tutulmuşdur. Həmçinin, yamaclarda 
şaquli hündürlük fərqləri və dağ-xizək qaldırıcılarının uzunluğu dağ-xizək zonasının rəqabət 
qabiliyyətinin əsas göstəricilərindən hesab olunur.
Xizək yolu sistemi bütün qonaqların ümumi uzunluğu 17 km-dən artıq olan enmə zolağında onun 
üçün münasib hesab edilən enmə mailliyini və çətinlik dərəcəsini seçmək üçün nəzərdə tutulmuşdur. 
Süni qar sistemi qeyd olunan ərazidə natural qar örtüyünün olmaması və qış aylarında orta 
temperaturun donma nöqtəsinə çatması səbəbindən və havanın nisbi rütubəti 80%-ya çatması halında 
bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qar yaratma sistemi ilə təchiz olumuşdur. Havanın 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin