Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə166/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   162   163   164   165   166   167   168   169   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
132
Baku, Azerbaijan


tələblərə cavab verir”. Bu sözləri Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri 
Dmitri Savelyev demişdir. 
Rusiya bazarında Azərbaycanı daha yaxşı tanıdmaq məqsədi ilə Rusiyada TOUR A VENT adlı 
ilk turoperator yaradılmışdır.Azərbaycana müştərinin istəyindən və büdcəsində asılı ( bazar qiymətin 
aşmamaq şərti ilə) müxtəlif individual və ya marşrut turların , aviabilet , kurort və otellərin 
bronlaşdırılması , ekskursiya xidmətinin təşkili və s. xidmətlərin təşkil etməkdədir. TOUR A VENT – 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Havayolları , Silkway travel, Pasha 
Travel, Şahdağ Turizm Mərkəzi, Qafqaz Hotels & Resorts , Naftalan Qaşaltı otel və s. tərəfdaşları 
vardır. 
“Tour a vent” direktoru olan Alla Arrieta məlumatına görə: “Rusiyadan Azərbaycana turist axını 
hər il 30 % artmaqdadır. Rusiya turistləri aktiv formada Azərbaycana gəlməkdədir, bir çoxu isə təkrar 
vizitlər edirlər. Böyük İpək yolu , Azərbaycanın qızıl üzüyü , qastronomik turlar , şərab turları , nar 
festivalı , “Muğam turizm” Beynəlxalq adında musiqi festivalı və s. tematik turlar hazırlayırıq”[5]. 
Rusiya bazarı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Beləki, coğrafi mövqeyi baxımından -
nəzərdən yaxınlıq, ortaq milli-mədəni dəyərlər , viza prosedurun olmaması, xalqların uzun illərdir bir 
birinə qaynıyıb qarışması, dil probleminin olmaması , ölkələr arası məsafə azlığı, Azərbaycanda 
turistin istirahəti üçün hər cür şəraitin olması Rusiyadan turist axınına zəmin yaradan mühüm amillər 
hesab edilir. UNESCO qurumu belə bir fikir irəli sürür ki, hədəf turistlər əksər vaxtlarda qısaməsafəli 
uçuşlar həyata keçirənlər olmalıdır. Əlavə olaraq, uzaq marşrutlar üzrə tibbi-sağlamlıq tipli təklifləri 
də gözdən keçirmək mümkündür. Misal üçün, naftalan nefti Rusiyada çox tanınmaqdadır . Artıq uzun 
illərdirki ölkəmizə müalicə məqsədi ilə Rusiyadan Naftalana axın vardır. Naftalanın neftlə müalicə 
üsulu haqqında Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetində geniş məqalə 
dərc edilmişdir. Məqalədə qeyd edilib ki , Naftalan neftinin əsəb, uroloji, dəri , ümumilikdə 70-dən 
çox xəstəliyi müalicə edir . 
Uzaq məsafədən olan turistləri cəlb etmək üçün dövlətimiz sağlamlıq turizmindən əsasən, astma 
xəstəliyinin müalicə edilməsi üçün Duzdağdakı duz dağından əlverişli olaraq istifadə edə bilər. Ona 
görə ki, analoji turizm təklifini edə biləcək II bir turizm imkanı nəinki regionda, heç Avropa, Yaxın və 
Orta Şərqdə belə mövcud deyildir. 
Rusiyanın Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov öz müsahibələrinin birində Rusiya 
üçün Xəzər dənizində kruiz turizmin inkişaf etdirilməsinin maraq kəsb etdiyini, Şimali Qafqaz 
regionunda turizmin inkişafı barədə strategiyanın hazırlandığını və orada xüsusi yerin Xəzər dənizində 
kruiz səfərlərinin reallaşdırılmasına ayrıldığını söyləmişdir. Rusiya Agentliyinin bu fikri Qazaxıstan 
və İran tərəfindən də müsbət qəbul edilmişdir. Olduqca pespektivli görünən bu marşrut beynəlxalq 
kruiz firmalarının da marağına səbəb olmuşdur. Bu istiqamətdə artıq işlərin görülməyə başlanılmışdır . 
Xəzər dənizi sahilləri turizm baxımından böyük potensiala malikdir, kruizlərin təşkili turizm 
sektorunun inkişafına və rusiyadan gələn turistlərin sayının artmasına müsbət təsir göstərəcəkdir. Eyni 
zamanda Azərbaycan turistləri də bu turlar vasitəsi ilə Dərbənd, Həştərxan və digər yerlərə kruiz ilə 
səyahət edə biləcəklər. Rusiya əhalisinin sayının çoxluğunu nəzərə alsaq bu, ölkəmizdə turizmin 
inkişafı üçün bir şans hesab etmək olar. Tək Rusiya ilə deyil, Xəzəryanı dövlətlərin turizm şirkətilə 
müqavilə bağlayaraq kruiz səfərləri təşkil etmək olar. Əvvəllər İran İslam Respublikasının Ənzəli 
limanı ilə gəmi əlaqələrinin olması bu prosesin tez başlanılmasına təkandır. Kruiz səyahətlərinin 
təşkili ölkəmizə daha çox gəlir gəlməsi deməkdir. 
Azərbaycan Respublikasının turizm sektorunun inkişafının əsas istiqamətləri aşağıdakı fəaliyyət-
lərdən ibarətdir: 
-
rəqabət qabiliyyətli turist infrastrukturunun və turizm sənayesinin yaradılması; 
-
turistik obyektlərin beynəlxalq standartlara uyğun gəlməsi
-
xidmət sektorunda standartların hazırlanması, yeni yanaşmalar və onların tətbiqi; 
-
respublikanın turizm-istirahət zonalarının hüquqi statusunun müəyyənləşdirilməsi; 
-
respublikanın ərazisində turist marşrutlarının və turist zonalarının müəyyənləşdirilməsi; 
-
Otel idarəetməsi və təhsili sahəsində geniş təcrübəyə malik olan ölkələrlə əməkdaşlıq; 
-
Yerli yemək, xalq sənəti ilə bağlı Azərbaycanın müxtəlif bölgələrinin xüsusiyyətlərini nəzərə 
alaraq, turizmin inkişafında milli yanaşmanın istifadə edilməsi; 
-
Geniş reklam və informasiya fəaliyyətinin hazırlanması və həyata keçirilməsi
-
Xarici ölkələrdə (əsasən MDB ölkələrində) fəaliyyət göstərən tur operatorları ilə əməkdaşlıq. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin