Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə190/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   186   187   188   189   190   191   192   193   ...   356
Kitab Turizm

Key words: 
TRACECA, integration, tour package, transit junction, cultural tourism 
Təxminən iki min illik tarixi keçmişə malik İpək Yolu yollar şəbəkəsi qiymətli mal və məhsulların, 
xüsusilə, şərq ölkələri tərəfindən istehsal olunan qərbin ehtiyaclarına cavab verən ipək məhsullarının 
bazarını yaratmaq üçün tarix boyunca davamlı inkişaf göstərib. İki min illik geniş qədim tarixinə rəğmən, 
İpək Yolunun anlayış olaraq istifadəsi ilk dəfə XVIII əsrin II yarısında almaniyalı alim Ferdinad Von 
Richthofen tərəfindən 1877-ci ildə istifadə edilib [3s.441].
 
Turizmi inkişaf etdirən nəqliyyat əsrlər boyu mədəni, siyasi, sosial mənada əlaqələrin saxlandığı ən 
əsas ünsürlərdən olmuşdur. İpək Yolu avtomobil yolu, dəmiryolu, dəniz yolları ilə sıx-sıx kəsişmiş və 
ətrafa inteqrasiya etmişdir. Əslər boyu varlığını saxlayan İpək Yolu işğalçılar, tacirlər, missionerlər, 
coğrafiyaçılar və son zamanlarda isə turistlər tərəfindən səyahət və kəşf olunur. Dünyada dəyişən hər şey 
kimi İpək Yolu da tarix boyu dəyişməyə məruz qalmışdır və bu gün müasir İpək Yolu proqramına dünya 
ölkələrinin göstərdiyi maraq da gündən-günə artmaqda davam edir.
 
Müasir zamanda İpək Yolu layihəsi təkrar gündəmdədir və YUNESKO ilə başlayan maraq BMÜTT 
ilə artmaqda davam edir. Hər iki qurumun bu mövzuda qarşılıqlı əlaqədə olan ortaq İpək Yolu layihələri 
var. İpək Yolu Asiyanı Avropaya bağlayan ticarət yolu olmaqdan əlavə, bölgədə yaşayan dinlərin, irqlərin, 
mədəniyyətin də izlərini daşıyır və inanılmaz tarixi və mədəni zənginlik təqdim edir.
 
İpək Yolu sülh istiqamətli missiyaların həyata keçirilməsində əsas vasitədir. Şərqlə-Qərbi 
əlaqələndirən İpək yolunun əhəmiyyəti yalnız beynəlxalq ticarətlə məhdudlaşmır, o eyni zamanda müxtəlif 
xalqların mədəni münasibətlərinin inkişafında, siyasi diplomatik əlaqələrin qurulmasında, insanların 
regionlararası səyahət etmək istəklərinin yaranmasında əsas rol oynayır. H.Əliyevin dediyi kimi: “Tarixi 
İpək Yolu keçmişdən başlasa da gələcəyə gedən yoldur. O yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və 
suverenliyinin möhkəmlənməsinə, müxtəlif xalqların yaxınlaşmasına və qarşılıqlı şəkildə zənginləşməsinə 
təkan verəcək. Sülhün, regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına xidmət edəcək” [2, s.2]. 
İpək Yolu iştirakçı ölkələr arasında yalnız əmtəə mübadiləsini təşviq etmirdi, o, eyni zamanda mədəni 
mübadiləni də təşviq edirdi. Məsələn, qədim Hindistanda Kuşan imperiyasının dini olan buddizm
rahiblərin tacir karvanları ilə səyahətində Çin mədəniyyətinə nüfuz etmişdi. Tarixi yolun bərpası ilə 
əlaqədar nəqliyyat yollarının Azərbaycandan da keçməsi, türk dünyası ölkələrinin dərin mədəni-etnik və 
dini-humanitar əlaqələrini bir-birinə sıx bağlamışdır. Eyni zamanda, turizmi inkişaf etdirən amillərdəndir. 
Günümüzdə İpək Yolu üzərində yerləşən proqram ölkələri, nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq 
şərtləri ilə səyahəti sitimullaşdırırlar.
Beynəlxalq turizm və ya daxili turizm nəqliyyatında istifadə olunan marşrutların yaratdığı müəyyən 
sərhədlər zamanla qəlibləşərək turizm dəhlizi halına gəlir. Turizmdə nəqliyyat dəhlizləri müəyyən bir 
sərhəd daxilində bir neçə bölgəni, regionu əhatə edərək, turizmdə ümumiləşmə məqsədinə uyğun olaraq, 
milyonlarla turisti kilometrlərlə məsafədə səyahət etdirir. Bəzi nəqliyyat dəhlizləri hətta tematik dəhliz kimi 
də turistlərin diqqətini çəkərək fəaliyyət göstərir. Azərbaycanda da müasir yeni “İpək Yolu” maşrutunun 
inkişaf etdirilməsi üçün xarici ölkələrin sınaqdan keçmiş turizmdə nəqliyyat dəhlizləri strategiyasından 
istifadə olunmalı, TRASEKA-nın iştirakçı ölkələri ilə əməkdaşlıq saxlanılmalı, turizmdə bir sıra güzəştli 
siyasətin aparılması əsas şərtdir. Ümumiyyətlə, turizm nəqliyyatında ən məşhur konsepsiya tematik turist 
marşrutlarıdır. Bu marşrutlar mənzərəli yol boyu ziyarətçiləri turist xidmətlərindən yararlandıraraq bir 
turizm destinasiyasına çatdıran yoldur. Nəqliyyat dəhlizlərində turist marşrutlarının təyin olunması turist 
axınlarını müəyyən istiqamət üzrə yönləndirir. 
Ümumiyyətlə, keçmiş sovet ölkələrinin müstəqiliyi turizmdə “Mədəni Marşrut”-lara maraq 
yaratmışdır və turizmdə mədəni məqsədlər üçün yeni imkanlara qapı açıb. Turizmdə mədəni marşrutlar 
turistlərin interaktiv fəaliyyəti və coğrafi, mədəni aspektlərin qarşılıqlı təsiri vasitəsilə yaranır. Turistlər 
mədəni irslə daha dərin əlaqəyə malik olduqlarına inanırlar. Buna görə də bəzi turistlər mədəni marşrutları 
epik səyahətlər haqqında şəhadətnamə adlandırırlar və bu gün sülh mədəniyyətini təşviq etmək üçün 
onlardan istifadə olunur. 
TRASEKA layihəsinin gerçəkləşdirilməsindəki tədbirlər nəinki elmi-mədəni dəyərin mübadiləsinə, 
müxtəlif mədəniyyətlərin bir-birinə yaxınlaşmasına səbəb olur. Bilindiyi kimi, turizmin türk dünyasında 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin