respublikamızın zəngin turizm ehtiyatları əsasında güclü turizm sənayesi yaratmaq qarşıya qoyulmuş
mühüm vəzifələrdən biridir. Odur ki, yurdumuzun hər guşəsində turistləri özünə cəlb edən
zənginliklərdən bacarıqla istifadə edə biləcək kadrların və kadr hazırlığı müəssisələrinin üzərinə böyük
vəzifələr düşür [ 4, səh. 178 ] .
Formalaşmış
təcrübə göstərir
ki,
kadrların
hazırlanmasında,
öyrədilməsində
və
tərbiyələndirilməsində mövcud olan ayrı-ayrı mənfi halların qətiyyətlə aradan qaldırılması
istiqamətində görülməli olduğu tədbirlər fasiləsiz təhsil və biliklərin yenilənməsinin koordinasiya
olunmuş sistemin yaradılmasından ibarət olmalıdır ki, həmin sistemin təməli qismində aşağıdakılar
istifadə olunmalıdır: təhsilin bütöv kompleksinin dəyişdirilməsinin metodoloji nöqteyi-nəzərdən
qarşılıqlı surətdə əlaqələndirilmiş prinsiplər, o cümlədən, rəhbər kadrların və mütəxəssislərin baza orta
və ali xüsusi hazırlığı, yenidən hazırlığı sistemləri, habelə peşəkar kadrların və ictimai aktivinin
texnoloji və iqtisadi təhsili sistemləri [ 7 ] .
Araşdırmanın nəticəsi heç şübhəsiz aşağıdakıları şərtləndirir: kadrların və aktivin öyrədilməsinin
və tərbiyələndirilməsinin bütün səviyyələrinin rolunun artırılmasını; peşəkar mütəxəssislərin həm
öyrədilməsinin, həm də tərbiyələndirilməsinin inteqrasiyasını; funksionerlərin və kadr işçilərinin, işçi
heyətinin, ictimai aktivinin müasir zəmanənin tələblərinə cavab vermələri məqsədilə onların
hazırlıqlarının keyfiyyətinin yüksəldilməsini; turizm fəaliyyəti iştirakçılarının dünyagörüşü
təfəkkürünün formalaşdırılmasını; elmi işlənmələrin məzmununun inkişaf etdirilməsini və daha da
dərinləşdirilməsini, tədrisin və tərbiyələndirmənin bütün səviyyələrin və həlqələrin əsaslandırılmasını
və metodiki təminatını; elmi, pedaqoji və informasiya kadrlarının tərkibinin keyfiyyət nöqteyi-
nəzərdən yaxşılaşdırılmasını; texniki və texnoloji yenidən təchiz edilməsini, habelə tədrisin
sistemlərinin və altsistemlərinin təmin edilməsini; tədris sisteminin idarəçiliyinin təkmilləşdirilməsini.
Dostları ilə paylaş: