AZƏRBAYCANDA KONQRES TURİZMİNİN
İNKİŞAF İSTİQAMƏTLƏRİ
magistrant Aysel QULİYEVA
b/m Şəmsiyyə TAHİRBƏYOVA
Azərbaycan Turizm və Menecment Universiteti
Abstract
: The main aim of the research is to analyze strategy and prospects for development of
congress tourism in Azerbaijan. Application of international experience of congress tourism to
Azerbaijan shows that the country has rich tourism resources, placement objects, congress halls and
modern transport infrastructure, allowing to develop many types of tourism. These factors and also
the economic effect from the congress type events are considered the success of the congress tourism
in Azerbaijan.
Key
words
: congress, development, tourism, strategy, income, international experience.
Konqres turizminin yüksək iqtisadi təsirlərini nəzərə alaraq, bu sənayenin idarə olunmasının
şansa həvalə edilməyəcək şəkildə çox vacib və effektiv olduğu görülməkdədir. Turizmin bu növünün
sağlam inkişafı və keyfiyyətinin yüksəldilməsi üçün etibarlı və müqayisə edilən informasiya
sisteminin yaradılması zəruridir. Həm də turizm sənayesi ilə əlaqədar qlobal səviyyədə birgə
tədqiqatların aparılması, digər sahələrlə əlaqələrin qurulması, 21-ci əsrin inkişafına səbəb olan
universal məlumatın müxtəlifliyini müəyyən etmək, turizm marketinqi və ölkənin iqtisadi təsirləri ilə
bağlı tədqiqatlar aparmaq və yaxşı hazırlanmış strategiyaların yaradılması sənayenin gələcəyi və
inkişafı üçün böyük əhəmiyyət kəsb edir edir.
Konqres turizmin təsirləri turizm sektoru ilə məhdudlaşmayaraq bütövlükdə ölkə iqtisadiyyatına
hərəkət gətirməkdədir. Regionlarda təşkil olunan kiçik miqyaslı görüşlər və konqres tədbirlərin
turizmdən əlavə bütün regionun iqtisadi inkişafına müsbət təsir göstərdiyi məlumdur. İqtisadçıların
hesablamalarına görə turizm sənayesinin illik gəliri 80.7 milyard dollar, vergi payı isə 12 milyard
dolların üzərindədir [5, s. 46].
Məşhur alman iqtisadçı Oppermann və Conun açıqlamasına əsasən, ABŞ-da konqres turizminin
iqtisadiyyata təsirinin 225 milyard dollara çatdığı artıq öz təsdiqini tapmışdır. Digər iqtisadçılar Lii,
Filip və Gedi isə, 2001-ci il hesabatları əsasında konqres turizm sənayesinin xərclərinin 93.6 milyard
dollara çatdığını ifadə etmişlər [6, s. 71].
Konqres və görüşlər iqtisadiyyata müxtəlif şəkillərdə gəlir qazandırmaqdadır. Ümumiləşdirmə
aparıldıqda, bu fayda hesabatlarda dolayı və birbaşa faydalar, əsas və ikinci dərəcəli gəlirlər olaraq
qeydə alınır. Sözü gedən gəlirlər 3 əsas qaynaqdan əldə edilməkdədir. Bunlar: tikinti və digər
obyektlərin investisiyaları; obyektlərin istismarı; konqres əməliyyatları; iştirakçılar və qonaqların
xərcləridir [7s. 43].
Konqres iştirakçıları və ziyarətçilərin xərcləri ümumi olaraq istirahət məqsədilə səyahət edənlərə
nəzərən daha yüksəkdir. Konqres turizm planlaşdırılması üçün aparılan bir araşdırmaya görə, bir
iştirakçının ortalama xərci 2352 dollar, nəqliyyat üçün 843, yerləşdirmə üçün 691 dollar, istirahət üçün
417 dollar, əyləncə, yemək və içki üçün isə 401 dollar xərclədiyi hesablanmışdır [8].
Fenich, konqres, sərgi, və görüşlər sənayesinin iqtisadiyyat üzərində birbaşa təsir gücünə malik
olduğunu bildirmişdir. Konqres görüşlərində iştirakçılar, ziyarətçilər, təşkilatçılar, sponsorlar və digər
ziyarətçilər, mətbuat nümayəndələri xaricindəki digər iştirakçıların da əhəmiyyətli xərclər edərək yerli
iqtisadiyyata fayda qazandırdığı görülməkdədir. Başqa sözlə, konqres turizm xərcləri konqres
iştirakçıları və təşkilatçıların xərcləri ilə məhdudlaşmır, bura bütün bölgənin gəlirlərinə təsir
göstərəcək elementlər daxil edilir. Bu səbəbdən bir çox turizm məkan idarəçiləri konqres və sərgi
istiqamətli turizm fəaliyyətləri üçün sərmayelərini artırmaqdadır [7, s. 65].
Konqres turizminə dair beynəlxalq təcrübənin Azərbaycana tətbiqini iş prinsiplərinə görə özünü
təsdiq etmiş Azərbaycan Konqreslər Bürosu (AKB) əsasında araşdıraq. Beləki, bir müddət bundan
öncə Azərbaycan Konqreslər Bürosu İstanbulun Konqreslər bürosu modelində fəaliyyət göstərirdi.
Modelə əsasən büro daimi üzvlərlə işləyir. Daimi üzvlər otellər, turizm agentlikləri (DMC), avia
şirkətlər, görüş məkanları hesab olunur. Azərbaycan Konqreslər bürosu əməkdaşlıqlarını ödənişli
Dostları ilə paylaş: