üzvlük prinsipi ilə müəyyən etdiyi zamanlarda turizmin inkişafına istiqamətlənmiş bir çox işlər
görmüşdü. Ödənişli modeldə hazırlanan konqres tədbirlərinin xərcini 60 % dövlət üzərinə götürürdüsə,
bunun 40 %-i üzvlərlərdən alınan gəlir hesabına baş tuturdu.
Üzvlük sisteminin vəziyyəti 2016-cı il milli valyuta devalvasiyası nəticəsində dəyişdi. Konqreslər
Bürosuna üzv olan bir sıra şirkətlər (Victory Tour, ENC Tours, Geo Travel and Philosophy Travel)
büdcənin azalması problemləri ilə üzləşərək Azərbaycan Görüşlər İttifaqını
tərk etmək məcburiyyəti
altında qaldılar. Buna baxmayaraq büroya üzvlük arzusunda olan şirkətlər ödənişli üzvlük prinsipinə
qoşulmağı seçdilər. Məsələn, 2016-cı ilin noyabr ayından “BCD Global Travel Azerbaijan”
Konqreslər Bürosunun üzvləri sırasına qoşuldu [2].
Hazırki dövrə nəzər salsaq, Azərbaycan Konqreslər bürosu 2018-ci ildən ödənişsiz üzvlük
modelində işləyir. Bu konsept Gürcüstan modelinə olduqca yaxındır. Turizmə marağın artırılması və
konqres turizm bazarına dinamiklik gətirən bu model günümüzdə aktualdır. Bildiyimiz kimi, konqres
turizmi olduqca xərc tutumlu bir sahədir və bu tipli görüşlərin təşkilatçılığı da böyük xərclər hesabına
başa gəlir. Dünyanın müxtəlif yerlərindəki insanlar bir qurultayı fərqli təcrübələrlə tamamlayaraq öz
ölkələrinə qayıtdıqda özləri ilə zehinlərində konqres haqqında xüsusi
bir təəssürat və duyğular
daşımaqdadır. Buna görə, konqres təşkilatçıları konqres iştirakçıları səviyyəsində yaxşı təəssürat və
təcrübə
yarada biləcək məqamlara, eləcə də maddi mənfəətlə yanaşı xidmət keyfiyyətinə də diqqət
yetirməlidirlər. Başqa sözlə, konqres proqramında iş nə qədər yaxşı qurularsa, konqresin faydası da bir
o qədər uğurlu olacaqdır.
Beynəlxalq MICE mütəxəssisləri və jurnalistləri üçün mətbuat səfərləri təşkil edərkən və ya
tender
müsabiqəsində iştirak edərkən, bəzən qeyri-peşəkar yanaşmalara rast gəlinir. Buna əsasən,
Azərbaycan Konqreslər Bürosu digər beynəlxalq təcrübələrini bölüşmək üçün potensialının artırılması
proqramı (üzvləri üçün təlimlər), uğurlu biznes təklifi hazırlığı və bir neçə təlim təklif etmək
potensialına malikdir. Hazırda MICE sektoruna cəlb olunan insanlar daha da artmaqdadır ki, onlar da
bir-birləri arasında məlumat mübadiləsi yaratmışlar.
Əvvəlcə infrastruktur baxımından baxdığımızda Azərbaycan biznes turizminin (və
ya başqa
sözlə, görüşlər sənayesi) inkişafında böyük potensiala malikdir. Yeni məkanlar, misal üçün
çoxfunksiyalı Bakı Konqres Mərkəzi (3500 nəfərədək), mehmanxana qurumlarının yığıncaq imkanları
hadisə planlaşdırıcıları üçün əsas seçim amillərindən biridir. Maksimum 3
gün davam edən konqres
görüşləri üçün Azərbaycanın yeganə çox tutumlu obyekti Bakı Konqres Mərkəzidir. Mərkəzdə 17
konfrans zalı yaradılıb [48].
Son dövrlər yaradılmış Bakı Ekspo Mərkəzi, Heydər Əliyev Mərkəzini də bu siyahıya əlavə edə
bilərik. Bütün bunlar bizim destinasiyamızı konqres turizmi istiqamətində daha yaxşı fərqləndirir. Bu
cür görüşləri təşkil etmək və gələn qonaqları yerləşdirmək əsas məsələdir. Bunun üçün ölkədə olan
mehmanxanalardakı yerləşmə tutumunu nəzərə almaq lazımdır. Azərbaycandakı mehmanxanaların
xidmət səviyyəsinin göstərilmiş ulduza uyğun olmaması əsas problemlərdəndir. Odur ki, konqres
tədbirlərinin təşkili zamanı xidmət
səviyyəsini nəzərə almaq, yerləşmə obyektlərində nömrə sayına
uyğun qonaqların gəlişini təmin etmək mütləqdir.
MİCE birləşməsində hər bir sözü (görüş, təşviqat, konfrans və sərgilər) açarsaq, Azərbaycan hər
bir işgüzar seqmentdə tədbirlərə ev sahibliyi etməyə çalışır (bir çox işgüzar konfranslar hər il baş
verir). Beynəlxalq təcrübələrdən yararlanaraq Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti 3
istiqamətə aparılır: Təşviqlər, Korporativ Tədbirlər və Assosiasiya Görüşləri.
Assosiasiya yığıncaqları başqalarından fərqlənir. Beləki, qatılan nümayəndələr heyətlərinin
nümayəndəlik haqlarını (iştirak haqları) özləri ödəyir lakin qonaq ölkənin xərclərini ödəməyə ehtiyacı
yoxdur (hökumət və idman tədbirlərində başqadır). Amma bu görüşlərin təşkilatçılığı
uzun müddət
hazırlıq tələb edir (ən azı 2 il). Bu zaman əsas amil yerli nümayəndəlik (yerli birliyin / təşkilatın)
olmasıdır. Bəzən Bakıda təşkil oluna biləcək konfranslar olur, amma heç bir nümayəndəliyin
olmaması buna mane olur. Bu zaman beynəlxalq birliyin üzvləri olan alimlərin Azərbaycandakı öz
yerli birliyini (əgər olmadıqda) qurulması üçün təşviq etməyə çalışırıq.
Əgər 10 il bundan əvvəl biz Azərbaycanı bir dünya xəritəsində göstərsəydik, yəqin ki əksəriyyət
onu tanımayacaqdı, amma indi Azərbaycanı tanıyanların sayı artmaqdadır.
Onlar daha çox
Azərbaycanı beynəlxalq sərgilərdə görmüş, CNN və Euronews-da televiziya reklamlarını seyr etməklə
Azərbaycan haqda məlumatlanmış, bir neçə dəfə konfrans və tədbirlər üçün Azərbaycana gələn
insanların ağızdan eşitmişlər.
Dostları ilə paylaş: