Tourism and recreation in the XXI century: problems and prospects


TURİZMİN ELMi-KULTUROLOJİ MAHİYYƏTİ VƏ İNKİŞAFI



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə186/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   182   183   184   185   186   187   188   189   ...   356
Kitab Turizm

TURİZMİN ELMi-KULTUROLOJİ MAHİYYƏTİ VƏ İNKİŞAFI 
 
magistrant Emin HƏSƏNLİ 
i.ü.f.d. B.QILINCOV 
Azərbaycan Turizm və Menecment Universiteti 
Abstract: 
The Tourism Development Program is developed on the basis of a comprehensive 
approach in all countries. More precisely, this type of program is intended for national, regional and 
international factors. This way the program can be used both locally and internationally. On the other 
hand, the activity of international tourism companies is also aimed at improving the living standards 
of the local population. New jobs are created for people, and many new creative products are created.
 
Keywords: 
Tourism Development Program, national, regional and international factors, locally 
and internationally, the activity of international tourism companies, local population, creative 
products. 
Turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu 
dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata düşmədən müxtəlif 
əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
147
Baku, Azerbaijan


yığıncağında «Turizm» sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-
iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Yenə BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında 
isə «turist» anlayışına konkret tərif vermək cəhdi edilmişdir. Sözsüz ki, bu konfransda turizmə konkret 
tərif verə bilməmişlər. Lakin hal-hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi və kulturoloji 
sahə kimi inkişaf etdiyinə görə onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlmişdir. Bu 
istiqamətdə Azərbaycan alimlərinin də müəyyən nailiyyətləri vardır. Bunlardan S.T. Yeqanlının, E.M. 
Hacıyevin, C.А.Мəmmədovun B.Ə.Bilalovun və başqalarının adlarını xüsusi olaraq qeyd etmək olar. 
Turizmin inkişaf proqramı bütün ölkələrdə kompleks yanaşma prinsipləri əsasında hazırlanır. 
Daha doğrusu bu tipli proqramda milli, regional və beynəlxalq amillər nəzərdə tutulur. Proqramın bu 
şəkildə hazırlanması həm yerli, həm də beynəlxalq amillərdən istifadə etmək imkanı yaradır. Digər 
tərəfdən beynəlxalq turizm şirkətlərinin fəaliyyəti də yerli əhalinin yaşayış səviyyəsinin 
yaxşılaşdırılmasına istiqamətləndirilir. İnsanlara yeni iş yerləri yaradılır, eyni zamanda onların bir çox 
yaradıcılıq məhsullarının yeni satış bazarı açılır. Belə ki, əksər turistlər, səfər etdiyi ölkələrin milli 
аdəт və ənənələri, xalq yaradıcılığı nümunələri ilə çox maraqlanırlar. Həmçinin, beynəlxalq turizm 
insanlar arasında nəinki mədəni, siyasi, iqtisadi əlaqələr yaradır, həmçinin, dostluq və qardaşlıq 
münasibələrinin möhkəmlənməsinə də müsbət təsir göstərir. Bu sahədə beynəlmiləl əlamətlər milli 
elementlərlə zənginləşir. Sözsüz ki, bu zənginləşmə beynəlxalq mühiti daha da sabitləşdirir və 
turizmin azad inkişafına mane olan regional amilləri aradan qaldırır. 
Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial, iqtisadi və texnoloji əhəmiyyət 
kəsb edir: 

Turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır. 

Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir. 

Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yeni bazar açılır. 

Ölkədə turizmin inkişafının yeni infrastrukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, 
kommunal sahələr modernləşdirilir. 

Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar meydana gəlir. 

Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət 
tərəfindən əsaslı işlər görülür. 

Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir, ona qayğı artır. 

Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində inkişaf etdirilir və dünya 
standartlarına uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir. 
Turizmin inkişafına diqqət yetirərkən belə bir sual da meydana çıxır. Turizm ətraf mühitə zərər 
yetirə bilərmi? Əslində elmi əsaslarla, konkret proqramlarla həyata keçirilən turizm heç vaxt ətraf 
mühitə zərər gətirə bilməz. Bu şərtlə ki, yerli resurslar turizm səfərlərində iştirak edən insanların da 
tələbatlarına uyğunlaşdırılsın. Onların axını yerli insanlar üçün problemlər yaratmasın. Yəni turizmin 
təşkili ilə bağlı olan bütün problemlər vaxtında öz həllini tapa bilsin. Bunun üçün hər bir ölkədə 
kifayət qədər görüləsi işlər vardır. Bu görüləsi işlər turizmin inkişafının aşağıdakı amillərindən 
ibarətdir: 
-
Görməli yerlərin abadlaşdırılması və istirahətin təşkilinin müasir tələbata uyğun olan forma-
ları; 
-
Turistlərin qidalanması üçün yerlərin yaradılması, onlara yüksək xidmət infrastrukturunun 
təşkili; 
-
Nəqliyyat vasitələrinin xidmət tələblərinə uyğunlaşdırılması. Bu vasitələrdən istifadə edərkən 
texniki təhlükəsizliyə əməl edilməsi; 
-
Yerli baza infrastrukturlarının turistlərin tələbatına uyğunlaşdırılması. Su, elektrik, qaz 
təchizatının, kanalizasiyaların, telekommunikasiya sisteminin lazımi səviyyədə olması; 
-
Təbiət qoynuna gəzintilər zamanı tullantılarla ətraf mühitin çirklənməsinin qarşısının alınması; 
-
Səfərlər zamanı görməli yerlər haqqında informasiya xidmətinin təşkili; 
-
Turistlərin təhlükəsizlik xidmətinin təşkili. 
Tələb olunan bu inkişaf amillərinin düzgün yerinə yetirilməsi xidmətin konkret standartlara 
uyğunlaşdırılmasından çox asılıdır. Əgər xidmət sahələri dünya standartlarına uyğun şəkildə təşkil 
olunmursa belə ölkədə, yaxud ərazidə turizmin dinamik inkişafını təşkil etmək mümkün deyil. 
İnfrastrukturların pis təşkili antireklam xarakteri daşıyır. İnsanların həyat səviyyəsi də turizmin 
inkişafına təsir edən amillərdən biridir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin