Turizm sahəsində mütəxəssislərin çoxsəviyyəli hazırlığının yerli sistemi hal-hazırda iki sosial-
iqisadi amillərin təsiri altında özünün təşəkkül tapma mərhələsinin çətin dövrünü yaşamaqdadır.
Həmin amillər qismində aşağıdakıları göstərə bilərik.
Birincisi, bu, elementlərin milli sisteminə fasiləsiz təhsilin və çoxsəviyyəli hazırlıq təcrübəsinin
intensiv surətdə tətbiq edilməsi, habelə peşə təhsilinin yeni formalarının axtarışıdır.
İkincisi, bu, sahə amili, turizm biznesinin inkişafda olan bazarının tələbatlarına müvafiq olaraq
elmi-pedaqoji kadrların hazırlanması üsullarının axtarışıdır.
Öz növbəsində, turizm xidmətinin iqtisadi həyatın dəyişkən reallıqlarına adaptasiya olunmasının
zəruriliyi mütəxəssislərin fasiləsiz hazırlaşdırmasını tələb edir ki, bunu da təhsilin lazımi
diversifikasiyasını təmin etmək iqtidarında olan çoxsəviyyəli hazırlıq sistemi təqdim etmək imkanına
malikdir. Bəzi ekspertər tərəfindən təklif olunan yanaşma böyük maraq doğurur. Bu zaman “təhsilin
keyfiyyətini” “hazırlığın keyfiyyəti” kimi dəyərləndirmək, təhsilin keyfiyyəti deyildikdə isə “məqsəd
və nəticənin nisbətini, məqsədə nail olunması həddini başa düşmək” təklif olunur. Və təhsilin,
fəaliyyətin istənilən digər növü kimi, resurslara və fəaliyyətin nəticəsinə söykəndiyini nəzərə alsaq,
onda görərik ki, təhsil əhəmiyyətli dərəcədə istifadə olunan resursların miqdarı ilə müəyyən edilir.
Turizm sənayesi regionda turizm məhsulunun istehsalı və turistlərə çatdırılması üzrə fəaliyyət
göstərən xidmət və qeyri-xidmət sahələrinin məcmusudur. Evindən mənalı istirahət məqsədilə
səyahətə çıxan turistlərin istifadə etmək istədiyi hər bir xidmət turizm sənayesinin məhsuludur. Belə
xidmətləri göstərən xidməti heyət isə turizm sənayesinin aparıcı qüvvəsi olub, regionun mövcud
turizm ehtiyatlarını və milli qonaqpərvərliyini son məhsul şəklinə salaraq turistlərə sata bilmək üçün
turizm məhsulunu istehsal edir. Göründüyü kimi, turizm sənayesi düşünüldüyü qədər heç də sadə bir
quruluşa malik olmayıb, turizm xidmət servislərindən başqa, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət,
hədiyyəlik əşya istehsalı, hətta kənd təsərrüfatı, tikinti, pərakəndə ticarət, sərnişin nəqliyyatı kimi
sahələr arasında da möhkəm bir inteqrativ zəncir rolunu oynayır. Əgər turizmdən pay almaq, onun
vasitəsilə ölkəni tanıdıb valyuta gəlirləri də əldə etmək məqsədimizdirsə, bu zaman bir qismini
sadaladığımız sahələrin turizm sənayesinə verəcəyi töhfəni düzgün balanslaşdırmaq, konkret vəzifə
bölgüsü aparmaq lazımdır. Məhz belə bir şəraitdə bir-birinin sifarişlərini yerinə yetirən və son
nəticədə, ölkəyə gəlmiş turistlərə hazır, həm də markalı məhsul sata bilən bütöv bir turizm sənayesi
kompleksindən danışa bilərik.
Turizm sənayesinin mühüm bir tərkib hissəsi kadr və bu kadrları hazırlayan təhsil müəssisələridir.
Turizmin xidmət sahələri və idarəetməsi üçün lazım olan kadrlar bir çox səviyyələrdə – ali, orta, peşə
təhsili müəssisələrində və turizm-xidmət firmasının (mehmanxananın, restoranın və ya ekskursiya
bürosunun) özünün təşkil etdiyi kurs və treninqlərdə hazırlanır [ 5, səh.132 ]. Öz təyinatına görə belə
kadrlar turizm sənayesində müxtəlif pillələr tutaraq gələcək xidmət sahələrində öz bacarığını ortaya
qoymalı, iqtisadiyyatın müxtəlif sahələrindən baş çıxarmaqla özlərinə lazım olanı deyil, məhz turistə
lazım olan tələbatları düzgün qiymətləndirməyi bacarmalıdırlar. Çünki turistlərin tələbatları fərqlidir
və onların reallaşdırılması xidmətlə eyni anda baş verdiyindən gözlə göstərilə bilinməyən turizm
məhsulu yalnız turistlərin ona pul ödədiyi zaman dəyərini qazanır. Belə olduğu təqdirdə turizm
sahəsində çalışan istənilən kadr bu sahədə formalaşmış bütün bilgiləri və dünya təcrübəsindən əldə
etdiyi praktik vərdişləri ortaya qoymağı bacarmalıdır.
Turizm kadrlarının hazırlanması çoxpilləli bir prosesdir. Göstərilən servislərin məzmunu və
dərinliyinə görə yetişdirilən turizm mütəxəssisinin ondan ilk tələb olunan gülərüz peşəkarlıqdan
tutmuş dərin iqtisadi savada qədər hər şeydən xəbəri olmalıdır. Bundan əlavə, turizmdə çalışmaq
arzusunda olan gənc tarix, coğrafiya, mədəniyyətşünaslıq kimi elm sahələrindən yaxşı məlumatlı
olmalı, xarici dilləri bilməli və müasir informasiya-kommunikasiya texnologiyalarından da baş
çıxarmalıdır. Ona görə də turizm kadrlarının yüksək ixtisaslı əllərə həvalə edilməsi, onların bu sahə
üzrə peşəkarların rəhbərliyi altında yetişdirilməsi turizm sənayesinin bir sifarişidir. Turizm kadrlarının
dünyagörüşünün, savadının yalnız “şiş-kabab fəlsəfəsi”ndə məhdudlaşmaması üçün onlar günün
komfort tələbləri, müasir insanların artan tələbatlarının ödənilməsi ruhunda yetişdirilməlidir. Çünki
turizm iqtisadiyyatın bir sahəsidir və bu xidmət sahəsinin də digər sosial-mədəni sahələr kimi tələb və
təklifə əsaslanan öz qanunları vardır.
Ümumiyyətlə, “kadrlar hər şeyi həll edir” fikri hər sahədə özünü doğrultduğu kimi, turizm
sənayesində də bu, öz aktuallığını həmişə qoruyur. Turizm sahəsində kadr yetişdirmək, gələcəkdə
onların bəhrəsini görmək üçün dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir. Muxtar
Dostları ilə paylaş: