İstəyə uyğun mədəni komponentlərdən ibarət ümumi turpaketlərin hazırlanması
Həvəskar mədəni tur iştirakçılarının görə biləcəyi yerlərdə turpaketlərin reklamının
təşkil
edilməlidir. Məsələn, otel və restoranlarda broşurların paylanması...
Mədəni tur iştirakçıları yaş dövrlərinə görə də bölünürlər. Hər yaş dövrünün fərqli maraqları
vardır.
Gənc və hiperaktiv yaş dövrünü əhatə edən turistlər(20-39): bu yaş dövrünü əsasən qrup şəklində
səyahətə çıxmış turistlər təşkil edir. Bu qruplar əsasən günəş və çimərlik turlarına üstünlük verirlər.
Buna baxmayaraq,onlar bir müddət sonra mədəni tədbirlərdə də iştirak edirlər. Qadınlar kişilərdən
daha çox mədəni fəaliyyətlərə meyilli olurlar. Kişilər daha çox macəra yönümlü fəaliyyətlərə üstünlük
verirlər. Bu yaş dövrünə məxsus şəxslərin təxminən 1/3-i böyük istəklə mədəni turlarda iştirak edirlər.
Təkliflər:
Gənclər üçün turpaketlər hazırlamağa çalışın. Məsələn, günəş və çimərlik turlarına mədəni
aspektlər əlavə etməyə çalışın. Yerləşdirmə müəssisələri turistlərə milli musiqilərdən ibarət gecə
əyləncələri təklif etməlidirlər.
Orta yaş dövrünü əhatə edən turistlər(40-54): Mədəni turlarda iştirak edənlərin əksər hissəsini bu
yaş dövrünə məxsus turistlər təşkil edir. Onlar mədəni turlara ən çox maraq göstərən yaş qruplarıdır.
Təkliflər:
Məsləhət üçün həvəskar mədəni tur iştirakçılarını nümunə olara göstərmək olar.
Yaşlı nəsil: Avropada 55- 70 yaş arası turist qrupu olduqca çoxdur. Bu yaş qrupunu əhatə edən
turistlərin digər yaş qruplarına nisbətən daha çox vaxtı və pulu olur. Bu dövrdə onların övladları ayrı
yaşamağa başlayır və bu dövrdə onlar da təqaüd dövrünə çıxmış olurlar.Mədəni turlar bu qrup insanlar
üçün ən məşhur tətil hesab olunur.Onlar adətən ildə bir dəfə səyahətə çıxırlar
və əsasən mədəni
tədbirlərin üstünlük təşkil etdiyi tətillər seçirlər. Bu turistlər ölmədən öncə ən çox görmək istədikləri
destinasiyalara səyahət edirlər. Keyfiyyət onlar üçün önəmlidir. Rahtlığı digər bütün faktorlardan
üstün tuturlar.
Təkliflər:
Keyfiyyət məsələsinə diqqət yetirin. Sakit və rahat tipli yerlərə üstünlük verin. Mədəni tədbir
və irs haqqında mümkün qədər çox məlumat verməyə çalışın. Bu yaş dövrünə məxsus turistləri
ölkənizin səyahət üçün tam təhlükəsiz bir yer olduğuna inadırın. Xarici
işlər nazirliyi və ya
səfirliklərdən məlumat almağa çalışın.
Yaşlı nəsil turistlər səyahətləri zamanı onları nələrin gözləyəcəyini bilmək istərlər. Onları
gündəlik qrafiklə tanış edin.
Yerləşdirmə müəssisələri əsas diqqəti rahatlığa verməlidirlər. Məsələn: tibbi müayinə üçün
rahat şərait təşkil edilməlidir. Ehtiyac oldugu təqdirdə tibbi dəstək almaq lazımdır. Müntəzəm ehtiyac
fasilələri verilməlidir. Rahat yataq və baqaj xidməti olmalıdır.
Uşaqlı ailələr (25- 50 yaş qrupunu əhatə edən valideynlər): əksər ailələr eyni anda həm mədəni
tədbir, həm də komfortlu tətilləri kombinasiya edə biləcəyi turpaketlər seçirlər, çünki valideynlər öz
uşaqlarını başqa mədəniyyətlərlə tanış etmək istəyirlər. Həm kiçik yaşlı, həm də yeniyetmə uşaqlı
ailələr maraqlı qruplardır. Seçdikləri destinasiyada sağlamlıq, təhlükəsizlik və rahatlıq onlar üçün
olduqca vacibdir.
Təkliflər:
Hazırladığınız turpaket uşaqlar üçün də maraq kəsb etməlidir.
Uşaqlı ailələr üzmə hovuzu olan yerləşmə müəssisələrinə üstünlük verirlər. Uşaqlarının həm
əylənəcəyi,həm də öyrənəcəyi fəaliyyət növləri olacaq bir turpaket təklif etməyə çalışın.
Dostları ilə paylaş: