Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə195/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   191   192   193   194   195   196   197   198   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
154
Baku, Azerbaijan


işlənib hazırlanmasına istiqamətlənmiş iqtisadi mexanizmlərin stimullaşdırılmasına şərait yaradır. 
Rekreasiya əhəmiyyətli resursların tədqiqi, standartlaşdırılması, investisiya təşviqi sənədinə uyğun 
təsnifatlaşdırılması bu sahəyə həm xarici investisiyanın cəlb edilməsinə, həm də daxili investisiyanın 
cəlb olunmasına gətirib çıxaracaqdır. Azərbaycanda həm ənənəvi, həm də müasir müalicə imkanları 
mövcuddur. Ölkədə isti və mineral bulaqların sayı kifayət qədərdir və bunlardan İstisu, Turşsu, 
Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları ən məşhur müalicəvi su mənbələrindəndir. Eləcə də 
Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. Naftalan neftindən yel 
xəstəliyinin, damarlarda və hərəkət orqanlarında olan xəstəliklərin, həmçinin maddələr mübadiləsinin 
pozulması, dəri və ginekoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Eyni zamanda, Naxçıvan 
Muxtar Respublikası unikal duz dağı ilə çox məşhurdur. Bu təbii resursların iqtisadi cəhətdən müasir 
standartlar gözlənilməklə turizm məhsulu kimi işlənib hazırlanmasına, sadəcə yerli deyil, eyni 
zamanda xarici turistlərin diqqətini cəlb edə biləcək strategiyaların hazırlanması və tətbiqinə böyük 
ehtiyac var. Beynəlxalq turizmdən əldə edilən valyutanın ölkədə digər turizm məhsullarının 
yaradılmasına yönləndirilməsi tələb və təklif nəzərə alınaraq planlaşdırılan investisiya təşviqini 
meydana çıxarır. Kurort-rekreasiya turizm növünün inkişafı istiqamətində dünya təcrübəsində böyük 
uğurlara imza atan ölkələrdən olan Türkiyəyə 2017-ci ilin statistik göstəricilərinə görə 470 minə yaxın 
insan sırf müalicə məqsədilə səfərlər edib. Xaricdən gələn turist sayının ölkə əhalisinin sayına 
nisbətinə görə Gürcüstan daha irəlidə görünür. 2017-ci ilin statistik nəticələrinə görə Gürcüstana 
yalnız xaricdən gələn turistlərin sayı 600 min nəfəri keçmişdir. Əlbəttə ki, ölkəmizdə də xaricdən 
gələn turistlərin sayında ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Azərbaycanın unikal turizm 
resursu kimi tanınan Naftalan nefti və bu tipli müalicə ocaqlarının investisiya layihələrində iştirakı və 
maliyyələşdirilməsi diqqət mərkəzində olmalıdır. [4] 
Xəzər dənizi ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir. Bu istiqamətdə 
turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi 
bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox 
üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcəkdir. Buraya Xəzər 
dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının 
yaradılması daxildir. Bundan əlavə, həm də qonşu ölkələrə gedən turistlər üçün müvəqqəti dayanacaq 
məkanı kimi birgünlük və ya daha uzunmüddətli səfərlərlə Xəzər dənizində kruiz turlarının təşkilində 
Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulacaqdır. [2] 
Azərbaycanın turizm-rekreasiya əhəmiyyətli zonalarından “Bakı-Abşeron turizm bölgəsi” 
Azərbaycan əhalisinin sıx məskunlaşdığı, plansız urbanizasiyalaşmanın müşahidə olunduğu, paytaxtın 
yerləşdiyi ərazidir, Xəzər sahili ərazilər çimərlik turizminin ixtisaslaşdığı zonadır. Bu ərazinin 
rekreasiya ehtiyatlarının işlənib hazırlanması ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji 
yol xəritəsində də nəzərə alınmışdır. [1] 
Turizm sferasında investisiyalardan səmərəli istifadənin başlıca istiqamətlərindən biri kimi 
sahibkarlığın inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilir. Belə ki, fəaliyyət mühitini, bazarın 
durumunu, rəqiblərin strategiyasını maksimum əhatəli şəkildə tədqiq edilmədən, təhlil etmədən uğurlu 
fəaliyyətin təşkili nəticə vermir. Bu baxımdan da, turizm potensialının öyrənilməsi, turistin zövq və ya 
tələbatının müəyyənləşdirilməsi, xidmətlərin təşkilində bazarın tələblərinin nəzərə alınması, statistik 
təhlillərin aparılması kimi məsələlər turizm sahəsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi 
baxımından zəruri addımlardır. Başqa sözlə desək, yalnız bu halda istənilən sahədə, o cümlədən turizm 
sferasında sahibkarlıq fəaliyyətinin davamlı və dinamik uğurlarını təmin etmək mümkündür. [3] 
Azərbaycan üçün əsas turizm bazarı imkanları kimi müəyyənləşdirilmiş olan 6 istiqamət: 
-
Azərbaycan (yerli turistlər üçün); 
-
Türkiyə, Gürcüstan, Rusiya, İran daxil olmaqla qonşu ölkələr; 
-
Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, İraq, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri də 
daxil olmaqla Fars körfəzi regionu ölkələri
-
Qazaxıstan, Ukrayna və Özbəkistan da daxil olmaqla MDB ölkələri; 
-
Kanada, Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya və Amerika
Birləşmiş Ştatları da daxil olmaqla kütləvi turizm ölkələri həm turizm məhsullarının müasir 
turizm bazarı standartlarına uyğunlaşmasını, həm də ölkəyə sərmayə yatırımını stimullaşdıran 
addımlardan biri kimi dəyərləndirmək olar. Azərbaycanın turizm sektoruna xaricdən tələbat daha çox 
Gürcüstan, İran, Türkiyə və Rusiya kimi qonşu ölkələrdəndir və bu ölkələrin də hər birindən 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin