etmə, fiziki məşğələlərin həyata keçirilməsi üçün ətraf mühitə uyğun qapalı və açıq məkanların
yaradılması, kənd evlərinin tikilməsi və ya təmir etdirilməsi, rekreasiya fəaliyyətləri və yürüş yolları
təşkil edilməsi, kənd turizminin mirası olaraq anbar və dəyirmanların işlək vəziyyətinə gətirilməsi,
kəndlərdə hansı aylarda hansı fəaliyyət növü ilə məşğul olduğuna dair məlumat əldə etmək üçün
informasiya portalının formalaşdırılması fikrimcə, inkişaf üçün görülməsi vacib olan başlıca vasitədir.
Azərbaycanda modelin formalaşdırılması və tətbiqi kənd yerlərində əhalinin sayının azalmasının, kənd
təsərrüfatına ciddi zərərin yetirilməsinin, münbit torpaqlardan istifadə edilməməsinin, mədəni
dəyərlərin itirilməsinin qarşısının alınmasında müsbət nəticələrin əldə olunmasına kömək ola bilər.
Azərbaycanda da kənd turizminin inkişafına İspaniyadakı kimi dövlət səviyyəsində xüsusi diqqət
yetirilməsi və Dövlət Turizm Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müəyyən proqramların
qəbul edilməsi diqqətdə olmalıdır.
Kataloniya modeli.
The Catalon Tourist Board (CTB) Kataloniya hökuməti tərəfindən 2007-ci
ildə yaradılıb və dövlətin turizmin təbliği siyasətinin realizə edilməsinə görə məsuliyyət daşıyır. CTB
rəsmi orqandır, dövlətlə sıx əməkdaşlıq edir və “Catalunya” brendini dünyada təbliğ edir. CTB-nın
məqsədi Kataloniyanın turizm sənayesinin keyfiyyətinə, sosial və iqtisadi gəlirliliyinə əsaslanan
aparıcı turizm obyekti kimi onun təbliğ olunmasıdır [10]. Kataloniyada davamlı turizmin inkişafına
xüsusi yanaşma var. Məlumdur ki,davamlı turizm mədəniyyətin qorunmasına təsir edir və yerli
əhalinin turizm iqtisadiyyatına faydalarını maksimum dərəcədə artırmağa və ondan istifadəyə
yönəlmiş tədbirləri ehtiva edir. Bu baxımdan, Kataloniya mədəni, idman, kənd, qastronomik,
ekoturizmdə müxtəlif fəaliyyət növləri və məhsullar təklif etməyə çalışır.
Kataloniyanın paytaxtında 2015-2016-cı illərdə Barselona dizayn mərkəzi tərəfindən şəhəri
insanların təsəvvüründə canlandırmaq üçün bəzi sözlərdən istifadə olunurdu: kreativ, canlı, dinamik,
mədəni, innovativ, tarixi və s. Bu sözlər şəhəri simvolizə edir və insanların fikrində onu görmək
istəyini artırırdı. Təbii ki, bunda marketinq-reklam kompaniyalarının əvəzsiz rolu var idi.
Kataloniya və Barselonada tətbiq edilən turizmin inkişafı modelindən şimal turizm marşrutuna
daxil olan rayonlarda-Xaçmazda qastronomik (dolma festivalı), Qusarda qış və kənd turizmi, Qubada
müxtəlif turizm növləri üzrə yararlanmaq mümkündür. Xüsusilə, Qubada turizm imkanlarının genişliyi
onu tolerantlıq nümunəsi, füsunkar təbiət, fərqli turizm obyektlərinə malik məkan, alma festivalı,
Xınalıq, səmimiyyət, fərqli atmosfer, qara turizm və s. kimi rəmzlərlə təbliğ etməyə imkan verir.
Bildiyimiz kimi, Quba şimal turizm marşrutunda Azərbaycana gələn turistlərin üz tutduqları əsas
şəhərlərdəndir. Bura səfər əsasən, tətil, rekresiya və istirahət məqsədilə həyata keçirilir.
Qubanın Azərbaycan turizm bazarında cari vəziyyətinin öyrənilməsi və onun turizm potensialının
dəyərləndirilməsi üçün “Product development”, “SWOT”, “PEST” bazar təhlillərini aparaq:
Dostları ilə paylaş: