Öz destinasiyanız və onun mədəni irsi haqqında hərtərəfli biliklərə yiyələnin.Peşəkar
bələdçilərə sərmayə qoyun. Öyrənmə məqsədi ilə səfərə çıxanların sizin destinasiya haqqında yaxşı
fikirlərə sahib olmasına şərait yaradın. Onlayn axtarışdan maksimum istifadə etməyəçalışın.
Avropalı mədəni tur iştirakçıları əsasən öz səfərlərini onlayn edirlər. Xüsusilə bu səfərdə olmuş
insanlar tərəfindən motivasiya olunurlar. İnformasiya toplamaq və təcrübələrini paylaşmaq üçün, onlar
aşağıdakı mənbələrdən istifadə edirlər:
Tripadvisor və Holiday kimi internet səhifələri
Responsible Travel kimi səyahət forumları
İnstagram,
Facebook, Twitter və Youtube kimi sosial şəbəkələr.
Ailə və dost-tanışın verdiyi təkliflər də, həmçinin, vacibdir. Onlayn axtarış son beş ildə getdikcə
ən çox istifadə olunan trendə çevrilmişdir. Gələcək illərdə bu ən vacib axtarış sistemi olacaqdır.
Təkliflər:
İnternetin mövcudluğu və onlayn marketinq strategiyasından istifadə edin.
Sosial media da
bura daxildir.Şəkil və videolar turistlərə virtual da olsa, sizin destinasiyalarınızı tanıtmağa kömək edir.
Bunlar sizin fəaliyyətlərinizi daim aktiv saxlayır.
Şirkətiniz və destinasiyanız üçün səfirlik kimi müştərilərdən istifadə edin. Onları öz
təcrübələrini, şəkil və videolarını sosial şəbəkələrdə paylaşmasına şərait yaradın. Onlar həmçinin blog
və rəylər də yaza bilərlər.
Dostları ilə paylaş: