Qubada Alma festivalı 2012-ci ildən təşkil edilir. Festivalda rayonun adət-ənənəsi, rayonda
becərilən alma sortları, ondan hazırlanan şirniyyat və içkilər nümayiş etdirilir. Lakin, bu festival
fikrimizcə, hələ ki, gözlənilənləri tam doğrultmur.
Cədvəl № 2 SWOT (GZİT təhlil)
-S
Şimal turizm marşrutunun əsas rayonu; Bakıya yaxın olması; Təbii turizm-rekreasiya ehtiyatları; Tarixi-mədəni
zənginlik; “Activity circle”-25-50 km olması; Rayon daxilində iki turizm marşrutunun (Quba-Xınalıq və Quba-Afurca)
olması; Fərqli turizm obyektləri (Xınalıq, Quba soyqırım memorial kompeksi).
-W
Turizm müəssisələrində çalışanların dil biliklərinin zəif olması, turizm biliklərinin olmaması; Otellərinin əksəriyyətinin
ailə biznesinə məxsus olması-qohumluq prinspinin çox yayılması, bir işçinin müxtəlif vəzifələri həyata keçirməsi və
işində peşəkar olmaması; Uzunmüddətli inkişaf planının olmaması; Turizmin bir istiqamət (təbiət) üzrə cəmləşməsi;
Bəzi otellərdə bronlaşdırma sisteminin işlədilməməsi; Rəqabətin keyfiyyətə görə deyil, qiymətə görə aparılması;
İnfrastrukturun və kommunikasiya sisteminin saz vəziyyətdə olmaması; Quba Turizm İnformasiya Mərkəzinin saytının
işləməməsi.
-O
Fərqli turizm məhsulunun bir rayon ərazisində təqdim edilməsi imkanı:
Dini turizm. Qubada müsəlman, xristian, yəhudilərin müqəddəs hesab etdikləri məscid, kilsə və sinaqoqun bir ərazidə
yerləşməsi;
Rayon üçün yeni turizm istiqamətlərinin formalaşması-etnik, hadisə (xalça), qastronomik turizm;
Onların turməhsul halına salınması və xüsusi olaraq adlandırılması. Bu, təşviq baxımından önəmlidir. Çünki turizmdə
hər hansı ad, rəmz, işarə çox qiymətli ola bilir.
“B+leisure” turizm formasının inkişaf imkanları;
Ədəbi turlar. Quba (Xınalıq) “Əli və Nino” turizm marşrutunun bir hissəsini təşkil edir. A. A. Bakixanovun ev muzeyi
Qubada yerləşir. Şimal rayonları üzrə ədəbiyyat sevənlər üçün turməhsul hazırlamaq mümkündür (Xızıda Cəfər
Cabbarlının ev muzeyi yerləşir).
İdman turizmi.Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal
yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (room) aşkar olunub.
Dövlət dəstəyinin artırılması sayəsində kəndli-fermer-turizm modelinin və aqroturizmin inkişafı.
-T
Ləzgi və yəhudilərlə milli zəmində etnik münaqişələr; İnflyasiya; Turizm müəssisələrinin lisenziyalaşdırılması
şərtlərinin çətinləşməsi;
Rəqabətin güclənməsi:
Yerli — lokal rəqiblər-Qusar, Xaçmaz (Nabran);
Milli — Qəbələ, Şəki, Lənkəran, Qax;
Beynəlxalq — Rusiya, Gürcüstan, Türkiyə
Dostları ilə paylaş: