Kənd turizmi. İspaniyada kənd turizmi 1960-cı illərdə ucuz bir tətil növü kimi başa düşülürdü. Bu
dövrdə kənd evlərinin bərpası və qonaqlara göstərilən xidmətin keyfiyyətli olması üçün bəzi işlər görüldü.
Nəticədə İspaniyada kənd turizminin inkişafı son 20 ildə sürətlənməyə başladı. 1994-cü ildə 1074 olan
kənd turizm müəssisəsi vardısa, 2003-cü ildə artıq onların sayı 6534-ə çatdı. Bu turizm növünün inkişafına
hökumət xüsusi diqqət göstərirdi. Bunun səbəbləri aşağıda qeyd edilmişdir:
Birincisi, İspaniyada kənd yerlərindən şəhərlərə, xüsusilə Madrid və Barselona kimi şəhərlərə
köçmələr 1950-ci illərin sonundan başladı və 1980-ci ilə kimi davam etdi. Kənd yerlərində əhalinin sayının
azalması müşahidə edilirdi. Bu prosesin qarşısını almaq və kənd yerlərində əhalinin sayının davamlı bir
səviyyədə saxlamaq üçün kənd turizminin tez vaxtda qəbul edilməsi lazım idi. İkincisi, kənd turizm iqtisadi
diversifikasiyasını təmin edən fəaliyyət növü idi. Bu səbəbdən irəli gələrək İspaniyada kənd turizmi
Avropanın digər yerlərində olduğu kimi ailə bizneslərinə əsaslandırılması qərara alındı. Üçüncüsü,
İspaniyada kənd turizmi sağlam qida, ətraf mühit və təbiəti qorumaq prinsiplərini hədəf almışdı. Bu amil də
kütləvi turizmdə aparıcı mövqedə olan ölkə üçün qiymətli idi [4, s. 43-44].
İspaniyada kənd turizmi gerçək plan və layihələrlə inkişaf etdirilir. Xüsusilə, dağlıq rayonlarda o,
alternativ turizm növü kimi inkişafdadır. Heyvandarlığın dominant olduğu Ribagorza və Sabrarbe
kantonlarına şəhərlərə köç səbəbilə əhalinin sayının azalması ölkə təsərrüfatına ciddi təsir etmişdir. Bu
məsələlərdən yola çıxaraq bu və ya problemli situasiyaların yaşandığı İspaniyanın digər regionlarında əlavə
tədbirlər keçirmək qərarlaşdırılmışdır. Hər şeydən öncə, kənd yerlərində təbii qaynaqların dəyərləndilməsi
aparılmışdır və müxtəlif layihələr həyata keçirilmişdir. Bunlardan biri dağ kəndlilərinin əvvəlki yurdlarına
yönəldib əraziyə kənd turizmini cəlb etmək idi. Bu baxımdan biri texniki (mühasibatlıq, fransızca,
şəhərləşmə, animasiya, qanunvericilik haqqında), digəri isə eksperimental (kənd turizm nümunələri ilə)
olmaqla iki plan hazırlanmış və realizə olunmuşdur. Həmçinin, əhaliyə dil, mətbəx, əl sənətləri sahəsində
təlimlər verilmişdir. Nəhayət, 1989-cu ildə İspaniyada 14 ev kənd turizminə açıldı və layihənin işlətmə
fazası başlandı. 1992-ci il qış tətili dövründə, həftə sonları və avqustda kənd evlərində doluluq 100% idi.
İspaniyanın kənd turizmində fərqli xüsusiyyətləri ilə ön plana çıxan kiçik məskunlaşma ərazisi
Montana de Navara dır. Montana de Navara kənd turizmi baxımından İspaniyada böyük önəm kəsb edir.
Navarre-də 2004-cü ildən ABELORE aqroturizm assosiasiyası fəaliyyət göstərir və hal-hazırda 36 fermer
evi əhatə edir. www.agroturismosnavarra.com saytından [11] ərazidə hansı aylarda hansı fəaliyyət növü ilə
məşğul olduğuna dair məlumat əldə etmək və səyahəti ona uyğun olaraq təşkil etmək mümkündür.
Fəaliyyət növlərinə kəndli fermalarda heyvanların saxlanılması və onlara qulluq, bağ və güllərin qayğısına
qalmaq, tarladan məhsulların toplanması, məhsullarını hazırlanması (pendir, qaymaq və s.), taxılın
yetişdirilməsi daxildir. Saytdan turistlər onlara uyğun fəaliyyət növlərini seçə bilirlər.
İspaniyada 1990-cı illərdən sonra nəşr olunan hesabatlarda kənd yerlərindən şəhərlərə olan köçün
azaldıldığı, kənd yerlərində iqtisadi müxtəlifliyin yarandığı, həmçinin kənd turizm fəaliyyəti ilə şəhər və
kənddə yaşayan əhali arasında müsbət istiqamətdə mədəni mübadilələrin yaşandığı qeyd edilir. Bununla da
İspaniyada kənd turizminin öz məqsədlərinə çatdığını düşünə bilərik.
Azərbaycanda İspaniya kənd turizm modelinin tətbiqi istiqamətində bu turizm növü və ətraf
mühitlə bağlı maariflənmə, ənənəvi əl sənətkarlarına dəstək, xalq mədəniyyətinin turistlərə təqdim