təmin olunmasına şərait yaradırlar. Qış turizmi üçün əlverişli bölgələrdə
yerləşən mehmanxanalar
həyata keçirəcəkləri illik fəaliyyətlərini bir mövsümə sıxışdırmaq yerinə bütün bir ilə
palyaşdırdıqlarına görə cazibədarlıqlarını artırırlar. Qış turizmi tematikalı (sadəcə qışda
xidmət
göstərən şale-otellər) otellər isə yay aylarında mehmanxananın açıq olmasına çalışırlar. Bu vəziyyətin
digər bir faydası isə alternativ turizm növlərinə yenilərinin əlavə olunmasıdır. Kənd turizmi yay
aylarında ən çox yayılmış turizm növü olduğu halda, konqres turizmi də öz növbəsində kifayət qədər
marağa səbəb olur.
Qış istirahəti zamanı dağ xizəklərindən, kayakdan, snouborddan,və ya xizəklə daşımadan istifadə
edə bilərsiniz.
Başqa sözlə desək, qış turizmi qarın bol olduğu bölgələrə səyahət, bu səyahətlərin
müddəti 24 saatdan çox olacağı təqdirdə edilən qonaqlama və digər xidmətlərin olması zamanı
yaranır.Turizmin bu növü olduqca aktivdir və bəzi hallarda ciddi fiziki hazırlıq tələb edir.
Azərbaycanda qış turizmi yeni sahə sayılır. Lakin hələ Sovet dövründə respublikamızda da
turizmin bu növünə maraq göstərənlər olub. Son 10 ilə qədər Azərbaycanda qış
turizmi inkişaf
etmədiyi üçün Azərbaycan vətəndaşları qış mövsümündə dincəlmək üçün qış turizminin inkişaf etdiyi
digər ölkələrə səyahət etmək məcburiyyətində idilər. Həmin dövrdə Şamaxı rayonunda, Pirqulu
rəsədxanasının yaxınlığındakı ərazi xizək sürmək istəyənlər tərəfindən istifadə olunub.
Azərbaycana qış turizmi həyata keçirmək məqsədilə gələn turistlərin profilinə baxdığımız zaman
bu insanların əsasən dağ-xizəkçilik idman növləri üçün gəldiyini görə bilərik.
Bu səbəbdən turizm
fəaliyyəti göstərmək istəyən bölgələrin bol qarlı dağ yamaclarına malik olması və yüksəkliyinin qış
idman növləri üçün əlverişli olması əsas şərtdir. Azərbaycanın ən populyar qış turizm mərkəzləri
sayılan “Şahdağ” və “Tufandağ” Qış-Yay Turizm Kompleksləri bu tələblərə yetərincə cavab verir.
Əlavə olaraq yürüyüş (trekinq və haykinq), alpinizm, qayayadırmanma, buzadırmanma
və digər
fəaliyyətlərin mümkünlüyü bu bölgəyə əlavə turist axınına səbəb olur.
Dostları ilə paylaş: