Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə50/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   46   47   48   49   50   51   52   53   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
36
Baku, Azerbaijan


Baqirin nəvəsidir. Türbənin hündürlüyü 12 m-dir. Günbəzin üzərinə mavi kaşıdan üzlük çəkildiyi üçün 
“Göy günbəzli məscid” adlandırılır. İmamzadə türbəsi nəinki yerli əhalinin, eyni zamanda müxtəlif 
ölkədən gələn turistlərin də həmişə maraq dairəsində olmuşdur.
Odlar yurdumuz Azərbaycanın bütün bölgələrində bir gizli xəzinə vardır. Bu söz Naxçıvan 
torpaqlarına daha çox yaxındır. Alimlərin fikrincə, Naxçıvanın hər qayasının, hər dağının, hər daşının 
altında bir tarix vardır. İlk insan övladı yarandığı gündən başlanıb bu tarix. Yəni bu tarixin başlanğıcı 
ibtidai insanların yarandığı dövrə təsadüf edir. Belə qədim insan məskənlərindən Daşqala, Əshabi-Kəhf
Kilid, Qazma kimi mağaraların adlarını çəkmək olar. Yurdumuzun əyilməzini, xalqımızın mərdliyini 
göstərən Naxçıvan ərazisində bir sıra qalalar mövcuddur. Govurqala, Çalxanqala, Oğlanqala kimi yaradılan 
qala-şəhərlər belə qalalardandır. Bu qalalar eramızdan əvvəl IV minilliyin axırı, II minilliyin əvvələrində 
yaradılıb. Bu torpaqlarda bizim əcdadlarımız olan qədim türk tayfaları yaşamışlar. Ta qədimdən Naxçıvan 
ərazisində yayılan əfsanələr yurdumuzun qədim köklərə malik olduğunu göstərir. Bu əfsanələrdən birində 
Nuh peyğəmbər haqqında olan rəvayətdir. Bu rəvayətə görə 7500 il bundan öncə güclü tufan baş vermişdir. 
Bu tufan zamanı Nuh peyğəmbər və onun tərəfdarları mindiyi gəmi Naxçıvanda quruya çıxmış, bu 
torpaqlarda məskunlaşmışdırlar və yaranan yeni nəsil bu torpaqlarda çoxalaraq müxtəlif yerlərə 
yayılmışdırlar. Araşdırmalardan alınan məlumatlara görə Nuh peyğəmbər ilə bağlı olan bu rəvayətin ilk 
yazılı məlumatı e.ə II minilliyin ortalarında olan Şumer əfsanəsi ilə bir bağlılığı vardır.
Aparılan elmi araşdırmalar, arxeoloji qazıntılar və tarixi təqdiqatlar alimlərin Naxçıvanın dünyanın ən 
qədim şəhəri olduğunu söyləməyə imkan verir. Bütün bunlara əsasən alimlər belə güman edirlər ki
Naxçıvanın 3500-4000 ildən artıq yaşı var.
Nuh peyğəmbərlə bağlı əfsanədə gəminin ilk dayandığı yer Kəmkir dağı olduğu güman olunur. 
Buradan Ağrıdağ istiqamətində yola çıxan Nuh peyğəmbər Naxçıvan torpağına gəlib. Culfa rayonu 
ərazisində yerləşən Haçadağın da yaranması bu əfsanə ilə bağlıdır. Belə ki, gəmi İlandağa toxunduqda 
dağın zirvəsi nəhəng gəminin təsirindən iki yerə ayrılıb, yəni haçalanıb. Ona görə Haçadağ adlandırılıb. 
Yerli əhali arasında yayılan inama görə Nuhun qəbri Naxçıvan şəhərinin cənubunda, bacısının qəbri isə 
şəhərin şimal-qərbində yerləşir. Bu bir daha sübut edir ki, Nuh peyğəmbər, ailəsi və ona iman gətirənlər bu 
torpaqlarda uzun müddət yaşayıblar.
Qədim, maraqlı tarixə malik olan və insanlar tərəfindən müqəddəs ocaq və ziyarətgah kimi qəbul 
olunan “Əshabi-Kəhf ” dini memarlıq abidəsi Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin 
Qahab kəndi yaxınlığında, dağlıq ərazidə yerləşir. Bu ziyarətgah Naxçıvanın ən müqəddəs yerlərindən 
sayılır. Bu ziyarətgaha gələnlər əvvəllər uzun müddət təqib olunmuşlar, ona görə bura gələn zəvvarlar gizli 
yollarla və gecələr gəlmiş və ziyarətlərini etmişlər. “Əshabi-Kəhf” sözü ərəbcədən tərcümədə “Mağara 
sahibləri” mənasını verir. Xalq arasında bu yer “Asəfkəf” kimi də tələffüz olunur. Bu ocağa inam 
həddindən çox güclüdür. Ona görə bura hər il on minlərlə insan gəlir və ziyarətlərini həyata keçirir. Neçə 
yüzillilərdir ki, müqəddəs sayılan bu dini ziyarətgah Sovet hakimiyyəti illərində buranı ziyarət etmək 
qadağan olunsa da insanları bu yoldan, bu inamdan qadağalar çəkindirə bilməmişdir.
Xalq arasında yayılan deyimlərə görə, “Əshabi-Kəhf”i 7 il bir-birinin ardınca ziyarət etmək Kərbalanı 
görməyə, Həcc ziyarətini etməyə bərabərdir. Bu da o deməkdir ki, Həcc ziyarətinə və Kərbalaya gedə 
bilməyən şəxslər 7 il “Əshabi-Kəhf”i ziyarət etsələr eyni savabı əldə edə bilirlər. Bu ziyarətə gəlmək üçün 
xüsusi yaş həddi qoyulmur, əsasən ailəvi gedilməsi daha məqsədəuyğundur. İlin müxtəlif vaxtlarında, 
istənilən fəslində bu ziyarətgaha getmək olar.
“Əshabi-Kəhf”ə çatmamış çoxlu qəbirlər görünür. Yolun kənarında yerləşən bu qəbirlərin kimlərə 
məxsus olması barədə heç bir məlumat yoxdur. Bura gələn zəvvarlar birinci növbədə bu qəbirləri ziyarət 
etməlidir. Ona görə də buranı ziyarət etmək üçün piyada getmək savab sayılır. Bu savabı burada qurban 
kəsmək daha da artırır. Ziyarətgaha gedən yolun kənarındakı ağac və kollara əl yaylıqları, parça bağlanır ki, 
bu da “niyyət” adlanır. Yəni hər bir kəs niyyət, arzu diləyərək ağaca yaylıq bağlaya bilər.
“Əshabi-Kəhf”in diqqət cəlb edən sahələrindən biri də aşağısında yerləşən və 15 dəqiqədən bir 
köpüklənərək qaynayan bulağıdır. Bu bulağın suyu da insanlar arasında müqəddəs sayılır. Bulağın suyunun 
ən təsirli vaxtı köpüklənmənin gur olduğu zaman hesab olunur və müxtəlif xəstəliklərin sağalmasına səbəb 
olur. Bulaq ilin bütün fəsillərində qaynayıb köpüklənir. El arasındakı inanca görə bulağın suyu həm 
xəstəlikləri sağaldır, həm də insanları pak və təmiz edir. Ona görə də bulağın suyundan xəstələrlə yanaşı 
ziyarətə gələnlər də yuyunur. Bulağın suyunda yuyunmaq artıq ziyarətin tam olduğunu göstərir. 
Azərbaycanın multikultural bir ölkədir. Burada yaşayan azsaylı xalqlar özlərinə aid olan milli 
dəyərləri, adət-ənənələri qorumaqla bərabər öz dini bayramlarını və dini ayinlərini rahat və sərbəst 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin