Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə172/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   168   169   170   171   172   173   174   175   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
137
Baku, Azerbaijan


temperaturu -20 olduğu halda belə süni qar yaradan avadanlığın istifadəsi zamanı mövcud şəraitdə 
ərazidə lazımi miqdarda qar kütləsinin yaradılmasına nail olunur[5].
Xizək sezonu Tufandağda Dekabrın 15-dən Martın 31-nə qədər davam edir. 100 günlük qış 
mövsümündə turistlər xizək sürmə, kanat yollarında gəzinti, qar motosikleti və qarda gəzinti kimi 
əyləncələrdən istifadə bilərlər. Tufandağ kompleksinin xizək yamacları 1000 metr şaquli eniş, 15 
kilometrlik xizək yolları və 4 kanat xətti ilə qonaqlara yaddaqalan anlar bəxş edir. Burda təzə-təzə 
xizək sürməyə başlayanlar, orta dərəcədə xizək sürənlər və professional xizək sürənlər üçün üçün 
müxtəlif rənglərdə xizək yamacları fəaliyyət göstərir. Burda təbii qarla yanaşı, mövsüm boyu işləyən 
qar generasiya avadanlıqları var ki, qarla örtülü xizək yamacları bütün sezon boyu qonaqlara 
yaddaqalan xizək təcrübəsi yaradır. Kurortun daxilində yerləşən xizək mərkəzi xizək avadanlıqlarını 
kirayə etmək olar. Burada həmçinin professional instruktorlardan xizək dərsləri almaq mümkündür[9].
Tufandağ qış-yay turizm mərkəzi qış fəslində xizək sevərlərin ən sevdiyi məkan olmaqla bərabər, 
yay fəslində dağlarda gəzinti, təbiəti seyr etmək üçün kanatla gəzinti və aktiv istirahət etmək istəyənlər 
üçün ən münasib məkandır. Kanat xəttləri ilə gəzinti 5km-dən çox məsafədə və 4 stansiya var. Bunlar, 
hündürlüyü 956m-1660m olan L2 Riverside stansiyası, hündürlüyü 1251-1660m olan L4 Qəbələ kanat 
yolu, hündürlüyü 1251-1410m olan L5 Duruca kanat yolu və hündürlüyü 1410-1920 metr olan L6 
Yatmış Gözəl kanat yolundur[9].
Qış turizmi yalnız insanların asudə vaxtının səmərəli və faydalı keçirilməsini deyil, eyni zamanda 
inkişaf etdiyi bölgənin iqtisadiyyatının da inkişafını təmin edir. Bu baxımdan qış turizminin ölkə 
iqtisadiyyatına verdiyi aşağıdakı faydaları qeyd etmək mümkündür: 

İqtisadi cəhətdən inkişaf etməyən və inkişaf etmək imkanı olmayan bölgələrin və regionların 
inkişafına yardım edir; 

Xalqın həyat səviyyəsinin artmasına kömək edir

Turizmin müxtəlifliyinə təsiri böyükdür və turizm sektorunu mövsümlükdən xilas edir; 

Mövsümilik problemi olan müəssisələrin azad edilməsinə yol açır; 

Çevrəsində olan yerli müəssisələrə maliyyə dəstəyi təmin edir

İnkişaf etdiyi bölgəyə insanların miqrasiya etməsinə səbəb olur 
Faydaları ilə yanaşı ümumi təsirlərini də qeyd etmək olar: 

Əsasən dağlıq bölgələrdə həyata keçirildiyinə görə turistlərin təmiz hava qəbul etməsi və 
ərazinin digər yerlərinə ziyarətlərin artmasına səbəb olur; 

Bölgə sakinlərinin sosiallaşmasına gətirib çıxarır; 

Bölgədə iqtisadi inkişafın olmasını təmin edir;

Xizəkçiliklə yanaşı digər idman növləri üçün də hər mövsüm düşərgə və kampların 
yaranmasını mümkün edir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin