Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə196/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   192   193   194   195   196   197   198   199   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
155
Baku, Azerbaijan


Azərbaycana 2015-ci ildə 100 min nəfərdən çox turist axını olmuşdur. Coğrafi yaxınlıq, ümumi 
mədəni dəyərlər və Azərbaycan əsilli əhalisinin olması bu ölkələrdən yüksək turist axınına səbəb olan 
amillərdəndir. Eyni zamanda, bu göstərici Azərbaycana qohum ziyarətinə gələn etnik azərbaycanlıları 
da əhatə edir. Ümumiyyətlə, dörd region ölkəsindən olan turist səfərləri üzrə Azərbaycan, ən əsas 
turizm mərkəzlərindən biri olmaqla, Gürcüstan və Türkiyənin başlıca rəqiblərindəndir. Bununla belə, 
Gürcüstandan Türkiyəyə gedən turistlərin sayı Gürcüstandan Azərbaycana gələn turistlərin sayından 
üç dəfə, İrandan Türkiyəyə gedən turistlərin sayı isə İrandan Azərbaycana gələn turistlərin sayından 10 
dəfə çoxdur. [4] 
2013-2018-ci illər ərzində bəzi qonşu ölkələrdən Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 
sayında artım müşahidə edilmişdir. Belə ki, Türkiyədən gələn ziyarətçilərin sayında 8 faiz, Rusiyadan gələn 
ziyarətçilərin sayında 2 faiz və Gürcüstandan gələn ziyarətçilərin sayında 1 faiz illik sabit artım tempi 
müşahidə olunmuşdur. Bununla belə, həmin illər ərzində İrandan Azərbaycana gələn ziyarətçilərin illik 
sabit artım tempində 12 faiz azalma əlavə araşdırma mövzusudur. Eynilə Türkiyə kimi, Azərbaycan da 
Gürcüstan, İran və Rusiya kimi ölkələrdən gələn turist sayı üzrə artım tempinin yüksəldilməsini hədəf kimi 
müəyyənləşdirərək, həmin ölkələrdən Azərbaycanın turizm sektorunda mühüm əhəmiyyət kəsb edən 
mədəni irs baxımdan yaxın olan turistlərin cəlb edilməsində maraqlı ola bilər. Vizanın əldə edilməsinin 
asanlığı, güclü biznes və mədəni əlaqələri, Avropanın üçüncü ən böyük hava limanı olan İstanbul Atatürk 
Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında müntəzəm və nisbətən uyğun qiymətə 
uçuşların olmasına görə Azərbaycanda turizm sektorunun inkişafı nöqteyi-nəzərindən Türkiyə də xüsusi 
əhəmiyyət kəsb edir. Eyni zamanda, Rusiyada iki milyon, İranda on milyonlarla, Gürcüstanda isə yarım 
milyondan çox etnik azərbaycanlının yaşadığını nəzərə aldıqda, gələcək illərdə qonşu ölkələrdən daha çox 
turist cəlbetmə potensialının olduğunu görmək mümkündür. [1] 
Azərbaycanın məqsədyönlü brendinq tədbirlərinin həyata keçirilməsi, əlaqələrinin artırılması, 
infrastrukturunun yaxşılaşdırılması ilə bərabər, cəlbedici turizm məkanlarının müxtəlifliyinin və xidmət 
keyfiyyətinin artırılması ölkəni beynəlxalq turizm məqsədləri üçün cəlbedici turizm mərkəzinə çevirmək 
niyyətinin reallaşdırılmasına şərait yaradacaqdır. Bu yolla Azərbaycana dünyanın hər yerindən potensial 
turistlərin cəlb olunması təmin ediləcək və onlar üçün yaddaşlardan silinməyən unikal səyahət imkanları 
yaradılacaqdır. Xüsusilə, 2025-ci ildən sonrakı dövr üçün perspektivin tərkib hissəsini, Azərbaycanın 
dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olmaq niyyəti təşkil edir. Bu 
məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və 
yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanacaqdır. Bu cür tədbirlər fərqli mövzulara həsr olunacaq və 
kifayət qədər məlumattutumlu olacaqdır. Bunlarla yanaşı, Avropa və Asiyanın qovuşma nöqtəsində 
yerləşən Azərbaycanın coğrafi potensialı onun dünyanın ən çox əlaqələrə malik ölkələrdən birinə 
çevrilməsinə şərait yarada bilər. Uzunmüddətli perspektivdə Azərbaycanın səyahətçilər üçün regional 
qovşağa 
(“hub”) 
çevrilməsi məqsədilə logistik infrastrukturun bu üstünlüyündən istifadə ediləcəkdir. Belə 
ki, liberallaşdırılmış və rəqabətli aviasiya sektoru sayəsində 8 milyondan artıq sərnişini qəbul edə və yola 
sala biləcək təbii uçuş zonasına çevirmək hədəfi müəyyən edilmişdir. Bu, Heydər Əliyev Beynəlxalq Hava 
Limanı vasitəsilə sərnişin nəqliyyatının hazırkı səviyyəsini təxminən dörd qat artırmaqla Bakını həm 
işgüzar, həm də istirahət məqsədilə gələn turistlər üçün tranzit dayanacaq məntəqəsinə çevirəcəkdir. 
Azərbaycandan keçməklə səyahət edən sərnişinlərin sayındakı bu artım ölkəyə gələn turistlərin sayında da 
təbii artım effekti yaradacaqdır. Bu tendensiya həm də yerli biznesin qlobal şirkətlərə daha çox açıqlığını 
təmin etdiyi üçün Azərbaycanın gələcəkdə digər sektorlar üzrə də şəbəkəyə çevrilməsini dəstəkləyəcəkdir 
(məsələn, sağlamlıq və təhsil). [2] 
Təbii gözəlliklər üçün ənənəvi turizm konsepsiyası, mədəni irs və yay istirahət guşələrindən əlavə, 
Azərbaycanın istirahət və idman turizmi sahəsində də tanınması üçün əməli addımlar atılacaqdır. Belə ki, 
genişmiqyaslı tədbirlərin keçirilməsi nəticəsində təşkilatlanma imkanlarının artırılması daha çox musiqi 
festivallarına, beynəlxalq mədəniyyət tədbirlərinə və idman yarışlarına ev sahibliyi etməyə imkan 
yaradacaqdır. Bu tədbirlərə gələn turistlərin yüksək keyfiyyətli əyləncə məkanlarına cəlb olunmasını təmin 
etmək məqsədilə ticarət mərkəzləri, restoranlar, əyləncə parkları və mərkəzləri kimi müxtəlif endirimli 
alternativlər təklif ediləcəkdir. Xüsusilə, bu sahələrin inkişaf etdirilməsində kiçik və orta sahibkarlıq 
fəaliyyətinin rolunun artırılması, turizm məhsulları istehsalının çeşidinin beynəlxalq standartlara cavab 
verməsi üçün İKT imkanlarından geniş istifadə edilməsi turizm sektoru üçün rezonans yaradacaqdır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin