İnsanlar əvvəllər quru, dəniz daha sonraları da mühərrik gücünün icad edilməsiylə dəmiryolu və
hava daşıma vasitələrindən ehtiyacları istiqamətində istifadə etməyə başladılar.
Bu inkişaf indiki
vaxtda və gələcəkdə də dəvamlı olacaq.
Gələcəkdə insanları təsir edə biləcək səyahət və turizm fəaliyyətləri araşdırıldığında, kruiz
turizminin əhəmiyyətinin getdikcə artacağını təxmin edə bilərik. Çünki
insanlar özlərini turizmə
istiqamətləndirən səbəblər içərisində həmişə yeni və fərqli axtarışlar içindədirlər. Özlərinə təqdim
edilən
məhsul və xidmətlər, digərlərindən fərqli,
onlara təsir edə biləcək, monotonluqdan
uzaqlaşdıracaq, başqaları ilə ünsiyyət qura biləcək turizm növləri axtarışındadırlar.
Məhz kruiz
turizmi, təqdim etmiş olduğu və gələcəkdə də təqdim edəcəyi məhsul və xidmətlərlə insanları təsir
etməyə davam edəcək.
Kruiz turizmindən istifadə nəticəsində turist dünyanın hər gün fərqli bir bölgəsi və ya şəhərində
yaşamaq, buraları gəzmək, görmək, fərqli mədəniyyətləri tanımaq, təbii gözəllikləri görmə imkanı
əldə edir. Bu səbəblərlə dünya üzərində hər il kruiz turizminə tələb
getdikcə artmaqda və özünü
davamlı yeniləyən bir sektor olaraq bu potensialını də gələcəkdə də qoruyacağı düşünülməkdədir.
Dünya üzərində fəaliyyətdə olan kruiz turizm firmaları, əksəriyyətlə bu işi uzun zamandan bəri
edən, təcrübəli və maliyyə gücü yüksək şirkətlərdir.
Ümumiyyətlə Karib dənizi, Havay adaları və
Avropada cəmlənmişdir. Lakin, beynəlxalq razılaşmalarla dünyanın fərqli ölkələrində də
nümayəndəlikləri və ya yerli tərəfdaşları var. Bu səbəbdəndə satılan paket turlarla, istədiyiniz şəhər və
limanda kruiz gəmilərlə səyahətə çıxıla bilər. Gələcəkdə kruiz turizmi həm sərnişin sayıyla
həmdə
yüksələn xidmət keyfiyyəti və turistik məhsul müxtəlifliyi ilə müasir turizm anlayışının ən əhəmiyyətli
turizm növlərindən biri olacaq.
Dostları ilə paylaş: