Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə182/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   178   179   180   181   182   183   184   185   ...   356
Kitab Turizm

“Product development”
Əsas məhsul — Rekreasiya turizmi, istirahət məqsədli səfərlər, təbiətlə bağlı olan turizmə — 
ekoturizm. Qubada turistlərin marağına səbəb olan mənzərəli guşələr çoxdur. Balbulaq, Afurca 
şəlaləsi, Təbii minarə, Çənlibel gölü, Qəçrəş kəndi, həmçinin dərinliyi 400-600 m olan Təngəaltı 
yarğanı xüsusilə populyar olub turistlərdə daha çox maraq doğurur. Ümumilikdə, Qubada 60-dan çox 
təbiət abidəsi var və onlar ekoturizm əhəmiyyətinə malikdirlər. Qubada təbiətin mənzərəli, fauna və 
flora aləminin isə zəngin olması bura ekoturistlərin cəlb edilməsinə imkan verə bilər [3, s. 237-238].
-Əlavə məhsul — Mədəni-tarixi və qara turizm, hadisə turizmi: Alma festivalı 
Quba Turizm İnformasiya Mərkəzi və Bakıdakı turşirkətlər tərəfindən Tağlı körpü, Cümə və 
Səkinəxanım məscidi, Qırmızı qəsəbə, Quba tarix diyarşünaslıq muzeyinə, Azərxalça ASC Quba 
filialına, Gümbəzli hamama, Quba meydanı, Nizami parkına ekskursiyalar təşkil edilir. Xınalıq kəndi 
tarixi əhəmiyyətinə görə xüsusilə seçilir və Quba deyəndə fikirlərdə ilk olaraq o, xatırlanır. Xınalıq 
Qubanın simvoluna çevrilmişdir. Xınalıqda yaşayan etnosun folkloru, adət-ənənələri, özünəməxsus 
yaşayış tərzi gələn turist və qonaqlarda böyük maraq oyadır. 
Qubaya gələn turistlərə soyqırım memorial kompleksinə də ekskursiya təşkil olunur. Onun 
ətrafındakı ərazidə Qubanın əsas simvolu — alma ağacları əkilmişdir. Kompleks yerə batırılmış iki 
qılınc formasında inşa edilmişdir. Bununla da o, sanki “Qılınclar yerdə, torpaq altında ola bilər, 
Həqiqət yox!” düşüncəsini, ismarıcını insanlara çatdırır. Əvvəllər tapılan sümükləri görmək mümkün 
idi, lakin bunun İslam inancına zidd olduğu düşünülərək onları torpağa basdırdılar. Hal-hazırda onların 
üzərində xatirə yeri var. Bu məkanın sırf qara turizm obyekti kimi təbliğ etdirilməsini zəruri hesab 
etmək lazımdır. 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin