Tourism and recreation in the XXI century: problems and prospects


“The Wall Street Journal” yazır ki, 2012-ci ildə



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə178/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   174   175   176   177   178   179   180   181   ...   356
Kitab Turizm

 “The Wall Street Journal” yazır ki, 2012-ci ildə 
Azərbaycan Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etməklə müstəqillik illərində qazanmış ol-
duğu tərəqqini beynəlxalq aləmə nümayiş etdirmək şansını əldə etdi. Həmin il ölkəmizə hadisə turiz-
mi motivi ilə dünyanın müxtəlif ölkələrindən turistlər təşrif buyurdu [54]. 
2017-ci ildə isə ölkəmizi 
ziyarət edən turistlərin sayı 2012-ci illə müqayisədə azalmış, 13455,0 min nəfərə bərabər olmuşdur. 
Şək. № 1 Azərbaycanın qəbul etdiyi turistlərin sayı (min. nəfərlə) 
Mənbə: “Azərbaycanda turizm” / Statistik məcmuə / Bakı, 2018, s. 14 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
142
Baku, Azerbaijan


Gürcüstan və Rusiyadan gələnlər turistlərin ümumi sayının 50%-dən çoxunu təşkil etmişdir. 
Pakistan və Hindistan bazarlarında son illər əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Yaxın Şərq, 
Türkiyə və İrandan gələn turistlərin sayında isə nisbətən azalma qeydə alınmışdır. Ölkəmizə gələn 
turistlərin məqsədləri müxtəlif istiqamətli olmuşdur. Statistik nəticələr onu deməyə əsas verir ki, 
istirahət, əyləncə və işgüzar məqsədlərlə səfərlər Azərbaycan turizm bazarında üstün mövqeyə 
malikdir. 2017-ci ildə bu məqsədlərlə müvafiq olaraq 839.3 və 834.4 min nəfər ölkəmizə təşrif 
buyurmuşdur.
Turizm resurslarının fərqliliyi ilin bütün fəsillərində Azərbaycanı müxtəlif turist motivləri ilə 
ziyarət etməyə imkan verir. Onların əsasında Azərbaycan turizm bazarında müxtəlif təkliflərin 
verilməsi, onlara tələbin yüksək olması üçün diqqət göstərilir. Bu istiqamətdə Azərbaycan turizm 
bazarında xarici təcrübənin tətbiqi imkanlarının müəyyənləşdirilməsi günümüzdə aktual məsələlərdən 
sayılır. Bu baxımdan qeyd etmək olar ki, dünya turizmində aparıcı mövqedə qərarlaşan və ölkəmizlə 
bir sıra bənzərliklərə malik olan İspaniyanın turizm bazarında qazandığı təcrübənin Azərbaycanda 
tətbiqi effektli inkişafa yol aça bilər. 
Tarixi abidələrin müxtəlifliyi, zəngin folklor, xristian və islam aləminin sıx əlaqəsi, qədim 
şəhərlərin memarlıq üslubu, geniş və təkrarolunmaz qızıl qumlu çimərliklər, əlverişli iqlim 
komforluğu, rəngarəng təbiət İspaniyanın dünyada turizmin əsas mərkəzlərindən birinə çevrilməsinə 
zəmin yaratmışdır. Əlverişli coğrafi-mövqeyi və turizm resurslarının rəngrəngliyi ilə yanaşı, həm də 
dövlətin turizm sənayesinin inkişafı, bu sənayenin tənzimlənməsi və ölkənin beynəlxalq turizm 
sektorunda təşviqi istiqamətində apardığı işlər nəticəsində İspaniya turizm bazarı və onun məhsulları 
dünyada yüksək tələbin olmasına görə fərqlənir. İspaniya turistlərə təmin etdiyi zəmanət, təhlükəsizlik 
istirahət və turizm sənayesinin göstərdiyi keyfiyyətli xidmətin sayəsində dünya turizm bazarında 
rəqibləri ilə müqayisədə bir sıra üstünlüklər əldə etmişdir. Dünya İqtisadi Forumu tərəfindən 
hazırlanan “Səyahət və Turizm Rəqabətliliyi 2017” jurnalında İspaniya turizmdə rəqabət indeksinə 
görə birinci olmuşdur [7, p. 5-6]. Həmin jurnalda unikal mədəni və təbii resurslar, hava nəqliyyatı 
əlaqələri və aviasiya sisteminin inkişafı, turizmə güclü dövlət dəstəyi və effektiv turizm infrastrukturu 
İspaniyanın dünya turizm bazarında müvəfəqiyyətini təmin edən amillər kimi vurğulanmışdır. 
Bununla yanaşı, Avropanın əsas turizm bazarlarına yaxınlığı, Avropa İttifaqı təhlükəsizliyi və 
stabilliyi, milli və beynəlxalq səviyyədə nəqliyyat infrastrukturunun inkişafı, turizm sənayesinin 
dinamik inkişafı, Avropada həyat keyfiyyətinin yüksək olması da ölkənin turizmdə 
rəqabətədavamlılığına müsbət təsir edən amillər kimi qeyd edilə bilər.
İspaniyanın turizmin bazar infrastrukturunda əldə etdiyi üstünlüklər gələn turistlərin sayında 
aydın şəkildə hiss olunur. Aşağıdakı cədvəldə 2009-cu ildən bəri müxtəlif illərdə İspaniyanı ziyarət 
edən turistlərin sayı və müvafiq olaraq turist sayında olan artım ifadə edilmişdir (Cədvəl № 1). 
Cədvəldən göründüyü kimi 2017-ci ildə 2016-cı illə müqayisədə 8.6% artım olmuşdur. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin