Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə185/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   181   182   183   184   185   186   187   188   ...   356
Kitab Turizm

3-4 May 2019
146
Baku, Azerbaijan


İspaniya turizm bazarında fəaliyyət göstərən Paradores şəbəkə otelləri çox fərqli dizayn və 
idarəetmə modelinə malik yerləşdirmə məkanıdır. Bu otellərin-paradorların əksəriyyəti tarixi 
əhəmiyyət daşıyan binalarda — qəsr, qala və köhnə saraylarda yerləşir. Paradores konsepsiyası 
turistləri cəlb etmək üçün effektiv bir motiv olmaqdan əlavə, milli irsin, mirasın qorunması üçün 
vəsaitlərin yığılmasını daha qabarıq şəkildə əks etdirən bir vasitə kimi qəbul edilir. Bütün proses 
dövlət nəzarəti altında həyata keçirilir. Bu şəbəkəyə daxil olan bəzi otellərdə muzey, sərgi və 
qalereyalar fəaliyyət göstərir. Bəzilərində hətta turistlərə rəngli keramikadan əşyaların hazırlanması və 
ya kitab cildlənməsi üzrə master-klasslar keçirilir. Azərbaycanda da bu otelin bəzi konsepsiyalarından 
istifadə edilə bilər. Ölkəmizdə buna bənzər mehmanxana şəbəkəsi yaradıla bilər və ya otellərdə xalça 
toxuculuğu, dulusçuluq, həsir toxuma, misgərlik üzrə master-klasslar təşkil olunması mümkündür. 
Eyni zamanda, otellərdə bu sənət növlərinin daha çox tərəqqi etdiyi rayonlara təşkil edilən 
ekskursiyalar haqqında turistlərə ətraflı məlumat çatdırıla bilər. Bu baxımdan Şəki, Masallı, İsmayıllı, 
Göygöl və Qubaya müxtəlif sənətkarlıq ənənələrini özündə ehtiva edən mədəni turizm marşrutları 
hazırlamaq olar [2, s. 7].
Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycanın malik olduğu turizm ehtiyatlarına əsasən 
İspaniyadakı kimi modellərin formalaşdırılması, turizmin bazar infrastrukturunun təkmilləşdirilməsi 
və bütün bunların sistemli şəkildə reallaşdırılması ilə ölkəmizdə turizm sənayesinin və turizm 
bazarının daha da inkişaf etdirilməsinə nail olmaq olar. 
ƏDƏBIYYAT SIYAHISI: 
1.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi . “Azərbaycanda turizm” / Statistik məcmuə / Bakı, 2018, s. 
136 
2.
Azərbaycanın sənətkarlıq paytaxtları: (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) tövsiyə biblioqrafiyası /tərt. ed. 
N.Tahirova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2017. s. 30
3.
Əsgərov Ə. T., Bilalov B. Ə, Gülalıyev Ç. G. Ekoloji turizm (Dərs vəsaiti). Bakı: Adiloğlu, 2011, s. 276
4.
Aydın O., AB’de Kırsal Turizmde İlk 5 Ülke ve Türkiye’de Kırsal Turizm. // “KMÜ Sosyal ve Ekonomı̇k Araştırmalar 
Dergı̇si” 14 (23): Karaman, 2012, s. 39-46 
5.
TÜROB Fuar Sonuç Raporu. 2018 FİTUR. Madrid turizm fuarı. s. 12 
6.
Морозов М. А., Морозова Н. С, Карпова Г. А., Хорева Л. В. Экономика туризма (учебник). Москва: Федеральное 
агентство по туризму, 2014, c. 320
7.
World Economic Forum. The Travel & Tourism Competitiveness Report. Geneva.2017, p. 387 
8.
World travel and tourism council: TRAVEL & TOURISM ECONOMIC IMPACT AZERBAIJAN 2018. London, 
2018, p. 24
9.
http://imserso.es/imserso_06/el_imserso/informes_anuales/informe2017/index.htm(13.02.2019) 
10.
http://act.gencat.cat/act-about-us/act-about-the-catalan-tourist-board/?lang=en (18.02.2019) 
11.
http://www.agroturismosnavarra.com/en/activities/tend-the-vegetable-and-flower-gardens/ (13.02.2019) 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin