Tourism and recreation in the XXI century: problems and prospects


Turistlər Mədəni resurslara olan maraqlarına görə mədəni tur iştirakçıları iki yerə ayrılır: 1. Motivasiyalı mədəni turistlər



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə198/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   194   195   196   197   198   199   200   201   ...   356
Kitab Turizm

Turistlər
Mədəni resurslara olan maraqlarına görə mədəni tur iştirakçıları iki yerə ayrılır:
1.
Motivasiyalı mədəni turistlər

bu qrup turistlər adətən ali təhsilli, yüksək gəlirli, mədəni 
obyektlərə böyük marağı olan, sosial və ətraf mühit problemləri ilə bağlı tədbirlərdə yaxından iştirak 
edənlər insanlardırlar. 
Onların səyahət etməkdə başlıca məqsədləri yerli mədəniyəti öyrənmək və canlı yaşamaqdır. 
Motivasiyalı mədəni tur iştirakçıları səyahətə çıxmamışdan əvvəl hazırlıqlı olmağı sevirlər. 
Gedəcəkləri destinasiyaları ətraflı şəkildə araşdırırlar. Mümkün qədər çox destinasiya araşdırıb 
öyrənməyə çalışırlar.Bu qrup turistlər olduqca tələbkar olurlar. 
Təkliflər: 

Təklif olunan turun keyfiyyətinə diqqət edilməlidir: Məsələn, bunlara mədəni tur üçün 
hazırladığınız, turpaketə daxil etdiyiniz yerləşmə müəssisələri və restoranların keyfiyyəti daxildir. 

Seçdiyiniz destinasiya və onun tarixi haqqında mümkün qədər çox məlumatlı olmağa çalışın. 
Peşəkar bələdçilər seçin, həmçinin, ətraflı ekskursiya proqramı hazırlamağa çalışın. Kiçik nüanslara 
diqqət edin. Tur paketinizdə mədəni tədbrilərin çeşidliliyinə diqqət edin. Digərlərindən fərqlənən 
mədəni turmarşurut hazırlayın. 
2.
Həvəskar (ikinci dərəcəli) mədəni tur iştirakçıları: bu qrup turistlər öz tətillərinə mədəni 
komponentlər əlavə etməyi sevirlər. Baxmayaraq ki, onların səyyahət məqsədləri fərqlidir, ola bilər ki, 
onlar öz planlarına uyğun mədəni tədbirlərdə istirak etsinlər. 
Təkliflər: 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
157
Baku, Azerbaijan



İstəyə uyğun mədəni komponentlərdən ibarət ümumi turpaketlərin hazırlanması 

Həvəskar mədəni tur iştirakçılarının görə biləcəyi yerlərdə turpaketlərin reklamının təşkil 
edilməlidir. Məsələn, otel və restoranlarda broşurların paylanması... 
Mədəni tur iştirakçıları yaş dövrlərinə görə də bölünürlər. Hər yaş dövrünün fərqli maraqları 
vardır. 
Gənc və hiperaktiv yaş dövrünü əhatə edən turistlər(20-39): bu yaş dövrünü əsasən qrup şəklində 
səyahətə çıxmış turistlər təşkil edir. Bu qruplar əsasən günəş və çimərlik turlarına üstünlük verirlər. 
Buna baxmayaraq,onlar bir müddət sonra mədəni tədbirlərdə də iştirak edirlər. Qadınlar kişilərdən 
daha çox mədəni fəaliyyətlərə meyilli olurlar. Kişilər daha çox macəra yönümlü fəaliyyətlərə üstünlük 
verirlər. Bu yaş dövrünə məxsus şəxslərin təxminən 1/3-i böyük istəklə mədəni turlarda iştirak edirlər.
Təkliflər: 

Gənclər üçün turpaketlər hazırlamağa çalışın. Məsələn, günəş və çimərlik turlarına mədəni 
aspektlər əlavə etməyə çalışın. Yerləşdirmə müəssisələri turistlərə milli musiqilərdən ibarət gecə 
əyləncələri təklif etməlidirlər. 
Orta yaş dövrünü əhatə edən turistlər(40-54): Mədəni turlarda iştirak edənlərin əksər hissəsini bu 
yaş dövrünə məxsus turistlər təşkil edir. Onlar mədəni turlara ən çox maraq göstərən yaş qruplarıdır. 
Təkliflər: 

Məsləhət üçün həvəskar mədəni tur iştirakçılarını nümunə olara göstərmək olar. 
Yaşlı nəsil: Avropada 55- 70 yaş arası turist qrupu olduqca çoxdur. Bu yaş qrupunu əhatə edən 
turistlərin digər yaş qruplarına nisbətən daha çox vaxtı və pulu olur. Bu dövrdə onların övladları ayrı 
yaşamağa başlayır və bu dövrdə onlar da təqaüd dövrünə çıxmış olurlar.Mədəni turlar bu qrup insanlar 
üçün ən məşhur tətil hesab olunur.Onlar adətən ildə bir dəfə səyahətə çıxırlar və əsasən mədəni 
tədbirlərin üstünlük təşkil etdiyi tətillər seçirlər. Bu turistlər ölmədən öncə ən çox görmək istədikləri 
destinasiyalara səyahət edirlər. Keyfiyyət onlar üçün önəmlidir. Rahtlığı digər bütün faktorlardan 
üstün tuturlar.
 
Təkliflər: 

Keyfiyyət məsələsinə diqqət yetirin. Sakit və rahat tipli yerlərə üstünlük verin. Mədəni tədbir 
və irs haqqında mümkün qədər çox məlumat verməyə çalışın. Bu yaş dövrünə məxsus turistləri 
ölkənizin səyahət üçün tam təhlükəsiz bir yer olduğuna inadırın. Xarici işlər nazirliyi və ya 
səfirliklərdən məlumat almağa çalışın. 

Yaşlı nəsil turistlər səyahətləri zamanı onları nələrin gözləyəcəyini bilmək istərlər. Onları 
gündəlik qrafiklə tanış edin. 

Yerləşdirmə müəssisələri əsas diqqəti rahatlığa verməlidirlər. Məsələn: tibbi müayinə üçün 
rahat şərait təşkil edilməlidir. Ehtiyac oldugu təqdirdə tibbi dəstək almaq lazımdır. Müntəzəm ehtiyac 
fasilələri verilməlidir. Rahat yataq və baqaj xidməti olmalıdır. 
Uşaqlı ailələr (25- 50 yaş qrupunu əhatə edən valideynlər): əksər ailələr eyni anda həm mədəni 
tədbir, həm də komfortlu tətilləri kombinasiya edə biləcəyi turpaketlər seçirlər, çünki valideynlər öz 
uşaqlarını başqa mədəniyyətlərlə tanış etmək istəyirlər. Həm kiçik yaşlı, həm də yeniyetmə uşaqlı 
ailələr maraqlı qruplardır. Seçdikləri destinasiyada sağlamlıq, təhlükəsizlik və rahatlıq onlar üçün 
olduqca vacibdir. 
Təkliflər: 

Hazırladığınız turpaket uşaqlar üçün də maraq kəsb etməlidir. 

Uşaqlı ailələr üzmə hovuzu olan yerləşmə müəssisələrinə üstünlük verirlər. Uşaqlarının həm 
əylənəcəyi,həm də öyrənəcəyi fəaliyyət növləri olacaq bir turpaket təklif etməyə çalışın. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin