Milli strategiya baxımından deyil, ümumiyyətlə, Azərbaycan turizmi üçün təhlükələri nəzərdən
keçirək. Regiondakı rəqiblərimiz, məsələn, Görüşlər Sənayesi infrastrukturunun inkişafı üzrə işləyən
Gürcüstan 10-dan çox transmilli mehmanxananın tikilməsini planlaşdırır. Bundan əlavə, qonşu
ölkələrin siyasi vəziyyəti də bizə mənfi təsir göstərir. Məsələn, İstanbulda bomba partlayışı zamanı
Şahdağda təşkil edilməsi nəzərdə tutulan konfransı itirdik.
Nəqliyyat vasitələrimizdə də zəiflik və çatışmazlıq müşahidə olunur. Birbaşa uçuşlarımız azdır.
Ancaq əsasən biznes səyyahları rahatlıq istəyirlər və bu məqamda yüksək standartlara cavab verən
nəqliyyat vasitələrinin təşkilinə ehtiyyac yaranır. Lakin sadələşdirilmiş viza rejimi, devalivasiyadan
sonra qiymətlərin aşağı düşməsi, 3 ulduzlu otellərin tikintisinin planlaşdırılması biznes turizmini daha
çox inkişaf etdirməyə şərait yaradacaq.
Həm də GCC ölkələri üçün viza rejiminin sadələşdirilməsi (Heydər Əliyev adına Hava limanında
viza almaq), həm də istirahət və biznes turizm tərəflərindən Orta Şərq bazarında maraqların artmasına
səbəb olmuşdur. Lakin qonşu Gürcüstan ilə müqayisə edərsək, Gürcüstan ölkəyə giriş üçün viza
məhdudiyyətini qoymadığına görə əməkdaşlığa münasib ölkə hesab olunur. Viza problemlərinin öz
həllini tapması, həmçinin ölkələr ilə beynəlxalq əməkdaşlıq istiqamətində yeniliklər Azərbaycanın
konqres görüşlər sənayesindəki yerini üst sıralara daşıyacağı gözlənilir. Çünki bu sahədə yetəri qədər
innovativ imkanlarımız olmaqla yanaşı, görüşlər üçün maddi texniki baza var və illər keçdikcə
yaradılmaqdadır.
İnkişafın davamı kimi 2025-ci ilə qədər Azərbaycanın region daxilində ən dinamik hava
limanlarından birinə malik olması hədəf olaraq qarşıya qoyulacaqdır və bu çərçivədə Avropanın böyük
şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 50-dən 100-ə çatdırılması hədəflənəcəkdir. Hədəf
bazarlarından daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümü müddətində çarter
reyslərinin də sayının artırılması əsas ideyalar arasında yer alır [1].
Azərbaycanda konqres turizminin inkişafı üçün böyük imkanlar var. Bu sahədə Azərbaycanda
son dərəcədə geniş işlər görülür. Ölkədə hər il onlarla beynəlxalq səviyyəli tədbir keçirilir. Yeni
bazarlar axtarışında olan bu sahə üzrə ixtisaslaşmış müəssisələr partnyorluq əlaqələrini beynəlxalq
səviyyədə inkişaf etdirirlər. Əvvəl konqres tədbirlərinin təşkilatçısı qismində çıxış edən şirkətlərə
nəzərən günümüzdə onların sayı artıb. Onların turistlərin cəlb edilməsi üçün həyata keçirdiyi bir sıra
layihələr dünyada böyük marağa səbəb olub. Ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı,
dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam
çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə
infoturlarının təşkili təmin edilir.
Dostları ilə paylaş: