Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə188/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   184   185   186   187   188   189   190   191   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
149
Baku, Azerbaijan


Turistlərin xalqın mədəni irsinə olan marağı tarix və mədəniyyət abidələrinin qorunub mühafizə 
olunmasını daha da reallaşdırır. Turizm mərkəzləri tarix və mədəniyyət abidələrinin əhəmiyyətini, 
həm də kommersiya maraqlarına uyğun olaraq qiymətləndirməyə və onların mühafizə olunası 
imkanlarını genişləndirməyə məhkumdurlar. Məsələn, möhtəşəm qalalarıн, məbədlərin,körpülərin 
dağıdılıb məhv edilməsi ərazinin mədəni əhəmiyyətini itirər, turistlərin maraq dairələrini nəzərə 
çarpacaq dərəcədə məhdudlaşdıra bilər. Bunun da nəticəsində turizm təşkilatçılarının iqtisadi 
maraqlarına kifayət qədər ziyan dəyər və onlar özlərinin fəaliyyətlərini dayandırmağa məcbur olаrlar. 
Əsaslı inkişaf modeli olan turizmin konkret məqsədləri olmalıdır. Bütün turizm təşkilatçıları da 
həmin məqsədlər uğrunda fəaliyyət göstərməlidirlər. Turizmin inkişaf modeli aşağıdakı məqsədlər 
istiqamətində qurulmalıdır: 
-
Əhalinin yaşayış səviyyəsini yüksəldə biləcək variantlar düşünülməli, bu variantlar tez bir 
zamanda insanların iqtisadi və mədəni səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərməlidir
-
Turist marşrutları kənardan gələnləri razı salmalı, onların zövqünün və dünyagörüşlərinin 
inkişafına müsbət təsir etməlidir; 
-
Ətraf mühit nəinki qorunmalı, eyni zamanda gözəlləşdirilməlidir. Yollar abadlaşdırılmalı, 
otellərdə turistlər üçün bütün rahatlıqlar yaradılmalıdır; 
-
Ardıcıl olaraq turizmin təbii, mədəni və sosial sahələrə təsir vasitələri öyrənilməli, onlar iş 
prosesinə tətbiq edilməlidir. Bu vəzifənin həyata keçirilməsi prosesində beynəlxalq turizm 
təcrübəsindən də istifadə olunmalıdır; 
-
Yerli sektorlarla iş birliyi yaradılmalı, onların fəaliyyəti ilə turizm təşkilatlarının fəaliyyəti 
iqtisadi maraqlar kontekstində əlaqələndirilməlidir. Bu qarşılıqlı iş prosesi hər iki tərəfin maraqlarına 
cavab verməlidir. 
Turizmin təşkili prosesində bir çox yerli sektorlar külli miqdarda gəlir əldə edirlər. Bu yerli 
sektorların siyahısına mehmanxanaları, kiçik şəxsi otelləri, müxtəlif ictimai iaşə mərkəzlərini
nəqliyyat vasitələrini, xalq yaradıcılıq müəssisələrini, ekskursiya-informasiya mərkəzlərini və s. aid 
etmək olar. 
Deməli, turizm mahiyyət etibarı ilə ayrı-ayrı strukturların fəaliyyəti əsasında ölkəyə valyuta 
axınına imkan yaradır və eyni zamanda yerli məhsulların istehsalına kapital qoyuluşunu təmin edir. Bu 
prosesin həyata keçirilməsində idarəetmənin konkret vəzifələrindən istifadə olunur. Buna görə də 
turizmin təşkilatçısı ilk növbədə idarəetmənin təşkilatı quruluşunu bilməli, bu sahəyə aid ədəbiyyatlar 
oxumalı, turizm sahəsi üzrə ixtisaslaşmanın optimal tələblərini yerinə yetirməlidir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin