Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə224/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   220   221   222   223   224   225   226   227   ...   356
Kitab Turizm

Keywords: 
Cruise, sea cruises, ship, harbor, travelers 
Ümumiyyətlə son zamanlar bütün dünyada əsasəndə İnkişaf Etmiş Ölkələrdə turizm gündən-günə öz 
inkişaf dövrünü yaşayır. Buna səbəb sivilizasiyanın inkişafı ilə əlaqədar insanların maraq dairəsinin 
genişlənməsi, ödənişli məzuniyyət günlərinin artırılması, səyahətə marağın artması, dil səviyyəsinin 
getdikcə inkişaf etməsi, millətlərarası münasibətlərin və multikulturalizmin ötən dövrlərə əsasən inkişaf 
etməsidir. Hal-hazırda bir çox ölkələr turizmdən yararlanırlar, bəzi dövlətlər özlərini dünya miqyasında 
tanıtmaq, biznes olaraq yararlanmaq, ölkə iqtisadiyyatının və əhalinin gəlirlərini artırmaq, xarici 
investisiyanın ölkəyə gəlməsinə nail olmaq və s. səbəblərdən. 
XX əsr turizm baxımından dəniz nəqliyyatının inkişaf etdiyi bir dövrdür. XX əsrə qədər gəmilərin 
hərəkət etməsi və bəzi xidmətlər zamanı kömürdən, insanların əl əməyindən istifadə olunurduki, buda əlavə 
xərclərə, əziyyətə zaman və yer itkisinə səbəb olurdu. Zaman keçdikcə dənizyolu nəqliyyatına tələbin 
artması gəmilərin müasirləşməsinə gətirib çıxartdı. Sərnişin gəmiləri həcm baxımından xeyli böyümüş, 
xidmətlər və komfortlarıda xeyli artmışdır. Hal-Hazırda gəmilərdə yanacaq və atom enerjisindən istifadə 
olunması gəmilərdə əlavə xərclərə, yer və zamana böyük həcmdə qənaət edilməsinə və sürətin artmasına 
gətirib çıxartmışdır. Əsasəndə II Dünya müharibəsindən havayolu nəqliyyatının əhəmiyyətinin artması 
sərnişin daşıyan gəmilərin fəaliyyətini zəiflətdi.Bundan sonra sərnişin daşıyan gəmilər təkcə sərnişin 
daşınması üçün deyil istirahət, əyləncə və ekskursiya üçün istifadə olunmağa başlandı. Bu növ gəmilərdə 
səfər etmək və səyahətlər turizmi çox inkişaf etdirmişdir. Üzən otellər adlandırılan bu gəmilər kruiz 
turizminin formalaşmasına və hazırki inkişafına gətirib çıxartdı. [1] 
Kruiz turizmi - sadə dildə desək su səthi üzərdində üzən bir oteldə ölkələrarası gəzinitdir. Bu dəniz 
gəzintiləri böyük bir oteldə yerləşdirməni əks etdirir və bir çox cəhətlərdən onlar 5 ulduzlu otellərlə eyni 
funksiyalara malikdirlər. Kruiz turizminə liman səfərləri, şəhər gəzintiləri və alış-veriş daxildir.Kruiz 
gəmilərinin yan aldığı limanlar və bu limanlarda turistlərə təklif olunan turistik xidmətlər liman ölkələrinin 
əsas olaraq sərmayə qoyduğu sahələrdir. 
Daxilində hovuz, kinoteatr, restoran, bar , aliş-veriş və əyləncə mərkəzləri, istirahət və ekstrim üçün 
imkanların olması ilə bu nəhəng gəmilər səyahətçilərin dahada diqqətini çəkdi. Bu növ gəmilərdə 
səyahətlərin başlanması yəni kruizinqin yaranması əsasən 1840-cı illərə dayansada müasir mənada kruizin 
inkişafı 1950-1970-ci illərdə inkişaf etmişdir. Ən son istifadəyə verilən gəmilərdə rəqs, qumar, idman 
salonları, aerobika zalı, hətta 8 halqalı mini-qolf sahələrinə və ya dırmanma divarı həmçinin buz 
meydançalarına qədər bir çox imkanlar vardır. 
Kruiz turizmi digər turizm növlərinə nisbətən bahalı və nisbətən müasir turizm növüdür. Əsasən digər 
turizm növlərindən sonra kruiz turizmi inkişaf etməyə başlamışdır. Hal-hazırda turizm sektorunda fəaliyyət 
göstərən tur operatorlar kruiz xidmətlərinin göstərilməsinə daha maraqlıdırlar. Kruiz gəmilərində hər şey 
gəmi daxilində baş verir, yəni bütün xidmətlər bir məkanda təklif olunur. Qidalanma, gecələmə, dincəlmə, 
istirahət və əyləncə bir məkanda baş verir. Burada insanlar qısa zaman içərisində yeni dostlar qazanırlar. 
Çox zəngin xidmətləri olan dəniz turu gəzintisi bütün digər turizm nüvlərinə nisbətən ən çox zövq, istirahət 
və əyləncə təmin edən turizm növüdür. Kruiz gəmilərində səyahətlər sərnişinlərin sayından asılı olmayaraq 
təşkil olunur. Yalnız hava şəraiti əlverişli olmadığı halda tur təxirə salına bilər. [5. səh 110] 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin