Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ictimai quruluş dəyişmiş, bazar iqtisadiyyatı
şəraitinə uyğun olaraq turizmin təşkilində də azad fəaliyyət prinsipləri xüsusi yer tutmağa başlamışdır. Belə
ki, indi ayrı-ayrı şəxslər tərəfindən xüsusi xidmət obyektləri və müəssisələri yaradılır. Ölkədə bir-birindən
asılı olmayan dövlət və qeyri- dövlət turizm assosiasiyaları fəaliyyət göstərir. Lakin onların fəaliyyətləri
xüsusi müqavilələr əsasında əlaqələndirilir, beynəlxalq turizmin tələblərinə uyğunlaşdırılır. Məsələn,
turizm ilə məşğul olan dövlət assosiasiyaları turizm sənayesi ilə məşğul olan sahibkarlarla iş birliyi qurur.
Bu iş birliyi əsasında hər iki təşkilat bəhrələnir və eyni zamanda yerli əhalinin yaşayış səviyyəsinin
yüksəlməsinə təsir göstərən iqtisadi nailiyyətlər əldə edir. Belə ki, turizm
sənayesinin istehsal etdiyi
məhsulların satışından əldə olunan gəlirlər hesabına həm burada işləyən insanların vəziyyəti yaxşılaşır, həm
də bəzi sosial narazılıqlar aradan qalxır.
Qeyd etmək lazımdır ki, turizm marşrutuna daxil edilən rayonların iqtisadi-mədəni səviyyəsi turizmin
təşkilinin müasir tələblərinə uyğun gəlməlidir. İlk növbədə həmin rayonlarda turizmin inkişafına imkan
yaradan yerli resurslar olmalıdır. Əgər hər hansı bir rayonun iqtisadi bazası zəifdirsə və bu rayonlarda
turistlərin rahatlığına təminat yarada biləcək infrastrukturlar yoxdursa həmin rayonun turizm marşrutuna
daxil edilməsi vacib deyil. Yeni rayon ərazisində turistlərin gəzintiləri təşkil olunan nəqliyyat yolları bərbad
vəziyyətdədirsə və əgər burada gecələməyə bütün komunal şəraiti olan otellər yoxdursa,
belə rayonun
turizm marşrutuna daxil edilməsi həm problemlər yaradar, həm də turizmi təşkil edən təşkilatın imicini
heçə endirər. Buna görə də turizmin təşkili kompleks xarakter daşımalı, onun problemləri konkret layihələr
əsasında aradan qaldırılmalı, eyni zamanda turizmin təşkilinə dövlət əhəmiyyətli iş kimi yanaşılmalıdır.
Məhz turizmi təşkil edən ölkənin təşkilatçılığı sayəsində bütün ərazilərdə abadlıq işləri aparılmalı, ayrı-ayrı
bölgələrin turistləri qəbul etmək hazırlığı artırılmalıdır. Ölkənin hər yerində abadlıq işlərinə yerli icra
orqanlarının qayğı göstərməsi turizmin inkişafına müsbət təsir edir, burada yaşayan insanların
iqtisadi
imkanlarını artırır, həm də əksər rayonların işıq, qaz, su, yol və s. problemlərini həll edir. Eyni zamanda
turizmin inkişafı dövlət büdcəsinə də xeyli miqdarda gəlir gətirir. Digər tərəfdən ölkənin ekoloji
problemləri həll olunur. Aparılan abadlıq işləri ətraf mühitin zərərli tullantılardan təmizlənməsinə və
yaşıllıqların artırılmasına da səbəb olur.
Bir şeyi nəzərə almaq lazımdır ki, dünya miqyasında turizm inkişaf etdikcə onun ekologiya və
iqtisadiyyatla vəhdət təşkil etməsi qabarıq səkildə nəzərə çarpır. Bu üç sahə daima bir-birini tamamlayır,
onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir, hətta bu sahələrdən
birinin zəifləməsi digər
sahənin də vəziyyətinə təsir edir. Məsələn, iqtisadi inkişafda baş verən geriliklər ekoloji tarazlaşdırmaya və
turizmin inkişafına da mənfi təsir göstərir.
Turizmin təşkilinin kompleks şəkildə planlaşdırılması bu sahənin idarə olunmasının əsas
komponentlərindən biridir. İdarəetmə prosesində təşkil olduğu yerin ətraf mühiti və sosial-mədəni
xüsusiyyətləri nəzərə alınır. Onu da nəzərə almaq lazımdır ki, qorunan bu amillər - yəni ərazinin ətraf
mühiti və sosial-mədəni vəziyyəti turistləri özünə cəlb edən ən başlıca amillərdir. Belə ki cazibədar
mənzərə, zəngin memarlıq abidələri,
təmiz hava, çaylar və göllər, əyləncəli yerlər və başqa diqqəti cəlb
edən təbiicoğrafi mühit turizmin təşkilinin imkanlarını reallaşdırır. Belə göstəricilərə malik olan ərazilərdə
turizm işinin təşkilinə daha az vəsait sərf etməklə çox qazanc əldə etmək mümkündür. Bu şərtlə ki,
turistlərin rahatlığına yaradılan kommunal şərait onları qane etsin. Çünki təkcə gözəl, cazibəli təbii-coğrafi
görkəmlə turistləri qane etmək qeyri mümkündür.
Turist müəyyən planlaşdırılmış əraziyə təkcə seyr,tamaşa, yaxud boş vaxtını
əyləncələrlə keçirmək
üçün gəlmir. Hər bir turist öz fərdi maraqlarından asılı olaraq gəzdiyi yerlərin tarixini, mədəniyyətini, milli
xüsusiyyətlərini, adət və ənənələrini və s. yerli maraqlı cəhətləri öyrənməyə can atır. Bu cəhd onun
dünyagörüşünü, mənəviyyatını, estetik duyumunu zənginləşdirir. O, uzun müddət gəzdiyi yerlərin yadda
qalan təəssüratlarından həzz almaq istəyir. Məhz, təşkilatçı, turizm işini təşkil edərkən və onu
planlaşdırarkən bu vacib amilləri nəzərdən qaçırmamalıdır. Belə ki, bu amillər birbaşa turistin mənəvi
tələbləri ilə bağlıdır. Onun mənəvi tələblərini öyrənib təmin etmək isə turizm təşkilatçısının borcudur. Bu
məqsədlə turizm təşkilatçısı ətrafda mövcud olan flora və faunanı, arxeoloji qazıntılar zamanı əldə olunmuş
tarix və mədəniyyət nümunələrini, qədim tarixə və orijinal görkəmə malik olan memarlıq abidələrini
dərindən öyrənməlidir. Onlar əsasında ekskursiya mətnləri hazırlamalıdır.
Bundan başqa yerli əhalinin
etnoqrafiyası, folkloru, adət və ənənələri haqqında məlumatlar toplamalıdır. Təbii ki, hər bir ərazinin və
bölgənin özünəməxsus rəqsləri,
milli geyimləri, xalq sənəti nümunələri, folkloru vardır. Nəzərə almaq
lazımdır ki, bu инъясянят sahələrи də turisti təbiətin gözəlliklərindən az maraqlandırmır.
Dostları ilə paylaş: