Azərbaycan Respublikası ərazsində çoxlu sayda tarixi abidələr mövcuddur. Bunların içərisində
dini abidələr xüsusi yeri tutur. Müxtəif yerlərdən gələn inanclı insanlar belə dini abidələri ziyarət edir,
bu obyektlər haqqında geniş məlumatlar əldə etməyə çalışırlar. Çox vaxt ölkəmizə gələn turistlər dini
yerlərə ekskursiyaya gedirlər. Belə ki, turizm şirkətləri öz qədim qayaüstü rəsmləri ilə diqqəti cəlb
edən Qobustana gələn turistlər üçün ekskursiya təşkil edəndə bu tarixi abidəyə aparan yolun üzərində
yerləşən Bibiheybət məscidini də tura daxil edilərək, məscidə ekskursiya edilir və turistlərə məscidin
tarixi haqqında məlumat verilir. Eyni zamanda Mirmöhsün ağanın məqbərəsi haqqında ətraflı məlumat
Mərdəkan qalalarına edilən ekskursiya zamanı verilir. Belə ekskursiyaların təşkili zamanı bir önəmli
fakt ondan ibarətdir ki, bura səyahət edən turistlər həm tarixi abidə, həm də dini abidə haqqında
məlumat əldə edə
bilir.
Əsas hissə
Ölkəmizin ərazisində yerləşən ziyarətgahlar hər zaman həm turistlərin, həm də yerli əhalinin
diqqət mərkəzində olmuşdur. Belə ziyarətgahlardan Bakı şəhərində yerləşən Nardaran piri, Bibiheybət
məscidi, Mir Möhsün ağanın məqbərəsi, Gəncə şəhəri yaxınlığında
yerləşən İmamzadə piri daha
məşhurdur.
Naxçıvan Muxtar Respublikası ərazisində də dini abidələr çoxluq təşkil edir. Bunlardan biri də
Əshabi-Kəhf dini tarixi memarlıq abidəsidir. Dünyanın müxtəlif yerlərindən gələn
turistlər buranı
ziyarət edirlər.
Qədim və məşhur dini abidələrdən biri Bibiheybət məscididir. Bu dini ziyarətgah
Bakı şəhərinin
cənubunda, dəniz sahilindən yarım km aralıda yerləşir. Bibiheybət məscidi VII imam Museyi Kazımın
qızının türbəsinin yerində inşa edilmişdir. VII imam Museyi Kazım Əməvi xəlifəsi Harun ər-Rəşid
tərəfindən 800-cü ildə Bağdadda öldürülmüşdür. Atası öldürüldükdən sonra təqiblərə məruz qalan
Həzrət Həkimə imamın üç nəvəsi ilə birlikdə əvvəlcə İrana gəlir. Baba Sucəddin Həkimə xanım və
uşaqları dostu imkanlı tacir olan Hacı Bədirə tapşırır. Tacir imam nəslinin nümayəndələri üçün
təhlükəsiz yer kimi bu ərazidə yerləşən öz evinə gətirir. Həzrət Həkiməni evinə gətirən Hacı Bədir
onları ömrünün axırına qədər qoruyaraq burada saxlayır.
Bibiheybət məscidi Şirvanşah II Fərruxzad tərəfindən tikdirilmişdir. Məscidin memarı Mahmud
ibn Səd olmuşdur. Məscidin üzərindəki daş kitabədəki yazıya əsasən binanın miladi təqvimi ilə 1281-
1282-ci illərdə tikildiyi məlum olur. Kitabədə yazılmışdır: “Bu məscidin tikməyi əzəmətli məlik,
böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmrinin köməkçisi, Əbü-İ-Fəth Fərruxzad ibn
Axsitan özünə rəva görmüşdür. Allah onun hakimiyyətini ucaltsın.” [5, s.16].
Təzəpir məscidi Bakının Yasamal rayonu ərazisində yerləşir. Məscid 1905-ci ildə Bakıda yaşayan
Nabat xanım Xocabəy qızı Aşurbəylinin vəsaiti hesabına inşa edilmişdir. Nabat xanım məscidi
tikilməsində Azərbaycanlı memarın olmasına xüsusi fikir vermişdir. Ona görə də əslən Şamaxılı, ilk
ali təhsilli memar Zivər bəy Əhmədbəyov dəvət olunur. Memar ali təhsilini Peterburqda almışdır.
Məscidin tikintisi 1914-cü ildə başa çatmışdır.
Müstəqillik illərində prezidentimiz İlham Əliyev cənablarının göstərişi ilə 2005-ci ildə məsciddə
bərpa işləri aparılmış, 2007-2009-cu illərdə isə təmir olunmuşdur. 2009-cu ildə Prezident İlham
Əliyevin iştirakı ilə məscidin açılış mərasimi baş tutur və məscid dindarların istifadəsinə verilir.
Məsciddə eyni vaxtda 1000 nəfər ibadət edə bilər.
Respublikamızın ikici böyük şəhəri olan Gəncə şəhərində qədim tarixə malikdir. Gəncə tarixi
keçmişimizi, füsunkar iqlimi, əsrarəngiz təbiəti, əlverişli coğrafi-strateji mövqeyi, münbit torpaqları,
təbii yeraltı və yerüstü sərvətləri ilə daima diqqət mərkəzində olmuşdur. Ona görə də dəfələrlə yadelli
işğalçıların hücumlarına məruz qalmışdır. Belə hücumlar zamanı bəzi mədəniyyət nümunələri
dağıdılmışdır. Lakin hər zaman yağı düşmənlə mərdliklə mübarizə aparmışdır.
Gəncə şəhərində bir çox mədəni-tarixi və dini abidələr vardır. Bu abidələr içərisində İmamzadə
abidəsi daha çox diqqət cəlb edir. Respublikada dəyərli dini abidələrdən biri olan İmamzadə türbəsinin
böyük tarixi əhəmiyyəti vardır. Gəncə İmamzadə türbəsi bizim eranın VIII əsrində inşa edilmişdir. Bu
türbə Şərqin ən müqəddəs ziyarətgahlarından biri hesab olunur.
İmamzadə dedikdə “İmamın oğlu” başa düşülür. Yəni burada imamın oğlu dəfn olunmuşdur
anlamına gəlir. Gəncə şəhərində yerləşən İmamzadə türbəsi
dini memarlıq kompleks şəklindədir.
Kompleksin daxilində karvansara tipli evlər, xalq arasında “Göy günbəzli məscid” kimi tanınan türbə,
kiçik məscidlər, alaqapı, təkyələr və köməkçi tikililər vardır. Araşdırmalar nəticəsində məlum
olmuşdur ki, türbədə İmamzadə İbrahim dəfn olunmuşdur. İmamzadə İbrahim V imam Məhəmməd
Dostları ilə paylaş: