Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə183/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   179   180   181   182   183   184   185   186   ...   356
Kitab Turizm

3-4 May 2019
145
Baku, Azerbaijan


Qubada Alma festivalı 2012-ci ildən təşkil edilir. Festivalda rayonun adət-ənənəsi, rayonda 
becərilən alma sortları, ondan hazırlanan şirniyyat və içkilər nümayiş etdirilir. Lakin, bu festival 
fikrimizcə, hələ ki, gözlənilənləri tam doğrultmur. 
Cədvəl № 2 SWOT (GZİT təhlil) 
-S 
Şimal turizm marşrutunun əsas rayonu; Bakıya yaxın olması; Təbii turizm-rekreasiya ehtiyatları; Tarixi-mədəni 
zənginlik; “Activity circle”-25-50 km olması; Rayon daxilində iki turizm marşrutunun (Quba-Xınalıq və Quba-Afurca) 
olması; Fərqli turizm obyektləri (Xınalıq, Quba soyqırım memorial kompeksi). 
-W 
Turizm müəssisələrində çalışanların dil biliklərinin zəif olması, turizm biliklərinin olmaması; Otellərinin əksəriyyətinin 
ailə biznesinə məxsus olması-qohumluq prinspinin çox yayılması, bir işçinin müxtəlif vəzifələri həyata keçirməsi və 
işində peşəkar olmaması; Uzunmüddətli inkişaf planının olmaması; Turizmin bir istiqamət (təbiət) üzrə cəmləşməsi; 
Bəzi otellərdə bronlaşdırma sisteminin işlədilməməsi; Rəqabətin keyfiyyətə görə deyil, qiymətə görə aparılması; 
İnfrastrukturun və kommunikasiya sisteminin saz vəziyyətdə olmaması; Quba Turizm İnformasiya Mərkəzinin saytının 
işləməməsi. 
-O 
Fərqli turizm məhsulunun bir rayon ərazisində təqdim edilməsi imkanı: 
Dini turizm. Qubada müsəlman, xristian, yəhudilərin müqəddəs hesab etdikləri məscid, kilsə və sinaqoqun bir ərazidə 
yerləşməsi; 
Rayon üçün yeni turizm istiqamətlərinin formalaşması-etnik, hadisə (xalça), qastronomik turizm;
Onların turməhsul halına salınması və xüsusi olaraq adlandırılması. Bu, təşviq baxımından önəmlidir. Çünki turizmdə 
hər hansı ad, rəmz, işarə çox qiymətli ola bilir. 
“B+leisure” turizm formasının inkişaf imkanları; 
Ədəbi turlar. Quba (Xınalıq) “Əli və Nino” turizm marşrutunun bir hissəsini təşkil edir. A. A. Bakixanovun ev muzeyi 
Qubada yerləşir. Şimal rayonları üzrə ədəbiyyat sevənlər üçün turməhsul hazırlamaq mümkündür (Xızıda Cəfər 
Cabbarlının ev muzeyi yerləşir).
İdman turizmi.Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal 
yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (room) aşkar olunub. 
Dövlət dəstəyinin artırılması sayəsində kəndli-fermer-turizm modelinin və aqroturizmin inkişafı. 
-T 
Ləzgi və yəhudilərlə milli zəmində etnik münaqişələr; İnflyasiya; Turizm müəssisələrinin lisenziyalaşdırılması 
şərtlərinin çətinləşməsi;
Rəqabətin güclənməsi: 
Yerli — lokal rəqiblər-Qusar, Xaçmaz (Nabran);
Milli — Qəbələ, Şəki, Lənkəran, Qax;
Beynəlxalq — Rusiya, Gürcüstan, Türkiyə 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin