Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə200/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   196   197   198   199   200   201   202   203   ...   356
Kitab Turizm

Davamlılıq 
Turizm müəssisələrinin təbiəti mühafizə tədbirləri də Avropalı turistlərin diqqətini çəkən 
amillərdəndir. Buna baxmayaraq,çox az qisim insanlar həqiqətən də öz davamlı siyasətinə uyğun 
turizm təsisçisi seçirlər. Mədəni turların iştirakçıları kommunikasiya əsaslı, təbiət və əyləncə 
məqsədilə turlara çıxanlara nisbətən davamlılığa daha az əhəmiyyət verirlər. Buna baxmayaraq,əgər 
siz onlara davamlı səyahət etmə səbəbləri təklif edə bilsəniz, onlar bunu qiymətləndirəcəkdirlər. 
Təkliflər: 

Davamlı və təbiəti mühafizə tədbrilərini kompleks şəkildə təklif etməyə çalışın.Məsələn: su 
kranlarından istifadə, yerli məhsullardan istifadə, günəş enerjisindən istifadə 

Yerləşdirmə müəssisələri öz qonaqlarına təklif edilən resurslardan daha qənaətli istifadəyə 
cəlb etməlidir. 
Dəyişkən təkliflər 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
159
Baku, Azerbaijan


Avropalı turistlər daha çox dəyişkənlik axtarırlar. Onlar getdikcə fərqli komponentləri birləşdirə-
rək öz tətillərini hazırlayırlar. Turoperatorlar standart və seçimə uyğun turpaketlər hazırlayırlar. Bu 
komponentlərlə müştərilər vahid kompleks bir tətil hazırlaya bilərlər. 
Təkliflər: 

Turoperatorlar da çevik olmalıdırlar. Müştərilərin kombinasiyalı edə biləcəyi müxtəlif çeşidli 
fəaliyyət və yerləşdirmə müəssisələri təklif edə bilərsiniz. 

Çimərlik tətili mədəni turlarlarla kombinasiyalı olduqda daha maraqlı olur. 
Mədəni turizm üçün Avropa marketlerinde hansı trendler imkanlar təklif edir? 
Dünya Turizm Təşkilatı mədəni turizmin dünya turizminin təxminən 40%-ni təşkil etdiyini 
bildirmişdir.olaraq hesablamışdır. Avropalı mədəni tur iştirakçıları yerli əhaliylə ünsiyyətdə olmağa 
üstünlük verirlər. Onlar gündəlik mövzular haqqında yerli əhalinin ideya və fikirlərini öyrənməyə 
çalışırlar. Mədəni tura çıxan turistlər ancaq uzaqdan baxmqla mədəni həyatı müşahidə etməyi 
sevmirlər. Belə ki,onlar müşahidə etməkdən daha çox, özləri də yerli əhalinin gündəlik həyatında 
onlara kömək etməklə yaxından itirak etmiş olurlar. 
Təkliflər: 

Turistlərə yerli əhaili ilə ünsiyyət qurma imkanları təklif edir. Öz marketing fəaliyyətinizdə bu 
imkanları ön plana çəkin. 

Öz rəsmi dillərindən asılı olaraq, Avropalı turistlər yerli əhali ilə ünsiyyətdə olması üçün 
tərcüməçiyə ehtiyac ola bilər. “Day Translation” tərcüməçilərin turizmdə rolu, həmçinin peşəkar 
tərcümə üçün bir sıra Təkliflər verirlər. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin