Orijinallıq Son zamanlar orjinallıq turizmdə başlıca faktorlarından birinə çevrilmişdir. Mədəni turla
iştirakçılarının orijinallıq üçün müvafiq yüksək standartları vardır. Onlar yerli əhaliyə məxsus mədəni
aspektləri xoşlayırlar. Həm orijinallığın, həm də, paket turların bir arada olduğu turlara tələbat vardır.
Burada, orijinallıq dedikdə fərdi turistlərin özlərinin etdikləri fəaliyyətlərdir. Məsələn, turistlərin çox
səfər etmədikləri məkanlara getməyi misal göstərmək olar. Bura, həmçinin, məşhur mədəni tədbirlərə
edilən fərdi səyahətlər də daxildir. Paket şəklində olan turlar isə tur qruplar tərəfindən edilir. Burada
mədəni təcrübələr tur paketin bir hissəsidir.
Təkliflər:
Öz regionunuzun orijinallığını ön plana çəkin.Turistlərə yerli əhalinin gündəlik həyatını canlı
yaşayaraq müşahidə edə biləcəklərini bildirin
Yerləşdirmə müəssisələri yerli abu-havanı duyması üçün turistləri qonaq evləri ilə təmin edə
bilər.
Turistləri rutin səfərlərinə tam zidd olacaq təcrübələr yaşayacağına inandırın.
Onları yerli mədəniyyətlə iç-içə ola biləcəyi bir məkanda qalacaqlarına inandırın. Məsələn:
yerli sakinlərə milli mətbəxlərinə məxsus təamlar bişirəcəklərini bildirin.
Mədəni festivallarda və dini mərasimlərdə iştiraklarına şərait yaradın.
Tarixi və mədəni irsi yerlər Tarixi və mədəni irsi yerlərə edilən mədəni turlar mədəni turizm bazarında üstünlük təşkil edir.
Mədəni tədbirlərlə bağlı məşhur turlara görməli yerlərə edilən turlar, dini məkanlara ziyarət, muzey və
sərgilərə ziyarət, qəsr və saraylara ziyarətlər daxildir. Bu kimi fəaliyyətlərin gələcəkdə məşhur olması
gözlənilir.
Təkliflər:
Sizin destinasiyalarınıza təkliflərin gəlməsi üçün bütün maraqlı tarixi və irsi yerlərin inventarı
hazırlanmalıdır.
Bölgənizdə olan tədbirlərin siyahısını da hazırlamalısınız. Bu siyahını ya Avropalı tur
operatorlara, ya da onların internet səhifələrinə təqdim etməlisiniz.