Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə191/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   187   188   189   190   191   192   193   194   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
151
Baku, Azerbaijan


kütləvi hal almasına, nəticədə isə iştirakçı ölkələrin büdcələrinin zəngin olmasına təsir göstərir. Yuxarıda 
qeyd etdiyimiz kimi, TRASEKA nəinki mədəniyyətlərarası dialoqun təşəkkülünə, eyni zamanda iştirakçı 
ölkələrin humanitar prinsiplərinin gerçəkləşdirilməsindəki xidmətlərdə də öz əhəmiyyətini biruzə verir. 
TRASEKA layihəsinə üzv olmuş ölkələrlə mədəni, humanitar əlaqələrin geniş ölçüdə olması, təbii ki, öz 
növbəsində bu ölkə xalqlarının qarşılıqlı yaxınlaşmasına səbəb olur. Regionun münaqişə ocaqlarında 
turizmin inkişafı üçün sabitliyin yaranmasında da layihənin rolu əvəzedilməzdir. 
TRASEKA layihəsinin yaranması ilə bu yolun əhatə etdiyi ərazilərdə turizmin inkişaf imkanları 
olan yerli, milli dəyərlərin, bir-birinə oxşarlığı və tanışlığı regionda sülh-sabitlik əlaqəsinin əsaslı 
surətdə yüksəlməsinə təkan verib. Müasir nəqliyyat dəhlizi olan TRASEKA Asiyanın quraq 
çöllərindən Aralıq dənizinə qədər geniş məsafədəki ölkələrdə yanlız ticarəti deyil, həmçinin eyni 
zamanda, turizmi də regionda kütləviləşdirən layihə olmuşdur. Yüksək təbii sərvətlərlə zəngin 
potensialı olan Qafqaz və Xəzər ölkələri bu layihə ilə ümümdünya təsərrüfat sisteminə aktiv 
qoşulmaqla sosial-iqtisadi tərəqqidə yeni imkanlar əldə edirlər. 
Azərbaycan üçün layihəyə nəzər saldıqda yaxın zamanlarda Azərbaycanın ciddi bir turizm 
mərkəzi olmağa başladığını görürük. Azərbaycan dünyadakı əhəmiyyətli turizm destinasiyalarından 
biri kimi qəbul olunmaq üçün nəqliyyat dəhlizləri sahəsində böyük sərmayelər qoydu. TRASEKA 
layihəsi geniş coğrafiyada türk dünyasının bütün tərəfləri üçün birləşməyə gedən yolda xüsusilə, 
mədəni turizmi təkmilləşdirəcək vacib bir vasitə olacaqdır. Dolayısı ilə desək, türk dünyası coğrafiyası 
Çindən Qərbə uzanan tarixi İpək Yolu ilə üst-üstə düşür və son zamanlarda İpək Yolu turizm markası 
olaraq ön plana çıxır. Türk dünyasındakı turizm fəaliyyətləri eyni zamanda İpək Yolundakı turizm 
fəaliyyətləri olaraq da qiymətləndirilə bilər. Məsələn, “National geographic” İpək yolu sənədli filmi 
hazırlayır və İpək Yolunun başlanğıc nöqtəsində uyğur türklərinin məscidlərini, bayramlarını 
mədəniyyət ünsürü olaraq təqdim edir [4,s.2]. Bənzər şəkildə fərqli illərdə hazırlanan İpək Yolu 
sənədli filmləri bütün düyaya səs gətirən türk dünyasının tanınma reklamını etmişdir. 
Türk dünyasında İpək Yolu mədəni turizmin markasıdır. Bu yolun məntəqələrində elm, mistik 
inanclar dinlər yayılma fürsəti tapdılar. Ümumiyyətlə, tarixi yol boyu iqtisadiyyat canlandı, şəhərlər 
inşa edildi, mədəniyyətlər isə təkmilləşdi. Çin mədəniyyətində bir çox icad və kəşf buradan dünyaya 
yayılıb. Mərkəzi Asiyadan Şimala, Cənuba, Qərbə uzanan ticarət yolları da orta əsrlər boyu canlılıq 
qazanıb. Bu canlılıq əsnasında meydana gələn ticari və mədəni hərəkətlənmə bu ərazilərdə 
memarlığının abad edilməsinə yol açmışdır. Mərkəzi Asiya böyük bir mədəniyyət mərkəzi olmuşdur 
və dünyanın ən gözoxşayan memarlıq üslublu şəhərləri burada qurulmuşdur. İpək Yolunun bərpası ilə 
həm mədəni mirasın üzə çıxarılması, həm də buna bağlı olan turizmin hərəkətləndirilməsi üçün 
layihələr gündəmə gəlmişdir. 
Beynəlxalq təşkilatlar, xüsusilə YUNESKO dialoq yolları proqramı əhatəsində 1987-ci ildə 
“Böyük İpək Yolu” proqramını başlatmışdır. Bu layihə əhatəsində elmi və mədəni nəşrlər çap 
etdirmişdir. BMÜTT isə 1993-cü ildə İndoneziyadakı ümümi iclasında mövzunu gündəmə alaraq İpək 
Yolu turizm anlayışını tanıdacaq uzun vədəli turizm proqramının həyata keçirilməsinə qərar verdi. 
İpək Yolunun simvolik şəhəri olan Səmərqənddə 1994-cü il “İpək Yolu Turizmi Səmərqənd 
Deklarasiyası” ilk addım olaraq imzalandı. 2000-ci ildə isə YUNESKO tərəfindən “Böyük İpək Yolu” 
yəni, “TRASEKA ili” elan olundu. 2002-ci il Özbəkistanın Buxara şəhərində “Buxara Deklarasiyası” 
ilə “İpək Yolu Turizm Ofisinin” Səmərqənddə qurulması qərara alındı [1,s.4].
Bu gün müasir İpək Yolunda dünyanın diqqətini çəkən möhtəşəm memarlıq əsərləri turizmin 
cazibəsini artırmaqdadır. Türk xalqları üçün xüsusi məna kəsb edən bir çox memarlıq şəhərləri 
YUNESKO tərəfdən qorunması labüd olan dünya mədəni miras siyahısına əlavə edilmişdir. Bu 
mədəni mirasın turizm məqsədli dəyərləndirilməsi üçün BMÜTT də “İpək Yolu Təşəbbüsü” adlı 
proqram başlatmışdır. Bu proqram əhatəsində çalışmalar davam etməkdə olub və 2010-cu ildən 
etibarən İpək Yolu turizmini bir marka halına gətirmək üçün fəaliyyət planı çıxarılmışdır. Türk 
dünyasının bir-birini tanımasına vəsilə olan çalışmalar növbəti illərin fəaliyyət planının da 
hazırlanmasına səbəb oldu. 
Azərbaycan baxımından İpək Yolu mədəni mirası son dərəcə əhəmiyyətlidir. İpək Yolu mirası 
kimi məscidlər, divanxanalar, karvansaraylar Mərkəzi Asiyadan Aralıq dənizinə mədəni körpünün 
kimliyini daşıyır. Yenidən canlanmağa başlayan İpək Yolunun əsas marşrutu geniş ərazidə türk 
mədəniyyətinin coğrafiyası üzərindədir. Bu sahədə görüləcək hər cür layihələr Türk dünyasındakı 
yaxınlaşmanı artıracaqdır. Xüsusilə, İpək Yolu turizmi ilə atılacaq addımlar fərqli coğrafiyalarda 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin